Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Sara
Sara (film, 1992)
Sonqo-Mnara
Sonqo-Mnara — Tanzaniyanın cənubundakı Suahili sahilində yerləşən şəhər dağıntıları. Daş şəhərdə 14–16-cı əsrlərə qədər məskunlaşılmışdır. Sonqo-Mnara yaxınlıqdakı daş şəhər Kilva-Kisivani ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ümumilikdə, arxeoloqlar adada üç divarla əhatəli açıq sahə ilə birlikdə altı məscid, dörd qəbiristanlıq və bir çox ev bloku aşkarlamışlar. Sonqo-Mnara kobud mərcan daşları və tikinti qarışığı ilə tikilmişdir. Bu daş şəhər Hind okeanındakı bir çox ticarət şəhərlərindən biri olaraq inşa edilmişdir. Arxeoloqlar Suahili sahilindəki daş şəhərlərin düzülüşünü, İslam mədəniyyətindəki rolunu, xüsusi qəsəbələrin funksiyalarını və torpaq mülkiyyətinin mürəkkəb iqtisadi və ritual prosesini başa düşmək üçün əsasən məscidlərin və evlərin əlaqələrinə diqqət edərək təhlil edir. Şəhərlərdə açıq yerlər həm ictimai qurumlar, həm də funksional məqsədlər üçün istifadə olunurdu. Qəbiristanlıqlar şəhər divarlarının həm daxilində, həm də xaricində tapılmışdır. Sonqo-Mnaranın təşkili, divarlarının bənzərsiz bir xüsusiyyətə sahib olmasına baxmayaraq, Suahili sahili boyunca yerləşən daş şəhərlər üçün tipikdir.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Mara Karfanya
Mara Karfanya, (18 dekabr 1975, Salerno, İtaliya) — İtaliyalı siyasətçi.[mənbə göstərin] == Həyatı == Mara Karfanya dünyanın ən gözəl qadın siyasətçiləri arasında ilk yerlərdən birini tutur. Keçmiş şou ulduzu indi İtaliyada bərabər imkanlar naziridir. İtaliyanın baş naziri xarici həmkarları qarşısında fəxr edə bilər ki, onun hökumətindəki nazir keçmiş fotomodel, tanınmış televiziya aparıcısı və “Miss İtaliya-1997” gözəllik müsabiqəsinin iştirakçısıdır. Almaniyanın “Bild” jurnalı Mara Karfanyanı “dünyanın ən gözəl naziri” adlandırıb. Britaniyanın “Financial Times” qəzeti isə indiki nazirin 2001-ci ildə “Maxim” jurnalında nəşr olunmuş fotolarını təkrar dərc edib.
Mara Salvatrucha
Mara Salvatrucha (azərb. Mara Salvatruça‎, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması. Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir. MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər. Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. == Həyatı == 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). == Bioqrafiyası == Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Mara çayı
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Masai Mara
Masai Mara— Cənubi-qərbi Keniyada yerləşən qoruq. == Coğrafiyası == Sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu Keniyada yerləşir. Masai-Mara Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, aslanlar, kaftarlar, begemotlar və timsahlar vardır.
Runey Mara
Patrisia Runi Mara (ing. Patricia Rooney Mara) — Amerikalı aktrisa.
Sara (ad)
Sara — qadınlara verilən addır. Tövratda, Əhdi Ətiqdə və Quranda İbrahimin həyat yoldaşı və İshaqın anasının adıdır. İvrit dilində "Sara" yüksək səviyyəli qadın, xanım deməkdir ki, adətən sadəcə "şahzadə" kimi tərcümə edilir. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Liviya, Əlcəzair, Livan, Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya, Slovakiya, Şimali Makedoniya kimi ölkələrin ən çox qoyulan adlar sırasında yer alır. Müxtəlif dillərdə Sara, Sarah, Sarra kimi yazıla bilir Sara — İbrahimin həyat yoldaşı və İshaqın anası. Sara Aşurbəyli — alim, tarixçi, şərqşünas. Sara Qədimova — Azərbaycanın xalq artisti. Sara xatun — Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası. Sara Bernar — teatr aktrisası. Sara Braun — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı.
