Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MTRŞ
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Mars
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən kəşf edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . Əhalisi 167 nəfərdir.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Kurş dili
Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır. Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır. Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir. 2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur. Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur.
Luciobarbus mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
M270 MLRS
M270 MLRS (YARS, ing. Multiple Launch Rocket System) — ilk dəfə ABŞ tərəfindən istehsal olunan çox lüləli raketatan sistemi. Birdən çox raketi saxlayan bu silah orduda topçulara dəstək olmaq üçün istifadə olunur. Peyklə idarə olunan raketlərlə saatda 90 km sürətlə gedərkən 187 km-ə nöqtə atışı edə bilir. Ləqəbi "Çöl pələngi"dir (ing. desert tiger). 227 mm-lik "M270" reaktiv yaylım atəş sistemi.
MARS-500
MARS-500 missiyası 2007–2011-ci illər arasında Rusiya, Avropa Kosmik Agentliyi və Çin tərəfindən Mars planetinə gələcək ekipaj kosmos uçuşuna hazırlıq məqsədilə aparılan psixososial təcrid təcrübəsi idi. Eksperimentin obyekti Rusiya Elmlər Akademiyasının Moskvadakı Biotibbi Problemlər İnstitutunda (BTPİ) yerləşirdi. 2007–2011-ci illər arasında üç müxtəlif könüllü ekipajı IBTPİ-də maket kosmik gəmidə yaşayıb işləyirdi. 520 günlük ekipaj missiyasını imitasiya etmək üçün nəzərdə tutulan eksperimentin son mərhələsi üç rusiyalı (Aleksey Sitev, Suxrob Kamolov, Aleksandr Smoleevski), fransız (Romen Çarlz) İtalyan (Dieqo Urbina) və Çin vətəndaşı (Yue Wang) ibarət ekipaj tərəfindən aparılıb.. Maket qurğu Yer-Mars kosmik gəmisini, eniş-enmə gəmisini və Marsın səthini simulyasiya etdi. Üç mərhələdə iştirak edən könüllülər arasında mühəndislik, tibb, biologiya və insanın kosmosa uçuşu sahəsində təcrübəsi olan peşəkarlar var idi. Təcrübə uzun müddətli, yaxından təcrid olunmasının fizioloji, sosial və psixoloji təsirləri haqqında mühüm məlumatlar verdi. == Layihənin icmalı == === Məqsəd === MARS-500 uzunmüddətli kosmik uçuşlara xas olan psixoloji, fizioloji və texnoloji problemləri öyrənmək üçün nəzərdə tutulmuşdu. Təcrübədə aradan qaldırılmalı olan digər maneələr arasında uzunmüddətli çəkisizliyin fizioloji təsirləri, resursların idarə edilməsinin effektivliyi və hermetik şəkildə bağlanmış mühitdə izolyasiyanın təsirləri araşdırıldı. MARS-500-ün rabitə sistemləri Marsa bağlı kosmik gəmiyə faktiki ötürmə vaxtını simulyasiya etmək üçün orta hesabla 13 dəqiqə gecikmə ilə dizayn edilmişdir.
Mars (Auırqazı)
Mars (başq. Марс, rus. Марс) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 10 km, kənd sovetliyindən (Yeni Kəlsir): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km.
Mars (Avurğazı)

Mars (dəqiqləşdirmə)
Mars (planet) — Günəş sisteminin məsafəcə dördüncü və ölçücə Merkuridən sonra ikinci planeti. Mars (mifologiya) — Qədim Roma mifologiyasında fəlakət ilahəsi. Marsın peykləri — Marsın 2 ayı var. Fobos və Deymos.
Mars (mifologiya)
Mars — Qədim Roma mifologiyasında fəlakət tanrısı. Mars həm də əfsanəyə görə qədim yunan tanrılarından biri olub. Həmin tanrının adı çəkilən yerdə həmişə fəlakət üz verirmiş. Bundan qəzəblənən digər tanrılar onu Yerdən qovublar. Mars tanrısı isə dünyadan çıxıb gedib. Sonralar elə Mars planetinin də həmin tanrı olduğu güman edilir. Və həmin hadisədən sonra bu planetin qırmızı rəngə boyandığı güman edilir. O vaxtdan bəri bu planetə qırmızı planet, yəni hirsli planet adı verilmişdir. Mart ayının adı bu tanrının şərəfinə adlandırılmışdır.
Mars (planet)
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən kəşf edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər.
Mars (şirkət)
Mars — uzun müddət saxlanıla bilən qida məhsulları istehsal edən Amerika şirkətidir. Daha çox şokolad batonları ilə məşhurdur, həmçinin ev heyvanları üçün yem, saqqız, içki, fast food, konservləşdirilmiş souslar istehsal edir. Əsas ticarət nişanları Mars, Snickers, Milky Way, Twix, Bounty, M&M's, Pedigree, Uncle Ben'sdir və korporasiya həmçinin alınmış Wrigley şirkətinin bir sıra ticarət nişanlarına da malikdir. Qərargahı — Makleyn şəhərində yerləşir (Virciniya). 2021-ci il üçün dünyanın ən böyük qənnadı şirkətidir. == Tarixi == Şirkət 1911-ci ildə Franklin Klarens Mars tərəfindən Vaşinqtonun Takoma şəhərində Mar-O-Bar Company adı ilə təsis edilib. 1920-ci ildə şirkət Minneapolisə (Minnesota) köçdü, burada Snickers (əvvəl şokolad qlazuru olmadan) və Milky Way batonları hazırlanır. 1924-cü ilə qədər satış 700.000 dollara çatmışdı. 1926-cı ildə Frank Mars şirkətin adını Mars Candies (sonralar Mars Incorporated) adlandırdı və 1928-ci ildə Çikaqonun ətrafında yeni bir fabrik tikdi. Böyük depressiya illərində şirkətin satışları dörd dəfə artdı, Mars Almond (badamlı baton), 3 Musketeers, Snickers (qlazurlu) kimi yeni məhsullar meydana çıxdı.
Mars planeti
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən kəşf edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər.
Marş (1982)
== Məzmun == Film üç kənd musiqiçisinin başına gələn məzəli əhvalatlardan bəhs edir.
Marş gölü
Marş gölü (ing. Marsh Lake) — Kanadanın Yukon ərazisində yerləşən göl. Göl Yukon çayının mənbəsi sayılır.. Marş gölü Yukon çayının yuxarı axarında yerləşir, bu region "Cənubi Göllər" adını daşıyır və Yukon çayının başlanğıcı məhz buradadı. Həmçinin göl 1898-ci ildə Klondayk qızıl hərisliyi zamanı qızılaxtaranlar üçün tarixi yolun bir hissəsidir. 1883-ci ildə Yukon çayının tədqiqatçısı Frederik Svatka gölü Yel universitetinin paleontologiya professoru Çarlz Marşın şərəfinə adlandırıb. Əvvəl gölün Mad (ing. Mud Lake) adını daşıyırdı. Hər bahar fəslində aprelin sonunda və mayda göldə qu quşu bayramı keçirilir. Miqrasiya zamanı Cygnus buccinator və Amerika qu quşu növləri burada dayanırlar.
Marş torpaqlar
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir. Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər. Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub. Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir. == Növlər == Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir. Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.
Mure (Fransa)
Mure (fr. Mouret, oks. Moret de Dordon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12161. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 20 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 538 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 321 nəfər (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.8%, 1999-cu ildə 70.2%).
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.