Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moldova
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 520 nəfərdir. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Moldova Respublikası
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldova SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova bayrağı
Moldova bayrağı — Moldovanın Dövlət bayrağı Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Moldova dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Moldova kinosu
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Moldova knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Moldova leyi
Moldova leyi — Moldovanın pul vahidi. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Moldova memarlığı
Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir. Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830–1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır. Колотовкин А. В., Шойхет С. М., Эльтман И. С. Архитектура Советской Молдавии. — Москва: Стройиздат, 1987.
Moldova musiqisi
Moldova musiqisi — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır. Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumın və macarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Moldova şəhərləri
Moldova şəhərlərinin siyahısı.
Moldova ədəbiyyatı
Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir. Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.). XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Molokan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Molukka dənizi
Molukka dənizi (ing. Molucca Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Mindanao, Sanqixe, Sula, Molukka və Talaud adaları arasın yerləşir. Sahəsi 291,000 km², dərinliyi 4180 m təşkil edir. Temperatur il ərzində 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Filippin arxipelaqı ilə İndoneziya adaları arasında yerləşir. Əsas limanı Davaodur ki, oda Mindanao adasında yerləşir.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Moldova pasportu
Moldova pasportu — Moldova vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Pasport Dövlət Təşkilat və İnformasiya Resursları mərkəzi "Registru" tərəfindən, xaricdə isə Moldovanın xarici nümayəndəlikləri tərəfindən verilir. Pasportun etibarlılıq müddəti 7 ildir. 7 yaşa qədər uşaqlar üçün pasportun etibarlılıq müddəti 4 ildir. 2006-cı il yanvarın 1-dən Moldova vətəndaşları eyni vaxtda iki pasport almaq imkanı üçün yerli pasport idarəsinə yazılı müraciət etməlidirlər. Moldovanın ilk biometrik pasportu 2008-ci il yanvarın 1-də verilib. Yeni məcburi Moldova biometrik pasportu 1 yanvar 2011-ci ildə buraxılıb və qiyməti 700 MDL (45 avro) təşkil edir. Pasportun çipində sahibinin qan qrupu, rəqəmsal barmaq izi və rəqəmsal şəkli var. Rəqəmsal barmaq izi 12 yaşdan kiçik uşaqlar üçün məcburi deyil. Köhnə qeyri-biometrik pasportlar istifadə müddəti bitənə qədər etibarlı olacaq, səyahət üçün isə yalnız yeni biometrik pasportlar etibarlı olacaq.
Moldova ilanbaşı
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.