Sara Aşurbəyli
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.
Sara Baykina
Sara Baykina (tatar. Сара Нәбиулла кызы Байкина; 14 dekabr 1895, Həştərxan – 1972, Həştərxan) — Rus və sovet aktrisası, Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR-nın əməkdar artisti (5.11.1940). Məşhur tatar aktyoru, rejissor, müəllim Cəlal Muxametzyanoviç Baykinin (1886-1954) həyat yoldaşı. Sara Baykina 14 dekabr 1895-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Teatr səhnə fəaliyyəti 1912-ci ildə Həştərxan Tatar teatr truppasında başlayır. 1913-1914-cü illərdə Səyyar, 1916-cı ildə Şirkat truppasında çalışır. Oktyabr İnqilabından sonra, 1919-cu ildə Həştərxan Tatar teatr studiyasında oxuyur. 1922-ci ildə Kazandakı Birinci Tatar Nümayiş Teatrında çıxış edir. 1928-1929-cu illərdə Kamal Tatar Akademik Teatrında çalışır, 1930-cu illərdə Bakıdakı Tatar teatrında, daha sonra Simferopoldakı Krım Tatar teatrında fəaliyyətini davam etdirir. Sara Baykina teatrla birlikdə Özbəkistana sürgün edilir.
Sara Bağırova
Sara Bernar
Sara Bernar (fr. Sarah Bernhardt) — dünya şöhrətli teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşmış və ardından qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilmişdir. Parisdə, Rosine Bernar olaraq doğulan Bernar; "Youle" adıyla tanınan Jüli Bernar adında yəhudi əsilli Hollandiyalı bir həyat qadınının həyatda qalan, evlilik xarici ən böyük qızı idi. Dolanışığını təmin edə bilmək üçün, aktrisalıq və həyat qadınlığı ilə məşğul olurdu–bu zamanlarda, hər iki peşə bir baxıma skandal idi, ancaq həyat qadınlığı ictimai dairələrdə daha üstün peşə sayılırdı və təhsilli olmaları vəziyyətində bərabər olaraq görülməkdəydilər. Bu vəsilə ilə, həyat qadınlığı bəzi hallarda daha hörmət edilən bir peşə, əlavə iş ola bilirdi. Duc de Morny sponsorluğunda 1859-ci ildə teatr təhsili üçün Convervatoire də Musique et Declamation oxuduldu. Səhnə karyerası 1862-ci ildə başlayan Sara, məşhur fransız məktəbi olan "comédie Francaise"da bir şagird idi. Şöhrəti də 1870-ci illərdə Avropaya yayıldı və ABŞda Nyu-Yorka qədər uzandı. Qısa bir müddət sonra dramatik aktrisa olaraq böyük şöhrət qazandı və nəticədə "Müqəddəs Sara" ləqəbini qazanaraq dünya teatr və incəsənət tarixində silinməz, eyni zamanda özünəməxsus iz buraxdı.
Sara Braun
Sara Braun (31 oktyabr 1963) — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı. Sara Braun 1963-cü ilin oktyabrın 31-də anadan olub. Braun Bristol Universitetinin psixologiya fakültəsini bitirib. O, 2000-ci ildə Britaniyanın baş naziri Qordon Braunla ailə həyatı qurub. Onların Con və Ceyms Fraser adlı iki övladı var. 2001-ci ildə doğulan ilk övladı Cenifer Con isə dünyasını dəyişib. Braun ədəbiyyatla maraqlanır. O, yazıçı C.K. Rovlinqin yaxın dostudur.
Sara Braytman
Sara Braytman — ingilis soprano, aktrisa, bəstəkar və rəqqasə. Sara Braytman dünyada ilk 66 milyon CD və 2 milyon DVD satışına nail olan sopranodur.
