Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuqu
Fuqu — balıq növü. Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare (bitkidən alınan tünd zəhər) adlı məhsuldan 25 dəfə, sianiddən isə 275 dəfə daha güclü tərkibə malikdir. Zəhər tənəffüs orqanlarında iflic yaradır, insan bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Bu balıqdan yalnız xüsusi lisenziyası olan aşpazlar istifadə edirlər və fuqunu hazırlaya bilərlər. Lakin bütün bunlara baxmayaraq hər il bu balıqdan ölən insanlar olur. Artıq problem həll edilir və Yaponiyada cənubi Ehime adlı yerdə balıq ferması yaradılmışdır, hansı ki, bura il ərzində bazara 50 mindən artıq zəhərsiz balıq göndərir. Aşpazlar isə düşünür ki, zəhərli fuqu öz məşhurluğunu hələ də saxlayır . Fuqu restoranlarına gəlib bu balıqdan yemək istəyənlər, yalnız yemək üçün bura gəlmirlər, onlar eyni zamanda əsəblərini də qıcıqlandırmağı sevirlər.
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Mulu
Mulu (Marağa)
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub və həmin ilin dekabr ayında uğursuz nəticələrə görə vəzifəsindən azad edilib. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir. Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Mulu (Marağa)
Mulu (fars. ‎‎‎مولو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (25 ailə).
Mulu (Mərənd)
Kürrab (fars. كراب‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Muxu Əliyev
Muxu Himbətoviç Əliyev (avar. Мухlу Гьимбатил Гlалиев; 6 avqust 1940, anadan olub, Tanusi kəndi, Xunzax rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sovet, Rusiya dövlət və siyasət xadimi. 6 mart 1990-cı ildən 23 avqust 1991-ci ilə qədər Dağıstan Sov.İKP-nın Vilayət Komitəsinin birinci katibi. 18 aprel 1995-ci ildən 20 fevral 2006-cı ilədək Dağıstan Respublikası Xalq Məclisinin sədri işləmişdir. 20 Fevral 2006-cı ildən 20 fevral 2010-cu ilə qədər Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra etmişdir. Muxu Əliyev milliyətcə Avardır. 1962-ci ildə Dağıstan Dövlət Universitetinin (DDU) Filologiya fakültəsinin Dağıstan filologiyası şöbəsini bitirib, baş müəllim, məktəb direktoru vəzifələrində işləyib. 1964-1966-cı illərdə Dağıstan Dövlət Universitetinin Komsomol Komitəsinin katibi, sonra Fəlsəfə bölməsinin aspirantı olub. 1969-cu ildə Mahaçqala Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1972-ci il Mahaçqala Sov.İKP Sovet Rayon Komitəsinin birinci katibi çalışıb.
Mügə Anlı
Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı. Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir. 1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Mürgü səhləbi
Pinus mugo
Pinus mugo (lat. Pinus mugo) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Andryu Tomas Mluqu
Andryu Tomas Mluqu (12 noyabr 1995) — Tanzaniyalı cüdoçu. Andryu Tomas Mluqu Tanzaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andryu Tomas Mluqu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Avstraliyanın nümayəndəsi Ceyk Bensted ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu. Mluqu Ölkələrin Paradında Tanzaniyanın bayraqdarı idi.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950, İstanbul) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. == Əsərləri == Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlar Reconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.
Yeni Zelandiya uzunquyruq ququ quşu
Yeni Zelandiya uzunquyruq ququ quşu— Uzunquyruq ququ quşu, uzunquyruq koel, Maori dilində isə koekoeā adlanır. Ququkimilər fəsiləsinin növlərindən biridir. Bu növ Yeni Zelandiyada bala verir və qışda cənub-qərbi Sakit Okean adalarına miqrasiya edir. Uzunquyruq ququ quşu tüfeyli həyat tərzi keçirir. O, öz yumurtalarını Ağbaşlı moxua, Sarıbaşlı moxua və Pipipi yuvalarına qoyur. Yuvanın sahibi olan quş yumurtaların üzərində kürt yatır. Yeni çıxmış quş balaları həmin quşun yumurtalarını yuvadan atır. Uzunquyruq ququ quşu balaları öz sahibinin balalarının çağırışlarını yamsılamağı bacarır. "Urodynamis taitensis". Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi.
Ququ quşu yuvasının üzərindən uçarkən (film)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Alqu
Alqu (Marağa)
Amağu
Amağu (erm. Ամաղու) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Amağu kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındə, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunun mərkəzindən 10–12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında yerləşirdi. Kəndin adı ilk dəfə X əsrə aid mənbələrdə çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilmişdir. Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amagu, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü artırılmaqla əmələ gəlmişdir. Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» mənasını ifadə edir.
Amuqo
Amuqo Tiflis quberniyasının Tioneti qəzasında dağ adı. == Toponimkası == Amuqo- Tiflis quberniyasının Tioneti qəzasında dağ adı. İrəvan əyalətinin Amuqo kənd adı ilə (kənd isə oradakı həm də "Zəngəzur" adlanan "Amaqu dərəsi"nin adındandır) eynidir. Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Amaqu və Dağıstan əyalətinin Qazıqumuq dairəsində Amoki kənd adları ilə eynidir.
Düzgü
Düzgü — uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Lakin bu heç də o demək deyil ki, düzgülərdə yalnız forma var. Müşahidələr göstərir ki, ibtidai, primitiv şəkildə olsa da, düzgülərin hər birində pərakəndə şəkildə müəyyən məzmun nəzərə çarpır. Düzgülərin daha əvvəllərdə -alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var. Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə də təqdim olunur.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.