Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisası. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olub. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Moqak şəlaləsi
Moqak şəlaləsi — Başqırdıstanın Əbyəlil rayonu ərazisində Moqak çayının üzərində yerləşən şəlalə. Şəlalə Monak çayının Krıktıtau silsiləsində yerləşən Kandıvıl dağının ətəklərindən axan hissəsində əmələ gəlir. Şəlaləyə Beloresdən Maqnitaqorska qədər ərazilərdən getmək mümkündür. Moqak şəlaləsi və ona bənzər Kuk-Karauk şəlaləsini aprelin sonu mayın əvvəlləri ziyarət etmək daha gözəl olur. Bu zaman çayın suyu ən pik həddə çatır. Yayda şəlalə demək olar ki görünmür. Vikianbarda Moqak şəlaləsi ilə əlaqəli mediafayllar var.
Moran Mazor
Moran Mazor — 17 may 1991-ci ildə anadan olan İsrailli (Gürcü yəhudisi) müğənni. Moran Mazor 2013 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Rak Bishvilo" mahnısı ilə təmsil edib, yarışmanın favoritlərindən hesab olunmasına baxmayaraq, İsrail yarımfinal mərhələsində 14-cü yeri tutaraq, finala vəsiqə qazana bilmədi.
Moraq Hud
Moraq Hud (ing. Morag Hood) — Böyük Britaniya aktrisasıdır. Moraq Hud 1942-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Qlazqo Universitetində təhsil aldıqdan sonra aktrisalıq karyerasına başlamışdır. Bir çox filmlərdə və televiziya seriallarında çəkilmişdir. Moraq Hud 2002-ci ildə Xərçəng xəstəliyindən vəfat etmişdir. Onun həyatı boyu nə həyat yoldaşı, nə də uşağı olmuşdur.
Moray laboratoriyası
Moryak (rayon)
Moryak (fr. Mauriac) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Moryak. Rayon əhalisi 2006-cı ildə 27 381 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 21 nəf / km². Rayon ərazisi — 1278 km².
Nataliya Morar
Nataliya Morar (rum. Natalia Morari 12 yanvar 1984, Hinçesti[d]) — The New Times jurnalının müxbiri və siyasi müşahidəçisi kimi tanınan moldovalı jurnalist və teleaparıcı. Morar 2007-ci ildə "Kremlin Qara Büccəsi" adlı qalmaqallı nəşri, Rusiyaya giriş üçün dörd illik qadağa ilə nəticələnir. 2010-cu ildən 2012-ci ilə qədər Moldaviyanın Publika TV televiziya kanalında "Fabrika" tok-şousunun aparıcısı olur. 2013-cü ildən 2017-ci ilə qədər "Siyasət" verilişinə, 2015-ci ildən 2017-ci ilə qədər TV7 telekanalında "İnterpol" verilişinə, 2017-ci ildən 2018-ci ilə qədər TV8 telekanalında "Siyasət" verilişinə aparıcılıq edir. 2018-ci ildən bəri televiziyada "Nataliya Morarın Siyasəti" verilişini yayımlayır. Nataliya Morar Moldova SSR-nin Kotov (indiki Hinçesti) şəhərində anadan olub. Ata aqressiv olması səbəbindən ana Nataliyanın dörd yaşı olarkən ondan boşanmaq qərarına gəlir. "Gaudeamus" rus-rumın litseyində oxuyan Nataliya 2002-ci ildə Moskvaya köçür. Burada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinə daxil olur.
Viktorina Möran
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Yıldız Moran
Yıldız Moran (24 iyul 1932, İstanbul – 15 aprel 1995, İstanbul) — tərcüməçi, Türkiyənin peşəkar və akademik təhsil almış ilk qadın fotoqrafı Yıldız Moran 24 iyul 1932-ci ildə İstanbulda doğulmuşdur. 1950-ci ildə İstanbulda Robert Kollecindən məzun oldu. Daha sonra İngiltərə Bloomsbury Texniki Kolleci və Ealving Texniki Kollecində fotoqraflıq təhsili aldı. İngiltərə də Old Vic Teatrının məşhur fotoşəkil sənətçilərindən John Vickerin yanında assistentlik etdi. 1952-ci ilin yazında İtaliyaya gedən Yıldız orada bir fotoqraf klubuna üzv oldu, İspaniyanı və Portuqaliyanın gəzdi. İlk Fotograf sərgisini 1953-ci ildə 21 yaşında Kembricdə açdı. Şərqdən gəlmiş Türk qızının 25 fotoşəkili bir gün içində satıldı, 1954-cü ilə qədər Londonda beş sərgi daha açdı. Amma işləri istədiyi kimi getmirdi. Sərgiləri çox şöhrət gətirmişdi, bir çox tamaşaçı çəkmişdi amma Kembricdə açdığı tək bir sərgidə bir gündə 25 fotoşəkil satarkən, öz ölkəsində fotoşəkillərindən bir dənəsini belə sata bilməmişdi. Fotoşəkildən yetərli pul qazana bilmədiyini görüncə, yeni il kartları hazırlayıb satmağa qərar verdi.
