Mürrey Rotbard
Mürrey Nyyuton Rotbard (ing. Murray Newton Rothbard; 2 mart 1926, Bronks, ABŞ – 7 yanvar 1995, Nyu-York, ABŞ[…]) — amerikalı siyasi filosof, iqtisadçı, Avstriya iqtisadi nəzəriyyə məktəbinin nümayəndəsi və tarixçi,, əsərləri və şəxsi təsir müasir libertarizmin inkişafında böyük rol oynamışdır Rotbard anarxo-kapitalizm və libertarianizmin qurucusu və aparıcı nəzəriyyəçisi, tarixi revizionizmin qatı tərəfdarı və XX əsrdə amerikalı libertarist hərəkatın mərkəzi simalarından biri idi. Siyasi nəzəriyyə, revizionist tarix, iqtisadiyyat və digər mövzularda iyirmi kitab yazmışdır.Rotbard, "korporativ dövlət inhisar sistemi" tərəfindən göstərilən bütün xidmətlərin özəl sektor tərəfindən daha təsirli bir şəkildə təmin edilə biləcəyini müdafiə edərək, dövlətin "sistemləşdirilmiş və genişmiqyaslı bir soyğunçuluq təşkilatı" olduğunu yazdı. Fraksiya ehtiyat bankçılığını bir saxtakarlıq növü adlandırdı və mərkəzi bankçılığa qarşı çıxdı. Rotbard, digər xalqların işlərinə hərbi, siyasi və iqtisadi müdaxiləyə qəti şəkildə qarşı çıxır . Müdafiəçisi Hans-Hermann Hoppe görə, "Rotbard olmasa burada danışılacaq bir anarxo-kapitalist hərəkatı olmazdı."
== Həyat və fəaliyyəti ==
=== Təhsili ===
Rotbardın valideynləri, sırasıyla Polşa və Rusiyadan ABŞ-yə gələn yəhudi mühacirləri David və Rey Rotbard idi. David kimyaçı idi. Mürrey Nyu-Yorkda yerləşən Borç Uoten şəxsi məktəbində oxuyurdu. Daha sonra Bronksda iştirak etdiyi "alçaldıcı və bərabərlikli dövlət məktəbi sistemindən" Borç Uoten məktəbini seçdiyini söylədi.
Rotbard, "kommunistlər və ya yoldaşlar" olan dostlar və qonşular arasında "sağçı" ("köhnə sağın" tərəfdarı) kimi böyüməkdən yazırdı.