1. Görülən iş müqabilində verilən əmək haqqı; zəhmət haqqı; haqq. Fəhləyə muzd vermək.
– [Allahqulu:] Gündəlik muzdumuz çox az idi.
[Firuz] … balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır.
// Görülən işin pulla dəyəri, haqqı. İşin muzdu nə olacaq?
2. məc. Qarşılıq, mükafat.
[Koroğlu:] Mənim də atam ömrünü, gününü Həsən xanın qapısında çürütmüşdü, axırda muzdu o oldu ki, xan gözlərini çıxartdırdı. “ ”.
[Soltan bəy Əsgərə:] Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan.