Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Badəki
Badəki (Çaypara) — İranda kənd. Badəki (Urmiya) — İranda kənd.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Nayvəli
Nayvəli (XIX əsrin ortaları-XX əsrin əvvəlləri) — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı. == Həyatı == Borçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları - XVIII əsrin əvvəllərində yaşadığı məlumdur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında - XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb. Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir. Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub.
Nevski
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 1908—1938) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Nüvədi
Nüvədi (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Nüvədi (Meğri) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi (Kövsər) Nüvədi (Şəbüstər) — Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Naoki
Naoki — Yaponiyada ad. Naoki Matsuda — keçmiş Yaponiya futbolçusu. Naoki Sakay — keçmiş Yaponiya futbolçusu. Naoki Soma — keçmiş Yaponiya futbolçusu. Naoki Yamada — Yaponiya futbolçusu.
Aleksandr Nevski
Aleksandr Yaroslaviç Nevski (tələffüzü [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪˈksandr jɪrɐˈsɫavʲɪtɕ ˈnʲɛfskʲɪj]]] 13 may 1220, Pereslavl-Zalesskiy – 14 noyabr 1263, Qorodets) — rus dövlət və hərbi xadimi, Novqorod Respublikasının knyazı (1228–1229, 1236–1240, 1241–1252 və 1257–1259), Kiyev knyazlığının Böyük Knyazı (1249–1263), Vladimir knyazlığının Böyük Knyazı (1252–1263).
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. == Ümumi məlumat == Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. == Giriş == === Tarix === Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.
Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Etimologiyası == "Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. == Coğrafiyası == Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin] == Tarixi == Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.
Badəki (Çaypara)
Badəki (fars. بادكي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qaraziyəddin bölgəsinin Çaypara kəndistanında, Qaraziyəddin qəsəbəsindən 2,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. == Xüsusiyyətləri == Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır.Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur. Məscidin şimal-qərb küncündə isə sadə tərtibatlı bir minarəsi var.
Hasəki Sultan
Hasəki Sultan (Osmanlı türkcəsi: حسکي سلطان) — Osmanlı padşahlarının kənizləri arasında övlad dünyaya gətirənlərin qazandığı status. Hasəki sözü "padşahın gözdəsi" olaraq tərcümə edilir. Bu hasəkilər arasından ən güclüsü adətən ən böyük oğlan uşağının, yəni vəliəhdin anası olurdu. Bu səbəbdən uşaq dünyaya gətirməyən kənizlər hasəki adlanmırdı. Hasəkiliyə yüksələn kənizlərə kürk geyindirilir, qiymətli ziynət əşyaları hədiyyə edilirdi. Bundan sonrakı müddətdə xüsusi otaq, kəniz və xidmətçi ağalarla təmin edilirdilər. Padşah vəfat etdikdə qız uşağı olan hasəkilər dövlət aristokratiyasından bir nəfərlə evləndirilirdi. Oğlan anası olan hasəkilər isə Köhnə Saraya sürgün edilirdi. Qanuni Sultan Süleyman, I. Əhməd və I. İbrahimin hasəkiləri olan Hürrəm Sultan, Kösəm Sultan və Hüma Şah Sultan (Telli Hasəki) hasəkilər arasında ən məşhur olanlardır.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü.Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur.Naledi Soto dilində "ulduz" deməkdir.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi - ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831—1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838—39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Navahi (Ağsu)
Navahi — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Ağsu şəhəri inzibati ərazi vahidində yerləşən bu kəndin keçmiş adı "Borbor Navahi" olmuşdur. Borbor baharlı tayfasının bir qolunun adıdır. Navahi adı ərəb dilində "nahiyə" sözündən olub, "rayon, sahə, dairə" mənasını bildirir. Rusiyanın Krasnodar diyarında 1896-cı ilədək "Navaqinskiy" adlı yer olmuşdur. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild.
Navahı bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Navahı kəndi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400-500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb( direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir.Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir.Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45-50 °C dərəcəyə kimi yüksəlir. Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.