Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur.Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır. Ancaq birbaşa cərəyan homopolyar lineer matoru Elektromaqnit top olaraq yüksək sürətli başqa bir xətti mühərrik dizaynındadır.
Motor yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Servo motor
Servo motor — səhvi aşkar edən və yan əks əlaqə mexanizminin köməyi ilə istənilən mexanizmin işinə nəzarət edən və xətanı düzəldən avtomatik cihazdır. Robot texnologiyasında ən çox istifadə edilən motor növüdür. Bu sistemlər mexaniki, eləcə də elektron, hidravlik, pnevmatik ola bilər və ya digər sahələrdə istifadə oluna bilər. Servo mühərriklər; Çıxış, mexaniki mövqe, sürət və ya sürətlənmə kimi dəyişənlərin idarə edildiyi, qısacası hərəkət idarəsinin edildiyi bir mexanizmdir. Servo mühərriklər akkumulyator mühərrikləridir. Servo motorda istənilən AC, DC və ya pilləli mühərrik var. Buraya həmçinin sürüDC servo mühərrikləri ümumiyyətlə DC mühərrikidir və motora tələb olunan DC aşağıdakı üsullarla əldə edilir. 1- Elektrik gücləndiricisindən. 2- AC cərəyanının doymuş reaktordan keçirilməsi. 3- AC cərəyanını tiristordan keçirərək.
Kotor
Kotor (mont. Котор/Kotor, serb. Котор/Kotor, xorv. Kotor, it. Cattaro, lat. Acruvium, yun. Ασκρήβιον) — Monteneqroda şəhər. Kotor icmasının inzibati mərkəzidir. Adriatik dənizinin Kotor körfəzi sahilində yerləşir. Tarixən Kotor və ətraf ərazilər Dalmasiya bölgəsinə aiddir.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
British Motor Corporation
BMC kimi tanınan British Motor Corporation, 1952-1966-cı illər arasında İngiltərədə fəaliyyət göstərmiş bir avtomobil şirkəti olmuşdur. Türkiyədə Çukurova Holdinqin tərkibində lisenziya müqaviləsi əsasında avtobuslar, yük maşınları, evakuatorlar və TIR istehsal etmişdir.
Ford Motor Company
Ford Motor Şirkəti (ing. Ford Motor Company) – ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Mineral motor yağları
Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300-6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən,alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur. == Təsnifatı == Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir. Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür. == Tətbiqi == Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur. == Aşqarlar == Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır. Mineral yağların markaları. Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur.
Morris Motor Company
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Motor yağlarının regenerasiyası
Motor yağlarının regenerasiyası – işlənmiş yağların bərpası deməkdir. == Motor yağları == Motor yağları porşen və rotorlu daxili yanma mühərriklərinin yağlanması üçün istifadə olunur.Avtomobil parkı artdıqca onlarda istifadə olunan yağların istehsalı da artır. Bu məhsul ətraf mühit üçün kifayət qədər zərərli olduğundan, istifadə edildikdən sonra utilizə və ya regenerasiya edilməlidir, yəni yağın ilkin xassələrini mümkün qədər bərpa etmək və təkrar istifadəyə yönəltmək zəruridir. Problemin aktuallığı həmçinin onunla da bağlıdır ki, mütəxəssislərin proqnozlarına görə, yağların tərkrar istismara yönəldilməsi hər il 5-7% artmaqda davam edəcək. Qeyd etmək lazımdır ki, işlənmiş yağın regenerasiyası asan məsələ deyil. Bu proses yalnız neft emalı zavodlarında aparıla bilər. == İşlənmiş yağların qrupları == Təyinatına görə bütün işlənmiş yağlar şərti olaraq üç qrupa bölünür: İşlənib keyfiyyətini itirmiş yağlar - dizel, aviasiya, həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunmuş motor yağları; İşlənmiş sənaye yağları - transformator, hidravlik, kompressor və turbin yağları; İşlənmiş neft məhsullarının qarışıqları - rezervuarların və boruötürücülərin təmizlənməsi nəticəsində yığılmış, həmçinin tullantı suları təmizləyən qurğularından çıxarılmış neft məhsulları. == İşlənmiş yağlarının regenerasiya üsulları == Sulfat turşusu ilə təmizləmə üsulu.Bu usulla işlənmiş yağlar qüvvətli mineral turşular, əsasən, sulfat turşusu vasitəsilə ilə təmizlənir. Sonra gillərlə onların ağardırılması aparılır. Bu üsulun çatışmayan cəhəti - yağın çıxımının az olmasıdır (məhsulun 50%-i turş qudrona çevrilir).
Toyota Motor Corporation
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
Tək fazalı motor
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. == Tək fazalı induksiya motoru == Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. == Mühərrikin işləmə prinsipi == Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Yamaha Motor Company
Yamaha Motor Company Limited (yap. ヤマハ発動機株式会社) — yapon motosikl istehsalçısı, dünyada həm də ən iri pianino istehsalçısı olan Yamaha Corporation şirkətinin bir hissəsi. Şirkət həm də mühərrikli digər texnikalar istehsal edir.
Buxar motoru
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Daewoo Motors
Daewoo Motors — Cənubi Koreyanın 1982-ci ildə yaranmış avtomobil istehsalçısı olan şirkəti. Daewoo Group şirkətinin daxilində idi. Şirkət 2001-ci ildə əsas aktivlərini General Motorsa satır və 2002-ci ildə ləğv olunur. == Tarixi == Şirkət 1937-ci ildə National Motors adı ilə yaranmışdır. Daha sonra 1962-ci ildə şirkət Saenara Motors kimi adlanır. 1965-ci ildə şirkət Shinjin Motorsa çevrilir. 1972-ci ildə şirkət General Motors Korea (GMK) kimi adlanmağa başlayır. 1976-cı ildə şirkət Saehan Motors kimi adlandırılır. 1982-ci ildən etibarən isə şirkət Daewoo Motors kimi adlandırılır və 2002-ci ilə kimi fəaliyyət göstərir. Daewoo Motors-un ilk maşını 1986-cı ildə istehsal olunmuş Daewoo Racer olur.
Elektrik motoru
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. = Təsnifatı = Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM,-Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür.Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür. Ventil mühərriklər – EM mühərrikləri olub qapalı sistemdən ibarətdir.
General Motors
General Motors — 1908-ci ildə ABŞ-də yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar.
Kia Motors
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kotor körfəzi
Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır. Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir. == Geologiya == Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.) == Tarix == Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır.
Morris Motors
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Motoo Tatsuhara
Motoo Tatsuhara (14 yanvar 1913 - 1984) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Moxor (Bicar)
Moxor (fars. مخور‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Procyon lotor
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.