Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Vyaçeslav Molotov
Vyaçeslav Mixayloviç Molotov (əsl soyadı Skryabin; 25 fevral (9 mart) 1890-cı il, Kukarka, Vyatsk quberniyası, Rusiya imperiyası – 8 noyabr 1986-cı il, Moskva) — SSRİ dövlət və siyasi xadimi. SSRİ Xalq Komissarları Sovetinin Sədri (1930 – 1941-ci illər), 1939—1949 və 1953—1956-cı illərdə xarici işlər xalq komissarı (sonradan naziri). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (29.11.1946, 26.03.1959-cu il tarixində ləğv edilib). Sosialist Əməyi Qəhrəmanı (1943). 1906-cı ildən Kommunist(bolşeviklər) partiyasının üzvü (1962-ci ildə xaric edilib, 1984-cü ildə bərpa edilib), partiya Mərkəzi Komitəsinin üzvü (1921—1957, 1920-ci ildə üzvlüyə namizəd), MK Siyasi Büro üzvü (Rəyasət Heyəti) 01.01.1926-dən 29.06.1957-ci ilədək (üzvlüyə namizəd 16.03.1921). I-IV çağırış SSRİ Ali Sovetinin deputatı (1937—1958). Molotov kokteyli Запись беседы Народного комиссара иностранных дел СССР В. М. Молотова с послом Японии в СССР С. Того на сайте "Руниверс" Биографии Молотова на сайте "Хронос" Ф. Чуев. Сто сорок бесед с Вячеславом Молотовым Жорес Медведев Соломон Лозовский, Полина Жемчужина и Вячеслав Молотов // Сталин и еврейская проблема.
Molotov-Ribbentrop paktı
Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır. Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı. Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi.
Mololon
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. Əhalisi 431 nəfərdir. Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Polotsk
Polotsk (belar. По́лацк) — Belarus Respublikasının Vitebsk vilayətində şəhər, Polotsk bölgəsinin inzibati mərkəzi. Qərbi Dvinanın hər iki sahilində, Polota çayının axdığı yerdə yerləşir. Novopolotsk şəhəri və ən yaxın şəhər və kəndlərlə birlikdə təxminən 270 min nəfər əhalisi olan Polotsk aqlomerasiyasını təşkil edir. Belarusiyanın ən qədim şəhəridir.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Molodjok Azerbaydjana
Molodyoj Azerbaydjana (az-əbcəd. مولودژوک آزئربایدژانا‎, azərb-kiril. Молодйож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molodyoj — Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə fəaliyyət göstərmiş komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur. Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış, 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışdır. Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır. 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Zolotoy burnu
Zolotoy burnu — Rusiya, Primorsk diyarının şimal-şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burundan 15,5 km cənub-qərbdə Samarqa kəndi yerləşir. Zolotoy burnu vilayətin əsas coğrafi nöqtələrindən biridir. Burun yarımadanın sonunda, dəniz daxilinə 3.5 km məsdafədə daxil olmuş bir ərazidədir. Vilayətin ucqar şərq nöqtəsini təşkil edir. Buradan Saxalin vilayətin ərazisinə olan məsasfə (Moneron adası) 205 km, ən yaxın şəhərə olan məsafə isə 228 km-dir (Nevelsk). Əslində isə vilayətin ucqar şərq nöqtəsi Zolotoy burnundan 9,3 km şimal-şərqdə yerləşir. Burun müxtəlif adlara sahib olmasına baxmayaraq, günəşin qürubu zamanı sahilı suları sarı-qızılı rəng alır. Burada il boyu fəaliyyət göstərən mayak vardır. Mayakda işləyənlər Zolotoy qəsəbəsində yaşayır.
Molodo çayı
Molodo çayı(saxa Муолада) — Lena çayının sol qolu. Molodo-Unqa-Anabıl və Molodo-Xanqas-Anabıl çaylarının qarışmasından əmələ gəlir. Orta Sibir yaylasının şimal-şərqi ilə Buluns vilayətindən axır. Çayın uzunluğu-556 km, hövzəsinin sahəsi isə-26 900 km²-dir. Dekabrdan donan çay may ayında əriməyə başlayır. Qidalanmasında qar və yağış suları əsas yer tutur.
Zolotoy Roq buxtası
Zolotoy Roq buxtası — Yapon dənizində Şərq boğazında, ensiz ən uzun buxta.3 Buxtanın sahilləri boyunca Vladivostok şəhəri yerləşir. Buxtaya gəmilər aslıqla yan ala bilir. Burada Vladivostok ticarət və balıqçı limanı yerləşir. Buxta üzərindən asma körpü keçir. Su səthinin sahəsi 4,44 km²-dir. Buxta Şərqi Bosfor boğazının şimal sahilini təşkil edir. Buxta şimal-qərbdən Şkot yarımadası ilə əhatələnir. Buxtanın girəcəyində dərinliyi 20—27 metrdir. İçərilərə doğru isə dərinlik azalır. Sahilə yaxın dərinlik 5,2 - 15,2 metr arasında dəyişir.
