Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muravey (motosikl)
Muravey (rus. Муравей) — sovet üç təkərli (3 × 2) yük skuteri. 1959–1995-ci illərdə Tula Maşınqayırma Zavodunda minik skuterlərinə əsasında istehsal olunan bir neçə model var idi. 2020-ci ildən etibarən TMZ-də "Muravey" "Qarışqa" markası altında kabinli dörd təkərli elektrik arabacıq istehsal edir.
Nuravad
Nuravud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 602 nəfərdir. Yaşayış məntəqəsini orand tayfasının üçüncü qoluna məxsus ailələr salmışlar. Kənddə Təbriz şəhərindən gəlmiş ailələr çoxdur. Kəndin adı Türk dilində Nurabud kimi tələffüz olunur. Oykonim nura/nüra (monq. “dağ silsiləsi”, “sıldırım qayalıq”) və vud (Azərbaycan dilinin dialektlərində vird variantında “təpəlik” mənasında işlənir) komponentlərindən düzəlib, “dağ silsiləsinin yaxınlığında, yüksəklikdə olan kənd” mənasındadır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Nuravud
Nuravud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 602 nəfərdir. Yaşayış məntəqəsini orand tayfasının üçüncü qoluna məxsus ailələr salmışlar. Kənddə Təbriz şəhərindən gəlmiş ailələr çoxdur. Kəndin adı Türk dilində Nurabud kimi tələffüz olunur. Oykonim nura/nüra (monq. “dağ silsiləsi”, “sıldırım qayalıq”) və vud (Azərbaycan dilinin dialektlərində vird variantında “təpəlik” mənasında işlənir) komponentlərindən düzəlib, “dağ silsiləsinin yaxınlığında, yüksəklikdə olan kənd” mənasındadır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Galium murale
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Şərifov
Triticum murale
Hordeum murinum (lat. Hordeum murinum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. Critesion murinum (L.) Á.Löve Hordeum leporinum var. murinum (L.) Lojac. Triticum murale Salisb. Zeocriton murinum (L.) P.Beauv. Hordeum murinum subsp. glaucum (Steud.) Tzvelev Hordeum murinum subsp. leporinum (Link) Arcang. Hordeum murinum subsp.
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023[…]) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. == Həyatı == Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində Daxili Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində Daxili Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində Daxili Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 — Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca məşhur Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vitse-presidenti. 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois == Təqaüd və mükafatlar == Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 == İstinadlar == == Həmçinin bax == Nobel mükafatı == Xarici keçidlər == Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1795, Xunzax – 5 may 1852, Nuxa) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
I Murad
I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == === Şahzadəlik illəri === 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 – 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد… Leyla Murad — IMDb səhifəsi.
Murad (Sərdəşt)
Murad (fars. مراد‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Murad Abbasov
Murad Abdulla
Murad Mahir oğlu Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), kişilər arasında üçqat Şotlandiya çempionu (2017, 2018, 2022). Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhənglərin qatili" adlandırıblar. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır. 2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi. 2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb. FIDE Chess profili Murad Abdulla. Chess-DB.com Arxivləşdirilib 2016-08-22 at the Wayback Machine (ing.) Murad Abdulla.
Murad Abdullayev
Abdullayev Murad Barat oğlu — Aktyor, Rejissor Murad Abdullayev 1980-ci il iyun ayının 10-da Bərdə şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olmuşdur, 2001-ci ildə oranı bitirmişdir. 2001-2002-ci illərdə Xüsusi Təyinatlı Kəşfiyyat Batalyonunda (XTKB) hərbi xidmətdə olmuşdur. 2006-cı ildən kino sahəsində aktyor və quruluşçu kaskadyor kimi fəaliyyət göstərir. Ailəlidir iki övladı var. Sirat körpüsü (film, 2007)) Silah (teleserial, 2007) Ci-Mi (film, 2008) Qarabağdır Azərbaycan (film, 2008) Sarı gəlin (klip, 2008) Cavad xan (film, 2009) Kabusun gözü ilə (film, 2009) Niyyət (film 2009) Həyatım deyirdin (klip, 2010) Əlavə təsir (film, 2010) Onun ürəyi (film, 2010) Sarı gəlin mahnısına ithaf (klip, 2010) Qara bayram (film, 2010) Bakcell gold (reklam, 2011) Meqa sığorta (reklam, 2011) Bəxt (film, 2012) Bakı, mən səni sevirəm (film, 2012) Mahmud və Məryəm (film, 2012) Mirzə Ələkbər Sabir (film, 2012) Ləkə (teleserial, 2013) Mən evə qayıdıram (film, 2014) "Ferma" realiti şou (2014) — 1-ci sezonun quruluşçu rejissoru Bir ovuc sonsuzluq (film, 2015) Mahmud baba (film, 2016) Son addım (teleserial, 2016) Don Marleone (film, 2017) Eşq qurbanları (film, 2017) Kəklikotu (film, 2017) Buz (film, 2017) Bir xalanin sirri (film, 2017) Klaris (reklam, 2018) — döyüş səhnəsinin quruluşçusu. Mübarizə (film, 2018) Avara (klip, 2019) - Quruluşçu rejissor Əlvida, Şmidt!
Murad Acı
Murad Acı (rus. Мура́д Эскенде́рович Аджи́ев, 1994-cü ildən Murad Acı adını istifadə etdi; 9 dekabr 1944, Moskva – 7 mart 2018, Moskva) — qumuq əsilli türkoloq, publisist, yazıçı, iqtisad elmləri namizədi. Dosent. Altaydan gəlmiş xalqların Böyük köçü konsepsiyasının müəllifidir. Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub. O, 1964-cü ildə Moskva Dövlət Universitetinin Coğrafiya Fakültəsinin Şimal Araşdırmaları Bölməsinə daxil olmuş, 1969-cu ildə isə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib aspiranturaya qəbul olmuşdur. Murad Acı SSRİ Dövlət Plan Komitəsinin Məhsuldar Resursların Öyrənilməsi Şurasına daxil olmuşdur. O, 1973-cü ildə Sənaye və inşaat əsasları ixtisasını seçərək "SSRİ-nin şimal-şərqindəki sənaye inkişafı prosesinin modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Murad Acının elmi məsləhətçisi professor V. F. Burxanov idi. Məzun olduqdan sonra Acıyev SSRİ Əlvan Metalurgiya Nazirliyinin Proqnozlaşdırma şöbəsində işləmiş, həmçinin bir neçə il Sibirdə sosial tikinti proseslərini öyrənmişdir.
Murad Adıgözəlzadə
Murad Zöhrab oğlu Adıgözəlzadə (20 noyabr 1973, Bakı) Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti (2005), Azərbaycan Respublikasının xalq artisti (2011). Adıgözəlzadə Murad Zöhrab oğlu 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına ixtisas musiqi məktəbinə daxil olub. 1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb.
Murad Arif
Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Çox sevilən nəğmələrin müəllifi olaraq, Azərbaycan mətbuatında "Hitmeyker" kimi təqdim olunur. Youtube-da yayımlanan "Popumuz Var!" layihəsinin müəllif və aparıcısıdır. Beynəlxalq "The Voice Kids" layihəsində ustad seçilmişdir. Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Ailədə özündən başqa 2 bacısı var. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır. Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb.