MÜDARA

is. [ fars. ] köhn. Kin və ədavətini gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma.
İş islah və müdaradan keçdi. M.F.Axundzadə.

□ Müdara etmək – istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək.
Yaşırıb saxlardım eldən daği-hicranın, əgər; Etmək olsaydı müdara dideyi-giryan ilə. Füzuli.
Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir; Müdara etmək olsaydı əgər müddət fəraq ilə. Q.Zakir.

Müdara ilə1) xoşluqla, zahirən dostluq göstərərək.
[Molla Xəlil] işi sülhlə, müdara ilə həll etmək istəmişdi. S.Hüseyn;

2) qənaətlə, birtəhər. Müdara ilə dolanmaq.
MÜDAM
MÜDARAÇI

Значение слова в других словарях