Özgə Borak
Özgə Borak (türk. Özge Borak; 14 fevral 1982, İstanbul) — Türkiyə teatr və kino aktrisası. 14 fevral, 1982-ci ildə İstanbulda anadan olmuşdur. İstanbul Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir. 22 aprel 2012-ci ildə aktyor Ata Dəmirərlə ail qursa da 12 noyabr 2014-cü ildə boşanmışdırlar.
Mohak-Velli
Mohak-Velli — ABŞ-nin Nyu-York ştatında, Adirondak dağları və Katskill dağları arasında yerləşən, Mohak çayını əhatə edən ərazi. 2010-cu il Amerika Birləşmiş Ştatlarının siyahıyaalınmasına görə, regionun dairələrinin ümumi əhalisi 622,133 nəfərdir. Mohak çayı vadisinə əlavə olaraq, bölgə Suskuehanna çayı kimi digər böyük su hövzələrinin hissələrini ehtiva edir. Mohak-Velli Hudzon-Velli yolu ilə Atlantik okeanı Şimali Amerikanın daxili hissəsi ilə birləşdirən təbii keçidin bir hissəsidir. Regionda İrokez Konfederasiyasının yerli amerikan millətləri yaşayırdı. XVIII əsrdə holland, fransız və ingilis mühacirləri, XVIII əsrdə isə alman, irland və şotlandlar bu ərazidə məskunlaşmıçdılar. XIX əsrin ortalarında sürətli sənayeləşmədən sonra vadidə italyanlar və uelslilər məskunlaşmışdılar.
Pol Moran
Pol Moran (fr. Paul Morand Fransızca tələffüz: [pɔl mɔʁɑ̃]; 13 mart 1888[…], VIII arondisman (Paris) – 23 iyul 1976[…], XV arondisman (Paris)) — fransız səfir, yazıçı və 1968–1976-cı illərdə Fransa Akademiyasının üzvü.
Mora (İzer)
Mora (fr. Moras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38260. Kommunanın 1999-cu il üçün əhalisi 418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 275 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mora yarımadası
Adolf Lu Hitler Marak
Adolf Lu Hitler Ranqsa Marak (ing. Adolf Lu Hitler Rangsa Marak; 1950-ci illər) — Hindistan siyasətçisi. Milliyətçi Konqres Partiyasının siyasətçisi olan Hitler Marak Meqhalaya hökumətində 2003-cü ilə qədər ətraf mühit və daha sonra əməkdaşlıq naziri vəzifəsində çalışmışdır. == Adı == Mübahisəli adı ilə bağlı Hitler Marak "Hindustan Times"a demişdir: "Bəlkə valideynlərim bu adı bəyəndilər və buna görə də məni Hitler adlandırdılar ... Adımdan razıyam, baxmayaraq ki, məndə diktatura meylləri yoxdur". 2013-cü ilin fevralında beynəlxalq mediada Marakın Frankenştayn Momin və Billikid Sanqma kimi bəzi qəribə adlı namizədlərə qarşı yenidən Meqhalaya ştat məclisi üçün namizəd olacağı geniş yayılmışdı.
Andres de la Mora
Andrés de la Mora (6 dekabr 1988, Mexiko) — bir Meksikalı aktyor . Telenovela NOOBees sayəsində beynəlxalq şöhrət qazandı . Mora 1994-cü ildə Mexiko şəhərində anadan olub və daha kiçik bir bacısı var. 2018-ci ildən bu yana Kolumbiya Telenovela filmində oynayır David Orduzun kişi baş rolunu oynayır . 2019-cu ildə Mora La reina soy yo serialının 77-ci bölümdə göründü. Aktyorluqdan əlavə musiqi ilə də məşğul olur.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio ("imtahan", "təlim" və yaxud "bilik") sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384–322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
Amvrak
Amvrak (q.yun. Άμβρακας; Άμβραξ) — qədim yunan mifologiyasında fesprotiyalıların əcdadı Fesprotun oğlu. Ambrax öz adını qədim Amvrakiya, o da öz növbəsində Amvrakikos körfəzinə vermişdir. Qədim dövrlərdə Amvrak bu şəhərdə mövcud olan Afrodita ilahəsinin məbədinin, eləcə də Eneyə həsr olunmuş Heronun banisi hesab olunurdu.
Forik
Forik ( q.yun. Θορικός) — qədim Yunanıstanda, Attikanın cənub hissəsində şəhər və daha sonra dem. Bu, Afinanın yaradılması üçün Teseyə aid edilən sinoykizmlərdə birləşən on iki orijinal yaşayış məntəqəsindən biri idi. Daha sonra bu, Akamantida filasının bir demi idi. Onun yaxınlığında Neolit dövründən qurğuşun və gümüşün çıxarıldığı və qəsəbənin sənaye məhəlləsində işlədiyi Laurion mədənləri yerləşir.