Molot (qəzet)
Molot (az-əbcəd. مولوت‎, rus. Молот) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti. 1919-cu ildə Bakıda rus dilində nəşr olunmuşdur. Birinci nömrəsi 1919-cu il iyulun 9-da, sonuncu nömrəsi isə avqustun 14-də (cəmi 31 nömrə) çıxmışdır. "Molot"da Rusiya Kommunist (bolşe-viklər) Partiyasının ideya-siyasi xətti təbliğ edilir, Azərbaycan xalqının milli hökumətinə qarşı yönəldilən yazılar dərc olunurdu. Pozucu fəaliyyətinə görə "Molotun nəşri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qadağan edilmişdi, lakin qəzet 1919-cu il avqustun 19-dan 28-dək "Proletari" adı ilə nəşrini davam etdirmişdir (8 nömrə).
Molot (təşkilat)
Molot təşkilatı — 1903-cü ildə təsis edilmiş Rusiya şirkəti. Şirkətin qərargahı Sankt-Peterburqda, fabrikləri isə Qroznı və Bakıdadır. "Molot" Mexanika və İstehsalat Birliyinin tarixi 20-ci əsrin Rusiyanın ən məşhur neftçisi, tanınmış rus sənayeçisi, patronu, siyasətçisi Stefan Liazonovun adı ilə bağlıdır. 1903-cü il noyabrın 22-də təsdiq edilmiş şirkətin nizamnaməsinə əsasən, Bakı şəhərinin Sabunçu şəhərində mexaniki və dəmir döküm zavodu, bu müəssisələrin məhsulları, neft quyularının qazılması və ümumi neft avadanlıqlarının satışı ilə məşğul olmaq üçün neft və qaz alqı-satqısı mərkəzi tikilmişdir. Əvvəlcə "Molot"-un investisiyası 500 min rubl idi, beş yüz rublun min hissəyə bölündü. 1914-cü ildə Assosiasiya sərmayəsini 5 milyona çatdırır, Qroznıda bir quyu və mexaniki bina qazanır. 1917-ci ilə, Rusiya imperiyasının çökməsi ilə, şirkətin əsas hissəsi 10 milyon rubl qədər artır. Millətləşmə zamanı, 1918-ci il iyunun 28-də RSFSR Xalq Komissarları Şurasının fərmanı ilə, Molot Balaxanı, Zabrat, Bibiheybət, Binəqədi və Qroznı şəhərlərində dəmir filizləri olan beş mexaniki zavodun sahibi oldu. Bundan əlavə, Bibiheybət və Balaxanıdakı iki bina keçmiş "Biering"-in balansında, Balaxanıda başqa bir zavod - "Robura"-da idi.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasionalı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Müqəddəs Sofiya kafedralı (Polotsk)
Müqəddəs Sofiya kafedralı (belar. Полацкі Сафійскі сабор; rus. Собор Святой Софии в Полоцке) — Belarus respublikasının Polotsk şəjərində kafedral. Kafedral şahzadə Vseslav tərəfindən 1044-1066 illəri arasında tikdirilmişdir. Polota və Qərbi Dvina çaylarının şəhərin şərq tərəfindəki qovuşduğu yerdə yerləşir və bəlkə də Belarusiyadakı ən qədim kilsədir. Kafedral, Kiyevdəki və Novqoroddakı kimi, Allahın Müqəddəs Hikmətinin adını daşıyır. Öz kafedralını qurduqdan sonra izqoy knyazı olan Vseslav Kiyev taxtını ələ keçirməyə çalışdı. Lakin bu cəhdi uğusuzluqla nəticələnir və ətrafdakı ərazilərə basqın etməyə başlayır. 1067-ci ildə Böyük Novqoroda basqın edir və Müqəddəs Sofiya Kafedralını qarət edərək öz kafedralını bəzəmək üçün bir zəng və digər qənimətlər gətirir. Kafedral XI-XVIII əsrlər arasında əhəmiyyətli dərəcədə yenidən qurulmuş və ciddi şəkildə dəyişdirilmişdir.
Molot silah fabriki
Rusiyanın Kirov bölgəsində fəaliyyət göstərən “Molot” silah fabriki 1940-cı ildə sovet dövründə qurulub. Fabrik dünyada məşhur olan “Kalaşnikov” silahı başda olmaqla, digər silah və güllələr də istehsal edib. 2009-cu ilin yayında fabrik borc probleminə görə istehsalı dayandırıb. “Molot” silah fabrikinin bank və əməkdaşlarına 1 milyard rubl borcu var. Fabrikin istehsala başlaması üçün 300-400 milyon rus rubluna (10-14 milyon ABŞ dolları) ehtiyacı var. Fabrikin istədiyi kreditlər isə hələ verilməyib, üstəlik işçilərin də uzun müddətdir ki, gözlədiyi maaşlar ödənilməyib. 5000 nəfərin çalışdığı fabrikdə indi yalnız təhlükəsizlik işçiləri qalıb. Fabrikin 2700 işçisi müvəqqəti olaraq başqa işlə təmin edilib.