Yunanıstan (yun. Ελλάδα), rəsmi adı Ellin Respublikası (yun. Ελληνική Δημοκρατία) — Avropada dövlət. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan şərqdən Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Albaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır. O, Avropa ilə Asiyanın kəsiyində, Afrikanın yaxınlığında yerləşmiş Aralıq dənizi ölkəsidir.
Ellin Respublikası Ελληνική Δημοκρατία | |
---|---|
Şüarı: Ελευθερία ή θάνατος "Ya Azadlıq, ya Ölüm" | |
Paytaxtı və ən böyük şəhəri | Afina |
Rəsmi dilləri | Yunan dili |
Dini | Şərqi pravoslav kilsəsi |
Demonim(lər)i | Yunan |
İdarəetmə forması | Unitar parlamentli respublika |
• Prezident | Katerina Sakellaropulu |
• Baş Nazir | Kiriakos Mitsotakis |
Qanunverici orqanı | Yunanıstan Parlamenti |
Tarixi | |
• Yaranması | 25 mart (6 aprel) 1821 |
Ərazisi | |
• Ümumi |
|
Telefon kodu | +30 |
ISO 3166 kodu | GR |
Albaniya, Şimali Makedoniya və Bolqarıstan ilə quru sərhədlərinin böyük hissəsi çətin keçilən dağlıq ərazilərdən, yalnız Türkiyə ilə sərhəddi bataqlaşmış Maritsa çayı vadisi boyunca yerləşmiş ovalıqdan keçir. Dünya Dövlətləri arasında Yunanıstan ən girintili-çıxıntılı sahil xəttinə malik ölkələrdən biridir.
Yunanıstan ərazisinin təqribən dörddə-üç hissəsini hündür olmayan (1200–1800 m) dağ massivləri tutur. Ən hündür dağ Olimpdir (2917 m) Dağlar meşəsiz olsalar da, yeraltı sərvətlərlə zəngindir. Ölkədə müxtəlif resurslar: Afina ətrafında, Evbeya və Kiklada adalarında dəmir, Makedoniya əyalətində manqan, xrom, nikel, mis, boksit yataqları vardır. Yunanıstan qeyri filiz qazıntılarla da zəngindir. Lakin neft və təbii qat yataqları olmadığından maye yanacağı okan tələbatın 98 faizi idxal hesabına ödənilir.
Dağlar ölkənin iqliminə müəyyən mənada təsir göstərir. Yunanıstanın yalnız düzənlik ərazilərində və dənizə yaxın olan ətəklərində yumşaq, rütubətli qışı və isti quru yayı ilə seçilən Aralıq dənizi subtropik iqlim hakimidir. Dağlara qalxdıqca hava soyuyur və illik yağıntının miqdarı artır.
Ölkədə qısa, iti axan dağ çayları üstünlük təşkil edir. Ən uzun çayı Alyakmon (uzunluğu 300 km), nisbətən iri və çoxsulu çayları Maritsa, Hestos, Strimon, Bardar və b.. Bu çaylar nəqliyyat baxımından yararsız olsalar da enerji və suvarma mənbəyi kimi əhəmiyyətləri böyükdür.
Ölkə ərazisinin 10–11 faizi meşələrlə örtülmüşdür. Ərazi həmişəyaşıl və yarpağı tökülən kolluqlar da geniş yer tutur.
Yunananıstan qədim tarixə malik ölkədir. Bu dövlətin ərazisində çox qədimlərdən müxtəlif etnik qruplar yaranmışdır. Qədim Krit-miken mədəniyyətinin (b.e.ə. III–II minillik) izləri Krit adasında,Peloponnes yarımadasında və Egey dənizindəki adalarda da aşkar edilmişdir. Sonrakı mərhələləri mütəxəssislər Yunan tarixinin homer dövrü müəllifi homer sayılan məşhur İliada və Odissey etnik poemalarında təsvir edilir. Eramızdan əvvəl VIII-VI əsrlərdə Qədim Yunanıstanın sürətli inkişaf dövrü olmuş, onun ərazisində hakimiyyət uğrunda daima bir-biri ilə mübarizə aparan şəhər dövlətləri yaranmışdır.
