Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Muskan (film, 2004)
Muskan (ingiliscə: Smile) — Rohit-Manişin rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik-triller filmidir. Əsas rollarda Aftab Şivdasani və Qreysi Sinqh rol almışdır. == Süjet xətti == Cəsarətli, gülərüz və çılğın modelyer olan Sameer Oberoi (Aftab Shivdasani) həyatda ona lazım ola bilən hər şeyə malikdir: müvəffəqiyyətli karyera; etibarlı və təhlükəsiz gələcək; rahat və zəngin həyat tərzi; onunla evlənməyə ümid edən gözəl qız olan Jahnvi (Neha); bir adam xoşbəxt olmaq üçün daha nə istəyə bilər ki? Amma Sameerin beynində xəyal etdiyi qızın obrazı var və o, tezliklə onu tapacağına ümid edir. Onun bu axtarışı daha yaxşı model axtarışındakı maneələrlə qarşılaşır; bir sıra yanlış telefon zəngləri, onu tanımadığı gənc bir xanımla birləşdirir. Samirin qrupu başqa bir yerə səyahət etmək qərarına gəlir və yolda onların maşını xarab olduğuna görə onlar Muskaan adlı gənc xanımın – “yanlış nömrə”nin də içində olduğu eyni avtobusda təsadüfən səyahət etməyə məcbur olurlar və bu səyahət zamanı Samir və Muskaan arasında yolda bir sıra anlaşılmazlıqlar baş verir. Samir Muskanı bəyənir və onu özünün axtardığı yeni modeli kimi təyin etmək qərarına gəlir və qız onun bu qərarı ilə razılaşır. Sonra Canvi (Jahnvi) qrupun bir üzvü tərəfindən mədəsindən vəhşicəsinə bıçaqlanaraq öldürülür və beləliklə də onların dünyası alt-üst olur və polisin əlindəki yeganə ipucu qızın qatilinin adının “S” hərfi ilə başlamasıdır və nəyin bahasına olursa olsun qatili əldə etməyə qərarlı olan müfəttiş Vikram Rajputun gözündə Samir qızın qətlində əsas şübhəliyə çevrilir. Qatilin axtarışı zamanı Muskaan (Gracy Singh) və Sameer bir-birlərinə aşiq olurlar. Onlar polis bölməsinə getməyə hazırlaşarkən Muskaan Canvinin atasına mesaj qoyduğu kasetlə gəlir.
Maskat və Oman
Maskat və Oman Sultanlığı ( ərəb. سلطنة مسقط وعمان‎ </link> ), qısaca olaraq Maskat və Oman Dövləti kimi də tanınır ( ərəb. دولة مسقط وعمان‎ </link> ) Taymur bin Feysalın hakimiyyəti dövründə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə indiki Oman Sultanlığını və indiki Birləşmiş Ərəb Əmirliklərinin və Pakistanın hissələrini əhatə edən suveren bir dövlət idi. Busəidlər sülaləsi tərəfindən idarə olunan bu, Oman İmperiyasının son hökmdarı Səid bin Sultanın ölümündən sonra parçalanması nəticəsində qurulmuşdur. Sultan Səid bin Taymurun oğlu Qabus bin Səidin lehinə dərhal devrilməsi ilə 23 iyul 1970-ci il saray çevrilişindən sonra Sultanlıq yeni idarəetmə formasına keçdi. == Adı == Oman (Oman imamlığı) sahilə çıxışı olmayan və paytaxtı Nizva şəhərində olan bölgənin daxili, kontinental hissəsidir. Maskat sahilyanı sultanlıqdır, hökmdarları əsasən dövləti gənişləndirmək ilə məşğul olmuşdular. Tarixi Maskat və Omanı Cəbəl-Əxdar ayırır. == İstinadlar == == Əlavə ədəbiyyat == William Smyth. "Oman".
Maskot
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend.İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Meşkan
Meşkan — İranın Fars ostanının Neyriz şəhristanının Poştkuh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,630 nəfər və 1,196 ailədən ibarət idi.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Musavat
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Muslax
Muslax — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd."Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Musyan
Musyan — İranın İlam ostanının Dehluran şəhristanının Musyan bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,571 nəfər və 491 ailədən ibarət idi.
MÜSİAD
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək. == Tarixçə == Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən, Türkiyədə 87, Ölkə xaricində 81 fəqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. == Azərbaycanda == MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 63 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik İdarə heyəti və 5 komitə ilə fəaliyyətini davam etdirir.
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Müşkür
Müskür sancağı
Müşlan
İçəri Müşlan
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur.Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16 )qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə «açıq» və «tünd» mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.