Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mulu
Mulu (Marağa)
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Mulde çayı
Mulde— Saksoniya və Saksoniya-Anxalt, Almaniyada bir çaydır. Elbanın sol qoludur və uzunluğu 124 kilometrdir. Çay Coldits yaxınlığında Zviçkauer Mulde (Zviçkau içərisindən keçir) və Freiberger Mulde (Sahilində Freiberg ilə) çaylarının birləşməsindən formalaşır. Buradan çay Saksoniyanı (Grimma, Wurzen, Eilenburg, Bad Düben) və Saksoniya-Anxalt (Jeßnitz və Dessau, Anxaltın paytaxtı) keçərək şimala doğru axır. Mulde Dessonun 3 km (2 mil) şimal tərəfində Elbaya tökülür. 2002-ci ilin avqustunda daşqın ciddi ziyana gətirib çıxarmışdır, belə ki, hətta YUNESKO-nun Dünya Mədəniyyəti Mirası "Dessau-Wörlitzer Gartenreich" və Dessau şəhəri təhlükə altına düşmüşdür. Xüsusilə Döbeln və Qrimma şəhərləri daşqın ziyanlarından əziyyət çəkmişdir. Çayın adı qədim Alman (ehtimal ki, Qothiç) "Mulda" (𐌼 ᚢ 𐌻 ᛞᚨ), yəni "toz" və ingilis dilində bənzəri "mould" adlarından götürülmüşdür. Ancaq daha çox ehtimal odur ki, bu alman dilində "dəyirman" mənasını verən "mahlen"-dən əlaqələnmişdir. Buna görə də, Muldenin mənası ehtimal ki, "dəyirman çayı" deməkdir və bu köhnə dövrlərdə çayda idarə olunan çox sayda su dəyirmanına müvafiqdir.
Mulk Surəsi
67-ci surə
Mulu (Marağa)
Mulu (fars. ‎‎‎مولو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (25 ailə).
Mulu (Mərənd)
Kürrab (fars. كراب‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mulud Fereun
Mulud Fereun (8 mart 1913[…], Kabiliya[d] – 15 mart 1962[…], Əlcəzair, Fransa) — Əlcəzairin tanınmış yazıçılarından biri. Freunun yaradıcılığı onu bütün Məqribdə və Fransada adlı-sanlı yazıçılar sırasına çəkmişdir. 1913-cü il martın 8-də Kabiliyada kəndli ailəsində anadan olmuşdur. Tanınmış Əlcəzair yazıçılarının bir çoxu kimi Mulud Fereun da əsərlərini fransızca yazıb. Ömrünün son illərini paytaxtda yaşayıb. Mulud Fereunun ölümündən əvvəl üç romanı çap olunmuşdur: "Kasıbın oğlu", "Torpaq və qan", "Dağlara gedən yollar" romanları. Ölümündən sonra isə "Dostlara məktub" kitabı, yarımçıq qalmış "İldönümü" romanı çap edilmişdir. Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 86–87.
Mund döyüşü
Mund döyüşü — Qədim Romada vətəndaş müharibəsinin gedişində, e.ə.45-ci il 17 martda müasir İspaniyanın cənubunda yerləşən Mund vadisində Qay Yuli Sezarın respublikaçılara qarşı son döyüşü. E.ə.49–45-ci illərdə Qədim Romada baş vermiş vətəndaş müharibəsinin sonlarında İspaniyada, Pompeyin oğlanları Qney və Sekstə qarşı müharibələr gedirdi. Qay Yuli Sezarın canişini Kassi Lonqinin İspaniyadakı özbaşnalığından narazı olan yerli əhali də Pompeyin oğlanlarına köməklik göstərirdilər. Mund şəhəri yaxınlığında e.ə.45-ci il 17 martda baş vermiş həlledici döyüşdə Sezar qələbə qazandı. Pompeyin böyük oğlu Qney bu döyüşdə həlak oldu. Mund döyüşü Pompeyin tərəfdarlarına qarşı Sezarın son döyüşü idi. Sezarın son döyüşü Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975, səh.161 Appian. Roma tarixi:Vətəndaş müharibələri(II, 103–105).
