Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mamakan
Mamakan (Urmiya)
Maqadan
Maqadan — Rusiya Federasiyasında yerləşən şəhər, Maqadan vilayətinin mərkəzi.
Sazakan
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. Nəzərə alınmalı olan ilk məqam tarakanların insanlarla təmasda ola bilməsidir. Onlar gecələr ortaya çıxa və ayaqları ilə dərinizi cızaraq kiçik qızartılara səbəb ola bilərlər. Bu cür qızartılar yaxşıca sabunla təmizlənməlir ki, daha ciddi problemə çevrilməsin. Qara tarakanlar, eləcə də digər tarakan növləri, ilk növbədə bakteriyaların daşıyıcısı olduqları üçün təhlükəlidirlər. Tarakanlar heç vaxt getməyəcəyimiz çirkli, iyrənc yerlərdə vaxt keçirirlər. Onlar sizin mətbəxinizdə bir meyvə parçasının üstündə olduğu kimi, meşədə çürüyən heyvan leşinin üstündə də rahatdırlar. Bu faktor onları təhlükəli zərərvericilər edir. Tədqiqatlar təsdiq etmişdir ki, tarakanlar 33-dən çox bakteriya növü daşıya və yaya bilir.
Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Ağakar
Ağakar — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Azərbaycan dilində Ağa (şəxs adı ya titul) və türk dillərində qar "alınmaz (sıldırım mənasında) qaya" sözlərindəndir. Cənubi Qafqazda bir sıra qaya və dağ adlarında qar (kar) sözünü erməni tədqiqatçıların erməni dilində kar — "daş", "qənbər", "qaya" sözü hesab edərək nə vaxtsa oralarda ermənilərin yaşadıqlarını yazmaları tamamilə səhvdir. Azərbaycanda ikinci komponenti qar, kar sözündən ibarət çoxlu dağ adı vardır: Buzuduxqar (Kəlbəcər rayonu), Kəçələqar (yenə orada) Qoşqar, Qoşunaqar (Gədəbəy rayonu), Qoşunkar (Oğuz rayonu), Ləzgiqar (Şəmkir rayonu), Lölükqar (Daşkəsən rayonu), Çinqar (Xanlar rayonu), Çoxqar (Şəki rayonu), Şıxqar (Kəlbəcər rayonu), İnqar (İsmayıllı rayonu) və s. XIX əsrda Borçalı bölgəsində Babakar, Yastıqar, Əyriqar, Tünkar, Qazax qəzasında Siskar və Şarkar dağ adları vardı. Qazaxıstanda Zanqar, Türkmənistanda Qızılqar və b. dağ adları da bu sıraya aiddir. Ola bilsin oronim ərəbcə əxi (Sufi ordeninə mənsub dərviş və s.) və qar "mağara" sözlərindən ibarətdir.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Kaqayan çayı
Kaqayan çayı (taqal Cagayan) — Filippin arxipelaqının ən uzun və enli çayı. İzabela, Kaqayan, Kirino və Nueva Viskaya əyalətlərinin ərazilərini keçərək Luson adasının şimal-şərq hissəsi ilə axır. Çayın uzunluğu təqribən 505 km-dir. == Axın və qolları == İllik axın 9.3943 milyon m³-dir. Çay başlanğıcını Karaballo dağlarından, dəniz səviyyəsindən 1524 m hündürlükdə Dalton aşırımından götürür. Sonra iki dağ sistemi, Mərkəzi Kordiller və Sierra Madre arasında münbit bir vadidən axır. Kaqayan çayının mənsəbi Cənubi Çin və Filippin dənizləri arasındakı Aparri şəhəri ərazisindəki Luzon boğazıdır. Sol qollar: Çiko, Maqat. Sağ qollar: İlaqan, Pinakanauan. == Yağıntı və daşqın == Maydan oktyabr ayına qədər davam edən yağışlı mövsümdə Kaqayan çayı ilə yanaşı onun qolları da yağışla gursululuq əldə edir.
Mamakan (Urmiya)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (98 ailə).
Maqadan qoruğu
Maqadan Dövlət Təbiət qoruğu — Maqadan vilayətinin cənubunda, Oxot dənizinin şimal sahili yaxınlığında, Maqadan vilayətinin Olski və Srednekanski rayonlarında yerləşən bir qoruq. Qoruğun əsası 1982-ci ildə qoyulmuşdur, sahəsi 883 817 hektardır. Qoruq dörd sahədən ibarətdir: Kava-Çelomdjinski (624 456 ha), Olski (103 425 ha), Yamski (38 096 ha), Seymçanski (117 839 ha). Bütün digər sahələr bir-birindən çox uzaq məsafədədir, ərazilərində yaşayış məntəqələri və nəqliyyat marşrutları yoxdur. Qoruğun mərkəzi əmlakı Maqadan şəhərində (ərazilərdən 100-650 km) yerləşir. 2005-ci ildən etibarən ehtiyat, UNESCO-nun Dünya Mirasları siyahısına daxil edilmək üçün bir namizəddir. == Flora və fauna == Qoruğun ərazisində 729 növ damarlı bitki qeyd edilmişdir. Əsas meşə yaradan növlər şamkimilərdir. İkinci geniş yayılmış növ Alçaqboylu sidr şamı, relikt mərkəzi növ isə Sibir küknarıdır. Sularında 32 növ balıq, ümumilikdə 180-dən çox növ quş yaşayır.
Maqadan vilayəti
Maqadan vilayəti (rus. Магаданская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Uzaq Şərqdə yerləşir. 3 dekabr 1953-cü ildə formalaşdırılıb. İnzibatı mərkəzi Maqadan şəhəridir.
Nagihan Karadere
Nagihan Karadere (16 fevral 1984, Kadirli, Osmaniyə ili) — Türkiyəli yüngül atlet. 13–14 sentyabr 2003-cü il tarixlərində Konstansada keçirilən gənclər arasında atletika üzrə Balkan çempionatında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdır. Həmin çempionatda 4×400 m estafetdə gümüş, 4×100 m estafetdə isə bürünc medal qazanmışdır.
Natavan Hacıyeva
Natavan Əsgər qızı Hacıyeva (1942, Bakı – 1 may 2019, Bakı) — Azərbaycan diktoru, televiziya aparıcısı, Azərbaycan SSR əməkdar artisti (1990), prezident təqaüdçüsü. Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. "Axırıncı aşırım" filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Məktəbi qızıl medalla bitirmişdir. Pedaqoji Universitetinə qəbul olundu. 1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun "Aygün" filmində epizodik rolda çəkildi.
Natavan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natavan Şeyxova
Natəvan Şüa qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015). Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Ram Narayan
Ram Narayan (hind. राम नारायण; 25 dekabr 1927, Udaypur[d], Britaniya Hindistanı) — klassik hind musiqisinin solo konsert ifası üçün simli musiqi aləti olan saranqanı dünyada tanıtmış hindli musiqiçi. O, saranqada musiqi ifa edən ilk tanınmış musiqçidir. Çox vaxt Ram Narayanın adının yanına fəxri ad olan "Pandit"i də əlavə edirlər. Ram Narayan Hindistanın Udaypur şəhərində anadan olub. Radioda akkompaniator işləyib. Hindistanın bölünməsindən sonra Dehliyə köçüb.
Saqakat kilsəsi
Saqakat məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk xristian məbədi. III əsrin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır. 483 – cü ildə həmin sovmə daş kilsə ilə əvəzlənmiş, sonrakı yüzillərdə dəfələrlə bərpa olunaraq, ona yeni tikililər əlavə edilmişdir. Məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış saklara məxsus olduğunu birmənalı olaraq sübut edir. Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilərin ilk gəlişi XV əsrin ortalarında baş vermişdir. Bu günkü Saqakat məbədi VI – VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Mütəxəssislər bu məbəd binasının daha qədim binanın özülləri üstündə inşa edilməsini düşünürlər.
Xurşidbanu Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Nagehan Alçı
Nagehan Alçı (13 aprel 1977, İstanbul) — Türkiyə jurnalisti və aparıcısı. 13 aprel 1977-ci ildə İstanbulda doğuldu. İstanbul Liseyini bitirdikdən sonra Boğaziçi Universiteti Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsində təhsil aldı. Sosial mediada onun katolik məktəbindən məzmun olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir. İngilis, alman, ispan dillərini bilir. Fransız dilini də anlayır, zəif səviyyədə ərəb dilində də bilir. 20 may 2006-cı ildə Emre Ayan ilə evləndi. Daha sonra onlar boşandı. 2010-cu ilin dekabrında Rasim Ozan Kütahyalı ilə evləndi. Bu evlilikdən Betül Yasemin ve Ayşe Ela adında iki əkiz qızları oldu.
Hitler Nababan
Hitler Nababan (23 iyul 1973, Açeh) — İndoneziya siyasətçisi. Demokratik Partiyanın üzvü olan Nababan 2014-cü ildən 2019-cu ilə qədər Karavanq Regional Nümayəndələr Şurasının üzvü olmuşdur. == Həyatı == Hitler Nababan 23 iyul 1973-cü ildə anadan olmuşdur. 1993-cü ildə HKBP Peşə Liseyində orta təhsilini başa vurduqdan sonra 1994-cü ildə Karavanq şəhərinə köçmüşdür. Millət vəkili seçilməzdən əvvəl sələmçi işləmişdir. O, dörd il oxuduqdan sonra 2017-ci ildə Dharma Andhiqa Hüquq Məktəbində hüquq dərəcəsi almışdır. Hitler Betti Minariya Limbonq ilə evlidir. Cütlüyün üç qızı və bir oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hitler Nababan ilə əlaqəli mediafayllar var.
Malakan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. == Təsviri == Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.