Sara Danius
Sara Maria Danius (5 aprel 1962 – 12 oktyabr 2019[…], Stokholm) — keçmiş Nobel ədəbiyyat komitəsi üzvü, tənqidçisi, akademik, pedaqoq və estetikdir. Sara Danius 5 aprel 1962-ci ildə İsveçin Tabi şəhərində anadan olub. Södertörn Universitetində estetika professoru, Uppsala Universitetinin Ədəbiyyat kafedrasında müəllim və Stokholm Universitetində Ədəbiyyat Elmləri professoru olmuşdur. Danius, İsveç Akademiyasının daimi üzvü və ilk qadın katibi idi. 2018-ci ildəki sui-istifadə məsələlərində əsas adlardan biri olan Nobel Ədəbiyyat Mükafatı 2018-ci ildə ləğv edildi və Akademiya yenidən quruldu. İsveçli tənqidçi, akademik, estetik və pedaqoq olan Sara Danius, 12 oktyabr 2019-cu ildə Stokholmda 57 yaşında, döş xərçəngindən vəfat etdi. Försök om litteratur, Stockholm: Bonnier, 1998. ISBN 9789100567569. Prousts motor, Stockholm: Bonnier, 2000. ISBN 9789100571061.
Sara Dudni
Sara Dudni(ing. Sarah Doudney, 15 yanvar 1841 və ya 1843 – 8 dekabr 1926 və ya 1926, Oksford) — Sarah Doudney (15 yanvar 1841, Portsmouth, Portsmouth, Hampshire - 8 dekabr 1926, Oxford) İngilis yazıçı və şair idi. Ən çox uşaq ədəbiyyatı və ilahiləri ilə tanınır. Dudninin atası şam və sabun istehsalına sahib idi. Əmilərindən biri İncil jurnalının redaktoru Evanqelist keşiş David Alfred Dudni və Old Conatan idi. Dudni fransız qızlar məktəbində təhsil aldı və uşaqlıqdan şeir və nəsr yazmağa başladı. 15 yaşında yazdığı Anqlikan kilsəsi ailə jurnalında (1864) nəşr olunan "Su dəyirmanının dərsi" mahnısı İngiltərə və ABŞ-da geniş yayılmışdır. Dudni, 30 yaşına qədər valideynləri ilə Katerinqton yaxınlığında yaşamağa davam etdi. Dudninin ilk romanı "Boz Divarların Altında" 1871 -ci ildə çıxdı. Uğur 1872 -ci ildə üçüncü Arçinin köhnə masası ilə gəldi.
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Sara Joo
Sara Knaus
Sara Knauss (24 sentyabr 1880 – 30 dekabr 1999, Allentaun, Pensilvaniya) — dünyanın ən uzunömürlü sakinlərindən biri. Sara Knauss 119 il 97 gün yaşayıb. Amerikada yaşayan ən yaşlı insan olan Knauss, 33 saat da bu dünyada qala bilsəydi, 3 əsrin sakini adını alacaqdı. 1999-cu ilin 30 dekabrında otağında səssizcə ölüb. Həkimlər ölmədən əvvəl səhhətində heç bir problemin olmadığını açıqlamışdılar.
Sara Knauss
Sara Knauss (24 sentyabr 1880 – 30 dekabr 1999, Allentaun, Pensilvaniya) — dünyanın ən uzunömürlü sakinlərindən biri. Sara Knauss 119 il 97 gün yaşayıb. Amerikada yaşayan ən yaşlı insan olan Knauss, 33 saat da bu dünyada qala bilsəydi, 3 əsrin sakini adını alacaqdı. 1999-cu ilin 30 dekabrında otağında səssizcə ölüb. Həkimlər ölmədən əvvəl səhhətində heç bir problemin olmadığını açıqlamışdılar.
Sara Kolric
Sara Kolric (Sara Coleridge, 1802 – 1852) — İngiltərə şairi. Works of Sara Coleridge at Archive.org Memoir and Letters of Sara Coleridge edited by Edith Coleridge A Poet's Children, Hartley and Sara Coleridge by Eleanor Towle The Genealogy of Coleridge Family and Coleridge links Worlds Within Worlds: The First Heroic Fantasy Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine by Matthew David Surridge. Article about Sara Coleridge and Phantasmion, arguing it is the first fantasy novel set entirely in a Secondary World.
«Кара-коюнлу» (ковёр)