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).
Müll.Arg.
Cohannes Müller (alm. Johannes Müller‎ lat. Argoviensis, fr. Jean Muller d'Argovie; 9 may 1828 – 28 yanvar 1896, Cenevrə) — İsveçrə botaniki və mikoloqu. Ranunculus argoviensis W.Koch Psychotria argoviensis Steyerm. Typha argoviensis Hausskn. ex Asch. & Graebn.. Dictionary of the Fungi (9th edition). Brummitt RK; Powell CE. 1992.
Məlikil-Mulk
Məlikil-Mulk (ər. مالك الملك) — Allahın adlarından biri.
Nizamül Mülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092, Səhnə, Böyük Səlcuq İmperiyası) — Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət. Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Nəsirul Mülk
Nəsirul Mülk(17 avqust 1950)—Pakistan İslam Respublikasının 21-ci baş naziri.Həmçinin Pakistanın 7-ci vasitəçi baş naziri.Vəzifə 18 avqust,2018-ci ildə İmran Xana təhvil edilib. Nasirul Mulk, 17 avqust 1950-ci ildə Khat Pakhtunkhwa Swat turistik bölgəsində anadan olmuşdur. atası Kamran Xan 1973-1977-ci illər arasında Senatda senator vəzifəsini icra edən bir siyasətçi idi. Kiçik qardaşı Şüja-ul-Mulk 2003-2009-cu illər arasında senator olaraq da vəzifə yerinə yetirmişdi. İctimai işçi, başqa bir qardaşı Rafil-ul-Mulk isə Svatın keçmiş bələdiyyə başçısı idi. Abbottabad Xalq Məktəbində orta məktəbi bitirdikdən sonra, Mulk 1970-ci ildə Gözəl İncəsənət sahəsində BA dərəcəsini aldığı Cahanzeb Kollecinə daxil oldu. Eyni il Pişəvər Universitetində hüquq təhsili almaq üçün qeydiyyatdan keçdi. Eyni zamanda hüquq təhsillərini də yaxşı başa vurdu. , universitet müəllimləri onu "istedadlı və parlaq bir tələbə" kimi qeyd etdilər. 1972-ci ildə Peşəvar Universitetindən hüquq bakalavr dərəcəsi almışdır.
Qlenn Quld
Qlenn Quld (ing. Glenn Herbert Gould; 25 sentyabr 1932[…], Toronto – 4 oktyabr 1982[…], Toronto) — Kanadalı pianoçu. O, 20-ci əsrin ən görkəmli pianoçularından biri kimi tanınır. İohann Sebastyan Baxın əsərlərinin məşhur təfsirçisi kimi şöhrət qazanan Quldun ifası diqqətəlayiq texniki məharətinə və Bax musiqisinin kontrapuntal teksturasını ifadə etmək bacarığına görə fərqlənirdi. Quld Frederik Şopen, Ferens List və digərlərinin, eləcə də, bir sıra sonrakı romantik və modernist dövr bəstəkarlarının yaratdığı standart romantik fortepiano əsərlərinin əksəriyyətini rədd etdi. Səs yazılarında Bax və Bethoven üstünlük təşkil etsə də, Quldun repertuarı çoxşaxəli idi. Bura o cümlədən Motsart, Haydn və Brahmsın, Yan Piterszon Svelink və Orlando Gibbons kimi barokko dövründən əvvəlki bəstəkarların, Paul Hindemit, Arnold Şönberq və Rixard Ştraus kimi 20-ci əsr bəstəkarlarının əsərləri də daxil idi. Quld klaviaturadakı qeyri-adi musiqi təfsirləri və özünəməxsus əl-qol hərəkətlərindən tutmuş, həyat tərzi və davranışlarına qədər qəribəlikləri ilə tanınırdı. O, bütün diqqətini studiya səsyazmaları və digər layihələr üzərində cəmləşdirmək üçün 31 yaşında konsert verməyi dayandırdı. Quld həm də yazıçı, diktor, bəstəkar və dirijor idi.