Günümüzdəki müasir Yunanıstan, 1821-ci ildə Osmanlı dövlətinin İngiltərə, Fransa və Rusiya qarşısında aldığı məğlubiyyətlər nəticəsində, bu imperiyaların qoruma bölgəsi olaraq, İstanbulun idarəsindən qoparılan Mora yarımadası və Afinadan ibarət kiçik bir bölgədə Yunan Krallığı adı altında quruldu. İlk Yunan kralı olaraq da Bavariyalı aristokrat ailədən gələn Otto von Wittelsbach təyin edildi.
Daha sonrakı illərdə İstanbulun müharibələri uduzmaları nəticəsində döyüş qalibi imperiyaların təzyiqləri ilə Afinaya bu bölgələri verməyə məcbur qaldı:
1975-ci il konstitusiyasına görə Yunanıstan ynutap parlamentli respublikadır. Dövlətin başçısı parlament tərəfindən seçilən prezidentdir. 2015-ci ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən keçmiş daxili işlər naziri Prokopis Pavlopulos Yunanıstanın yeni prezidenti seçilmişdir. İcraedici hakimiyyət prezident və Baş Nazirin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilir. İnzibati-ərazi baxımından ölkə 52 rayona bölünür.
1821-ci ildən 25 mart — Müstəqillik günü kimi milli bayram şəklində qeyd olunur. Yunanıstanda bir neçə siyasi partiya fəaliyyət göstərir. Ölkənin siyasi həyatında Mühafizakarlar, Yeni Demokratiya, Ümumyunan 2000-ci, Sosialist hərəkatı, Sol və Mütərəqqi qüvvələrin koalisiyası və b. partiyalar önəmli rol oynayırlar.
Bizim eradan əvvəl III əsrdə ümumyunan birliyi, yerli dialektləri tədricən sıxışdırıb çıxaran ümumyunan dili yaranmışdır. Yunan dili əhali ellinlər, onların yaşadıqları ərazi isə Ellada adlnırdı. Ellinlər Avropa xalqlarının elm, incəsənət və ədəbiyyatında silinməz izlər qoyan güclü sivilizasiya yarada bilmişlər. Bir çox elmlərin əsası onların dövründə qoyulduğundan, elmi terminlərin əksəriyyəti qədim yunan sözlərinin kökündən əmələ gəlmişdir. Qədim yunan fəlsəfəsi hələ bizim eradan əvvəl VII-VI əsrlərdə quldarlıq cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaranmışdır. Sokrat, Platon, Aristotel (Əflatun), Heredotun bəşəriyyət qarşısında xidmətləri böyük olub.[1]
Dünya elm və mədəniyyətinə böyük töhfələr verən Yunanıstanı İtaliya ilə yanaşı Avropa sivilizasiyasının beşiyi adlandırırlar. 1991-ci ildə Afinada qədim Ellada torpağında yaranan demokratiyanın 2500 illiyi münasibəti ilə böyük bayram keçirilmişdir.
Yunanıstanın iqtisadiyyatı dünya bazarı ilə sıx əlaqədardır. Ölkədən dağ-mədən (boksit, nikel, manqan), kənd təsərrüfatı (tütün, üzüm, zeytun yağı, sitrus meyvələri, qoz, pambıq və s.) yüngül və yeyinti sənaye məlumtları ixrac, maşın və avadanlıq neft və neft məhsulları, mineral xammal və çatışmayan ərzaq və s. idxal olunur. Yunanıstan Almaniya, İtaliya, ABŞ, Fransa və Səudiyyə Ərəbistanı ilə sıx ticarət əlaqələrinə malikdir. Ölkənin ticarət balansı mənfidir. Çatışmazlıq görünməz əməliyyatlardan (məsələn, dəniz daşımaları, xarici turizm, yunan mühacirlərinin vətənlərinə göndərdikləri pul baratları, Avropa İttifaqının müxtəlif fondlarından köçürmələr və s.) əldə edilən gəlir hesabına tənzimlənir. Pul vahidi- draxmadır.
