Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyük Morava
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Morava çayı
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Masaki Murata
Masaki Murata (村田 聖樹, Murata Masaki, 29 avqust 1999, Kavasaki[d], Kanaqava prefekturası) – Danimarkanın "Vayle" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. == Klub karyerası == Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır. Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur. 2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.
Urava Komaba stadionu
Saytama Şəhər Komaba stadionu (さいたま市浦和駒場スタジアム, Saitama-shi Urawa Komaba Sutajiamu) — Yaponiyanın Saytama prefekturasının Saytama şəhərində yerləşən futbol stadionu. Tutumu 21.500 nəfərdir. 1967-ci ildə atletika idman növlərinin keçirilməsi məqsədilə tikilmişdir. Şəhərin mərkəzindən sadəcə 1,5 kilometr uzaqlıqda yerləşir. İlkin tamaşaçı tutumu cəmi 5000 nəfər olsa da, 1982-ci ildə bu rəqəm 8000-ə çatdırılmışdır. 1991-ci ildə stadionu "Urava Red Daymonds" klubunun ev stadionuna çevirmək üçün 1,7 milyard yen pul xərclənmiş və tutum 10.000 nəfər çatdırılmışdır. Lakin işlər bununla başa çatmamış, 1 il yarım sonra 4,5 milyard yen qarşılığında yenidən genişləndirmə işlərinə start verilmişdir. İşlər 1995-ci ilin avqustunda tamamlanmış və tamaşaçı tutumu 21.500 nəfər çatmışdır. Futbol üzrə Yaponiya çempionatının iştirakçı klublarından biri olan "Urava Red Daymonds" 1992-2010-cu illərdə stadionda əsas ev oyunlarını keçirmişdir. 2005-2007-ci illərdə bu klubun əzəli rəqibi "Omiya Ardiya"nın ev oyunları əsas stadionu NAK-5 stadionunun bərpa işləri ilə bağlı olaraq bu stadionda baş tutmuşdur.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Merkava
Merkava İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankıdır. Böyük Britaniya Çiften tanklarının İsrailə satışını dayandırdıqdan sonra İsraildə yeni tankın proqramı hazırlanmağa başlandı. 1970-ci ildə yeni tankın - Merkava-nın proqramı başa çatdı. Proqramın hazırlanmasına general-mayor İsrael Tal rəhbərlik edirdi. Tank 1973-cü ildə istehsal edilsə də, yalnız 1978-ci ildə rəsmi olaraq istismara verildi. Ümumilikdə 2500-3000 ədəd istehsal olunub. Merkava tankları ilk dəfə olaraq 1982-ci il Livan Müharibəsində istifadə edilib. Hazırda yalnız İsrail Milli Ordusunun arsenalına daxildir. Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir.
Muraena
Muraenidae (lat. Muraenidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin muraenidae fəsiləsinə aid heyvan cinsi.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir. Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Musavat
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Muxrana
Daşdıqullar və ya Daşlıqullar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Daşdıqullar kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 12 km şərqdə, dəniz səviyyəsindən 430 m hündürlükdə yerləşir. Dəşti-Qullar, Daşlı-Qullar, Dəşti-oğullar anlamları var. Bulqarların qıpçaq tirəsi kollar, alban tayfası krllər, qıpçaq- qrapapaqlar içində ki Kul tayfası ilə ilgili ola bilər. Kəndin adı XIX əsr sənədlərində Ağbabalı kimi də gedir. 1870-ci ildə 25 ailədə 168 nəfər, 1918-ci ildə 180 nəfər, 1926-cı ildə 40 ailədə 184 nəfər, 2002-ci ildə 279 ailədə 893 nəfər, 2006-cı ildə 279 ailədə 900 nəfər. Məktəb 1924-cü ildə açılmışdır. Hal-hazırda orta məktəb (2005-ci ildə 11 sinifdə 240 şagird) fəaliyyətdədir.
Muşavaq
Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd. "Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir. Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Nuravad
Nuravud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 602 nəfərdir. Yaşayış məntəqəsini orand tayfasının üçüncü qoluna məxsus ailələr salmışlar. Kənddə Təbriz şəhərindən gəlmiş ailələr çoxdur. Kəndin adı Türk dilində Nurabud kimi tələffüz olunur. Oykonim nura/nüra (monq. “dağ silsiləsi”, “sıldırım qayalıq”) və vud (Azərbaycan dilinin dialektlərində vird variantında “təpəlik” mənasında işlənir) komponentlərindən düzəlib, “dağ silsiləsinin yaxınlığında, yüksəklikdə olan kənd” mənasındadır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Duravia
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). == Tarixi == Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Eydli (Marağa)
Eydli (fars. عيدلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Fətullahbulağı (Marağa)
Fətullahbulağı (fars. فتح اله بلاغي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Gizli Müsavat
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.