İnva Mula
İnva Mula (alb. Inva Mula; doğum tarixi 27 iyun 1963,Tirana, Albaniya) — Alban opera müğənnisi (lirik soprano). Klassik "Lyuçiya di Lammermur", "Bohema", "Manon" və s. operalarının iştirakçısı. Kino sahəsində taninmış insan. Əsasən "Beşinci element" filmində Diva Plavalagunanın səsi ilə tanınmışdır. İnva Mula 27 iyun 1963-cü ildə Albaniyanın paytaxtı — Tirana şəhərində anadan olub. Sənətkarlar ailəsindən olan İnva opera karyerasına erkən yaşlarında başlamışdır. Atası Avni Mula Kosovonın Djakoviç şəhərində anadan olmuş məşhur alban müğənnisi və bəstəkardır. İnva adı atasının adını tərsinə oxumaqdan irəli gəlir.
Əl-Muid
Əl-Muid (ər. المعيد) — Allahın adlarından biri.
Mülk (Zəngəzur)
Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir. Toponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir. Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir.
Mülk (dəqiqləşdirmə)
Mülk
Nolan Quld
Nolan Quld (ing. Nolan Gould, 28 oktyabr 1998) — amerikalı aktyor.
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Muad Əl Baluşi
Muid Əhməd Əfəndi
Muid Əhməd Əfəndi (1577 – 25 aprel 1647) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Doğum yeri haqqında dəqiq məlumat olmasa da, atasının adının Yusif olduğu məlumdur. Təhsil almaq üçün İstanbula gələn Əhməd Əfəndi Xınalızadə Fəhmi Mehmed Əfəndidən dərslər almış, təhsilini bitirdikdən sonra onun köməkçisi kimi xidmət göstərmişdir. Buna görə də tarixi mənbələrdə Muid (yəni köməkçi, yardımçı) Əhməd Əfəndi olaraq qeyd olunur. 1595-ci ilin fevral ayından başlayaraq müxtəlif mədrəsələrdə müdərris kimi fəaliyyət göstərdi. 1612-ci ilin dekabrında Əhməd Paşa, 1614-cü ilin iyununda Mahmud Paşa, 1618-ci ilin dekabr ayında Qəzənfər ağa, 1620-ci ilin martında Sahn-ı Səman, 1622-ci ilin iyun ayında Hasəki sultan, 1623-cü ilin mayında Yavuz Sultan Səlim, 1624-cü ilin aprelində isə Süleymaniyyə mədrəsələrində xidmət göstərmişdir. Ardından 1626-cı ilin mart ayında Dəməşq qazısı, 1629-cu ilin oktyabr ayında Qahirə qazısı, 1633-cü ilin sentyabr ayında Ədirnə və 1635-ci ilin dekabr ayında İstanbul qazısı təyin olundu. 1637-ci ilin aprel ayında Anadolu başqazısı təyin olunan Əhməd Əfəndi IV Muradın Bağdad səfərinə qatılmaq üzrə hazırlıq görsə də, baş verən bəzi hadisələr səbəbilə bu səfərə qatıla bilmədi. Şeyxülislam Yəhya Əfəndi ilə aralarında yaranan bir məsələyə IV Murad qarışmış, ancaq Əhməd Əfəndi padşahın müsahibi Hüseyn Paşaya sərt cavab verərək geri çevirmişdir. Bunun ardından vəzifəsindən azad edilən Əhməd Əfəndi Belqrada sürgün edildi.
Fuad Şükr
Fuad Şükr (ərəb. فؤاد شكر‎), həmçinin Əl-Həcc Mohsen və Mohsen Şükr təxəllüsləri ilə tanınır (15 aprel 1961 – 30 iyul 2024, Haret-Xreyk[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan hərbi lideri, "Hizbullah"ın yüksək səviyyəli üzvü. "Hizbullah"ın qurucu generasiyasının üzvü olan Şükr 1980-ci illərin əvvəllərindən təşkilatda yüksək səviyyəli hərbi lider olmuşdur. Qırx ildən artıq müddətdə qruplaşmanın aparıcı hərbi xadimlərindən birinə çevrilmiş və onun rəhbəri Həsən Nəsrullahın hərbi məsləhətçisi olmuşdur. 30 iyul 2024-cü ildə Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.