Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: Qəzəl Qəsidə Beyt Mətlə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Muğatel (Urmiya)
Muğatel (fars. مقيطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Əhalinin əsas etnik tərkibini azərbaycanlılar təşkil edir. 2006-cı il məlumatına görə kənddə 42 nəfər (15 ailə) yaşayır.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Tyerri Müqler
Tyerri Müqler (fr. Thierry Mugler, 21 dekabr 1945[…], Strasburq – 23 yanvar 2022, Vensen) — fransız modelyer və fotoqrafı. Tyerri Myuqler 1948-ci ildə Strasburqda doğulub. Balet onun uşaq həvəsi idi — onun bu sahədəki müvəffəqiyyətləri Milli Reyn operasının rəhbərliyini elə təsirləndirmişdi ki, daha yeniyetmə olan Myuqler truppanın daimi tərkibinə girdi. Amma zamanla cavan oğlanın əsl istedadı göründü – Strasburqda dekorativ sənət məktəbinin bədii kurslarını bitirən 24 yaşlı Myuqler Fransanın paytaxtına Gudule butiki üçün geyimlər tikməyə yola düşür. Cəmi 2 ildən sonra Tyerri hər mövsümə 12 kolleksiya yaradaraq Parisdə, Milanda, Londonda və Barselonada müxtəlif Moda Evlərində frilanser işləyir. Bu uzun yaradıcılıq yollarının yekunu şəxsi Café de Paris kolleksiyası oldu– uniseks-in üstün tərzinin fonunda o açıq qadın ehtirasının əsl triumfu oldu. 1974-cü ildə ilk kolleksiyanın uğuru Thierry Muglerin şəxsi brendinin açılışı üçün bütün əsasları verdi. Dizaynerin sevimli materialları — laykra, dəri, Cersi və vinil, sevimli formaları isə — sərt konstruksiyalar və detalların bolluğudur. Myuqler tematik kolleksiyaları təcrübədən keçirir: 1977-ci ildə nümayişlər hərbi mövzuda qoyulmuşdu, 1997-ci ildə – hər şey avtomobillərə həsr edilmişdi, 1998-ci ildə isə podiumda "avtomatlaşdırılan" geyimlər hökm sürürdü.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Nüqtə məscidi
Nüqtə məscidi (ərəb. مسجد النقطة‎‎ - Damla məscidi; İmam Hüseynin qanının damlası) — Suriyada Hələb şəhərində "Jawshan" dağında yerləşir. Həmçinin "JAWSHAN" dağında,bu məscidin yaxınlığında "Sidq məbədi" kimi bilinən (ərəb. : مشهد السقط‎ - Sidq olunan yer) daha bir məbəd var. Kərbəlanın əsirləri Hələbi keçəndən sonra,Hüseynin həyat yoldaşlarının birinin uşağı sidq olur.Ölü doğulan bu uşağın adı Muhsin olur və o bu ərazidə dəfn edilir. Kərbəlanın əsirləri Yezidin əmri ilə çoxlu şəhərlər gəzdirilərək Dəməşqə gətirilir.Hələb yaxınlığında olarkən orada yaşayan bir xristian rahib Hüseynin başından yuxariya-səmaya ucalan nuru sezir.Əsirləri aparan karvan istirahət etmək üçün dayanarkən rahib onlara yaxınlaşır və Hüseynin başının bir gecəlik özündə qalması müqabilində 10.000 dirhəm təklif edir.Onlar razılaşandan sonra rahib Hüseynin mübarək başını bir daşın üzərinə qoyur və bu başdan axan qan daşa bulaşır. Səhəri gün o rahib mübarək başı geri verir və İslam dinini qəbul edir.Bu hadisəni məscidin içindəki lövhədə görmək mümkündür. Digər şiə mənbələrində isə deyilir ki,Kərbəlanın əsirləri Hələbdən keçərkən Hüseynin mübarək başı burada bir daşın üzərinə qoyulur.Hüseynin mübarək başı daşın üzərinə qoyulanda o mübarək başdan daşın üzərinə qan axmağa başlayır. Sünni mənbələrində deyilir ki,bir çoban yuxuda olarkən keçilərindən birinin ayağları daşların arasında ilişdiyi yerdə,Hüseynin şərəfinə məscid tikdiyini görür.Yuxudan ayılanda çoban görür ki, keçinin xilas olub və həmin daşların arasından su fantan vurmuğa başlayib. Məscid 1920-ci ildə Kral Faisalın əmri ilə partladılıb.Təmir işləri 40 il sonra başladı və 1970-ci ildə tamamlandı.Məscidin dam örtüyü 1991-ci ildə inşa edilib.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Müqtəda əs-Sədr
Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر‎; 4 avqust 1974, Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur. Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.
Mügə Anlı
Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı. Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir. 1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950, İstanbul) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. == Əsərləri == Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlar Reconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.