Mutudərə
Motudərə və ya Mutudərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Kənd 1897-ci illərdə yaradılmışdır. Mutudərə Yaşayış məntəqəsinin əsasını 1895–1897-ci illərdə Gədəbəy rayonunun Düz Rəsullu və Gərməşöylü kəndlərindən köçmüş Sərdarlı və Nəbilər nəslinin nümayəndələri geniş ərazisi olan Qarağac yaylağında qoymuşlar. Mutudərədə ilk olaraq "Sərdarlı" nəslindən — Sərdarlı-Məcid, Sərdarlı-Mirzə, Sərdarlı-Müseyib, Məmmədli-Mehdi, Məmmədli-Həmid, "Nəbilər" nəslindən — Göyüş və Kalveyi Əsgərli-Cəlil, İsauşaqlaindan-Zeynalabdın məskunlaşmışlar. Mutudərə Qarağac yaylağının, Qonaqgörməz adlanan köç yerinin qarşı tərəfində yerləşən Kəmərqaya və Yurdlar dağlarından axan Axınca çayının Təndirli-Gürnəc qolunun mənbəyində yerləşir. Bu ərazilər 1650–1700-cü illərdən Sərdarlı nəslinin əsasını qoyan birinci Sərdarın qardaşı Rəhmın nəvəsi olmuş Qara Rəhimin və eləcə də İsalı camaatının yaylaq yeri olmuşdur.
1992-ci ilin 6 avqust tarixdə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Mutudərə kəndi işğal olunaraq yandırılmışdır. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Mutudərə kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər
Qarabağ müharibəsi başlayandan sonra ermənilər Mutudərənin ətrafını güclü istehkama çevirmişdilər və kəndin ətrafındakı yüksəkliklərdən Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1990-cı il yanvarın 30-da törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. 1992-ci ilin yay aylarında Erməni silahlı qüvvələri 1991-ci ilin noyabırından başlamış və 1992-ci ilin mayında Şuşa və Laçının işğalı, keçmiş DQMV-ni Ermənistanla quru yolla birləşdirməklə bitmiş planlı işğallarının davamını, Gədəbəy- Gəncə istiqamətində ki, ərazilərin işğalı ilə planlaşdırmışdılar.