2012-ci ildə Yunanıstan İkinci dünya müharibəsindən bəri ən ağır və ən çətin iqtisadi böhran dövrünü yaşayır. Ölkə iqtisadiyyatı artıq beşinci ildir azalmaqdadır, dövlət borcunun ÜDM-ə nisbəti 160%, işsizlik səviyyəsi isə 21%-dir. Dünyanın 3 böyük reytinq agentliyi olan Fitch Ratings, Moody’s və Standard & Poor’s Yunanıstanın reytinqini ən aşağı səviyyəyə endirib. Yunanıstan hökuməti borc öhdəliklərinin mübadiləsi üzrə sövdələşməyə özəl kreditorların əksəriyyətinin razılığını alıb ki, bu da ölkəyə defoltdan yayınmaq imkanı verib.[2] Bəzi iqtisadçıların fikrincə, Yunanıstanın təcrübəsi sonda onunla nəticələnəcək ki, banklar başqa dövlətlərə kredit vermək istəməyəcəklər, bu cür borclanma dünyada iqtisadi artımı zəiflədəcək. Narahatlıqlar artıq beynəlxalq hərraclara və neft qiymətlərinə təsir edib.[3] Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu 2012-ci ildə 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
2018-ci ilin mart ayının əvvəlində Yunanıstan Statistika İdarəsi 2017-ci ildə Yunanıstanın ÜDM-nin dinamikası ilə bağlı məlumatlar yayımlayıb: səkkiz illik bir tənəzzüldən sonra, Yunanıstanın ÜDM-i dörddə üç dəfə artıb. 2017-ci ilin oktyabr-dekabr tarixləri arasında cari qiymətlərdə artım 2,4% təşkil etmişdir. Avropa Komissiyasının proqnozlarına görə, Yunanıstan iqtisadiyyatı 2018 və 2019-cu illlerde 2,5% artmağa davam edəcək.[4]
Yunanıstan Milli Statistika Xidmətinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumatına əsasən Yunanıstan əhalisi 11.062.508 nəfərdir.[5]
Yunanıstan bir millətli dövlətdir. Əhalinin 95 % yunanlardır. Sərhəd bölgələrində yunanlarla yanaşı türklər və albanlar da yaşayır. Yunanların əksəriyyəti provaslavlardır. Uzaq keçmişdə Venesiya respublikasının tərkibində olmuş Egey dənizi adalarının sakinləri isə katoliklərdir. Dövlət dili yunan dilidir. Əhalinin ölkə üzrə orta sıxlığı bir kv.km-də 81, sahil böıgələrində isə 120–130 nəfərdir. 1919–1922-ci illərdə yunan-türk müharibəsindən sonra yunan qaçqınlarının ölkənin şimalına axışması bu rayonda əhalinin sıxlığını xeyli artırmışdır. Qərbi Avropanın digər ölkələrinə nisbətən Yunanıstanda əhalinin təbii artımı yüksəkdir (0,3–0,5 faiz).
Əhalinin 50 %-dən çoxu qeyri istehsal, 27 faizi sənaye, 17 faizi kənd təsərrüfatı sahələrində çalışır. İqtisadi cəhətdən fəal əhalinin 10 faizə qədəri işsizdir.
Etnik tərkib
Dini
Dili
Yunanıstan Olimpiya oyunlarının vətəni sayılır. İlk Olimpiya oyunları e.ə.776-cı ildə Yunanıstanda keçirilmişdir.