Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Badəki
Badəki (Çaypara) — İranda kənd. Badəki (Urmiya) — İranda kənd.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Nayvəli
Nayvəli (XIX əsrin ortaları-XX əsrin əvvəlləri) — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı. Borçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları — XVIII əsrin əvvəllərində yaşadığı məlumdur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında — XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında — Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb. Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir. Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub.
Nevski
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Nüvədi
Nüvədi (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Nüvədi (Meğri) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi (Kövsər) Nüvədi (Şəbüstər) — Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Naoki
Naoki — Yaponiyada ad. Naoki Matsuda — keçmiş Yaponiya futbolçusu. Naoki Sakay — keçmiş Yaponiya futbolçusu. Naoki Soma — keçmiş Yaponiya futbolçusu. Naoki Yamada — Yaponiya futbolçusu.
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. == Xüsusiyyətləri == Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır. Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur.
Hasəki Sultan
Hasəki Sultan (Osmanlı türkcəsi: حسکي سلطان) — Osmanlı padşahlarının kənizləri arasında övlad dünyaya gətirənlərin qazandığı status. Hasəki sözü "padşahın gözdəsi" olaraq tərcümə edilir. Bu hasəkilər arasından ən güclüsü adətən ən böyük oğlan uşağının, yəni vəliəhdin anası olurdu. Bu səbəbdən uşaq dünyaya gətirməyən kənizlər hasəki adlanmırdı. Hasəkiliyə yüksələn kənizlərə kürk geyindirilir, qiymətli ziynət əşyaları hədiyyə edilirdi. Bundan sonrakı müddətdə xüsusi otaq, kəniz və xidmətçi ağalarla təmin edilirdilər. Padşah vəfat etdikdə qız uşağı olan hasəkilər dövlət aristokratiyasından bir nəfərlə evləndirilirdi. Oğlan anası olan hasəkilər isə Köhnə Saraya sürgün edilirdi. Qanuni Sultan Süleyman, I. Əhməd və I. İbrahimin hasəkiləri olan Hürrəm Sultan, Kösəm Sultan və Hüma Şah Sultan (Telli Hasəki) hasəkilər arasında ən məşhur olanlardır.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Navahi (Ağsu)
Navahi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində kənd. Ağsu rayonunun Ağsu şəhəri inzibati ərazi vahidində yerləşən bu kəndin keçmiş adı "Borbor Navahi" olmuşdur. Borbor baharlı tayfasının bir qolunun adıdır. Navahi adı ərəb dilində "nahiyə" sözündən olub, "rayon, sahə, dairə" mənasını bildirir. Rusiyanın Krasnodar diyarında 1896-cı ilədək "Navaqinskiy" adlı yer olmuşdur. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild.
Navahı bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Navahı kəndi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45–50 °C dərəcəyə kimi yüksəlir.
Navahı mahalı
Navahı mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Hacıqabul rayonu ərazisində mövcud olmuşdur. 1821-ci ildə 3 obada (Muğanlı, Quşçu və Navahı) 128 ailə yaşayırdı. Navahı mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.).
Navahı qəsəbəsi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hücumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000-ə yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər.
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir. Vırtsyavr gölünün Emajogi vasitəsilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.
Nevski gölü
Nevski gölü — Saxalin adasının ən böyük gölüdür. Göl Tım-Poronay çökəkliyində yerləşir. Su səthinin sahəsi 178 km², su toplama sahəsi 3050 km². Göl Saxalin vilayəti Poronay şəhər dairəsi rayonu a daxildir. Poronay çayı mənsəbinə yaxın ərazidə yerləşir. Gölün orta dərinliyi 1,8 m təşkil edir. Gölün uzunluğu 38 km, eni isə 10 kilometrdir. Oxot dənizindən göl eyni adlı dillə ayrılır. Göl dənizlə Promıslovski qolu və Nevski boğazı ilə birləşir. Gölün səviyyəsinin dəyişməsi qabarma və çəkilmə ilə sıx əlaqədardır.
Nüvədi (Kövsər)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (49 ailə).