Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Ryota Morioka
Ryota Morioka (12 aprel 1991, Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryuzo Morioka
Ryuzo Morioka (d. 7 oktyabr 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Gorilla gorilla gorilla
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv == Yayılması == Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. == Təsviri == Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Gorilla gorilla
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Morelia
Morelia — Meksikada şəhər. 608 049 nəfər əhalisi var.
Morsilya
Morsilya (isp. morcilla) - ispansayağı qanlı kolbasıdır. Morsilli özünün regionla qaydasına görə hazırlanır. == Növləri == "Burqor morsilya" sı (isp. morcilla de Burgos) daha çox dünyada məşhurdur. Bu kolbasa donuz qanında, donuz piyindən, ətindən hazırlanır. Digər növü isə "yaşıl morsilya" (isp. morcilla de verduras) düyü və soğandan ibarətdir. Kanar adalarında "şirin morsilya" (isp. morcilla dulce) yayılmışdır.
Mozilla
Mozilla — çoxmənalı termin olaraq Mozilla Foundation qeyri-kommersiya şirkətinin proqram fəaliyyətini və bu proqram çərçivəsində istehsal olunan bir çox proqram məhsullarını bildirmək üçün işlədilir.
Qorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qərb qorillası nümunəsindən ilk dəfə olaraq 1847-ci ildə amerikan misyoneri Tomas Sevic tərəfindən qeydə alınıb.
Gorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qərb qorillası nümunəsindən ilk dəfə olaraq 1847-ci ildə amerikan misyoneri Tomas Sevic tərəfindən qeydə alınıb.
Morinda
Morinda (lat. Morinda) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Gorilla gorilla diehli
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . == Yayılması == Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. == Qorunma statusu == Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Morula
Morula — Morula (lat. Morus: tut), möhkəm bir top içərisində 16 hüceyrədən (blastomerlər adlanır) ibarət olan erkən mərhələli bir embriondur. Bir morula bir blastokistdən fərqlənir ki, morula (gübrələmədən 3-4 gün sonra) kürə formalı 16 hüceyrədən ibarət bir kütlədir, blastokistdə (döllənmədən 4-5 gün sonra) içərisində boşluq vardır daxili hüceyrə kütləsi. Bir morula, toxunulmaz və implantasiya edilməsinə icazə verilsə, nəticədə blastokist halına gələcək. Morula, tək hüceyrəli ziqotdan başlayaraq, erkən embrionun bir sıra bölünmə bölmələri tərəfindən istehsal olunur. Embrion 16 hüceyrəyə bölündükdən sonra tuta bənzəməyə başlayır və bu səbəbdən morula adlandırılır . Döllənmədən bir neçə gün sonra, morulanın xarici hissəsindəki hüceyrələr, desmosomların və boşluq birləşmələrinin əmələ gəlməsi ilə sıx bağlanır və demək olar ki, fərqlənmir. Bu proses sıxılma kimi tanınır. Xarici və içəridəki hüceyrələr fərqli olaraq trofoblasta (xaricində) və daxili hüceyrə kütləsinə (içərisində) atalar əmələ gəlir. Trofoblast hüceyrələrindən natrium ionlarının aktiv nəqli və suyun osmozu nəticəsində morulanın daxilində bir boşluq əmələ gəlir.
Garcinia morella
Garcinia morella (lat. Garcinia morella) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Morelia reticulatus
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Morinda officinalis
Dərman morindası (lat. Morinda officinalis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin morinda cinsinə aid bitki növü.
Mozilla Firefox
Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yüksək səviyyədə brauzerin təhlükəsizliyi imkanlarını təklif edir. Rəsmi olaraq Microsoft Windows, Mac OS X və Linux əməliyyat sistemləri üçün buraxılır. İlk adı “Phoenix” (“Simurq”) idi. Ticarət işarələrində yaranmış toqquşma səbəbindən bir müddətdən sonra adı dəyişdirilərək “Firebird” qoyuldu. Eyni səbəbdən sonradan bu ad da “Firefox” adı ilə əvəz olundu. Çox zaman yanlış olaraq “Mozilla” adlandırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mozilla Thunderbird
Mozilla Thunderbird - Mozilla fondu tərəfindən yaradılan pulsuz, açıq kodlu, cross platform email, xəbər və chat (client) proqramıdır. Mozilla Thunderbird bir neçə email hesabını eyni zamanda istifadə etməyə imkan verir.
Mozilla Foundation
Mozilla Foundation (moz://a kimi üslublaşdırılıb) — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ilin iyul ayında qurulan təşkilat inkişaf prosesini idarə edən siyasətləri müəyyən edir, əsas infrastrukturu idarə edir, "Mozilla" ticarət nişanlarına və müəllif hüquqlarına nəzarət edir. Onun iki vergi tutulan törəmə müəssisəsi var: bir çox "Mozilla" tərtibatçısını işə götürən və "Mozilla Firefox" veb-brauzerinin buraxılışlarını koordinasiya edən "Mozilla Corporation", "Mozilla Thunderbird" e-poçt müştərisi üzərində işləmək və onun buraxılışlarını əlaqələndirmək üçün tərtibatçıları işə götürən "MZLA Technologies Corporation". "Mozilla Foundation" təşkilatı "Netscape"ə bağlı "Mozilla Organization" tərəfindən təsis edilmişdir. Təşkilat hazırda ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Silikon vadisində yerləşir. "Mozilla Foundation" özünü "İnternetdə açıqlığı, innovasiyanı və iştirakçılığı dəstəkləyən qeyri-kommersiya təşkilatı" kimi təsvir edir. Təşkilat "Mozilla"nın "internetin ictimai rifah, eləcə də həyatın kommersiya aspektlərinə fayda verməyə davam etməsi üçün vacib olduğuna inandığı" 10 prinsipi sadalayan "Mozilla" manifestini rəhbər tutur. == Tarixi == "Netscape" 23 fevral 1998-ci ildə "Mozilla Application Suite" dəstinin işlənib hazırlanmasını əlaqələndirmək üçün "Mozilla Organization" təşkilatını yaratmışdır. Sonradan AOL "Mozilla Organization"da rolunu kəskin şəkildə azaltmışdır. "Mozilla"nın "Netscape" olmadan varlığını davam etdirməsini təmin etmək üçün 15 iyul 2003-cü ildə "Mozilla Foundation" fəaliyyətə başlamışdır.
Abies omorika
Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.
Pinus omorika
Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.