Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qado-qado
Qado-qado (indoneziya. gado-gado) — İndoneziya mətbəxinin şorbasıdır. Müxtəlif növ tərəvəz və bir sıra digər məhsulların bişməsindən alınır. Şorbaya araxis şirəsi də əlavə edilir. Xüsusən Yavada bu yemək çox məşhurdur. Müxtəlif regionlarda bişirilimə qaydası da müxtəlifdir. == Yaranması və yayılması == Qado-qado Yava şorbası adlanır. Adanın qərb və şərq hissəsinin milli şorbasıdır. onun bir çox növləri mövcuddur. XX əsrin ikinci yarısında qado-qado İndoneziyanın digər bölgələrinə yayılmağa başladı.
Kado
İkebana (生花, ike – "həyat", bana – "güllər", tərc. "canlı güllər") və ya Kado (華道, "güllərin yolu") – XV əsrdə Yaponiyada meydana gəlmiş kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti. İkebana üsulu ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər. İkebana sənəti əvvəllər dini xarakterli olmuş və allahlara hədiyyə məqsədi daşımışdır. İkebana hazırlanarkən "susso", yəni bitkilərin təbiəti, "xarakter"i nəzərə alınmalıdır. == Tarixi == === Rikka === VI əsrdən başlayaraq buddizm Yaponiyada təşəkkül tapdıqdan sonra tikilən buddist məbədlərinin səcdəgahlarının qıraqlarına qeyri-adi buketlər düzülməsi ənənəsi yarandı. Bu nəhəng, əyilməyən budaqları rikka (yap. “duran güllər”) adlandırırdılar. Məbədlərin digər bər-bəzəyi kimi rikka da Çindən gətirilirdi.
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 31 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
NAYO
NAYO (Norveç dili: Norges Aserbaidsjanske Ungdomsforening, Azərbaycan dili: Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, İngilis dili: Norwegian Azerbaijanis Youth Organization) — Norveçdəki Azərbaycan cəmiyyətinə, Azərbaycana və Azərbaycanın mədəniyyətinə maraq göstərən gənclər üçün qeyri-siyasi, qeyri-gəlir, qeyri-dini təşkilatdır. Təşkilat bir qrup azərbaycanlı, norveçli və xarici tələbələrin təşəbbüsü ilə, Norveç Tələbə İttifaqının keçmiş vitse-prezidenti olan Ramil Əliyevin başçılığı ilə 2006-ci ildə yaradılmışdır. NAYO Azərbaycana aid prezentasiyalar, mədəni görüşlər, foto sərgilər, informasiya tədbirlər, şənliklər və konsertlər təşkil edir.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. == Coğrafiya == 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Dado Cavalcanti
Dado Cavalcanti (15 iyul 1981 və ya 9 iyul 1981) — "Koritiba FK" klubunun baş məşqçisi. == Həyatı == Dado Cavalcanti 9 iyul 1981-ci ildə Braziliyada anadan olub.
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
Kozue Ando
Kozue Ando (d. 9 iyul 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 126 oyun keçirib, 19 qol vurub.
Lado Asatiani
Lado Asatiani (gürc. ლადო ასათიანი) - Gürcü yazıçı və şair. Cəmi yeddi il davam etmiş yaradıcılıq fəaliyyətindən sonra 26 yaşında vəfat etmişdir. Lado Asatiani XX əsr Gürcü ədəbiyyatının ən görkəmli simalarından biri kimi qəbul olunur. Asatiani Stalinist ideologiyanın təsirlərindən və məhdudiyyətlərindən qorunmağı bacaran az saylı gürcü yazıçılardandır. == Həyatı == Lado Asatiani 1917-ci ildə həmin dövrdə Gürcüstan Demokratik Respublikasının sərhədləri daxilində yerləşən Kutaisi şəhərində anadan olmuşdur. Gənclik illərini bu şəhərdə keçirən Lado 1938-ci ildə Kutaisidə pedoqoji təhsilini tamamlayır. 1939-cu ildə Qızıl ordu tərəfindən hərbi xidmətə çağırılır, ancaq tuberkulyoz xəstəsi olduğundan ordu sıralarından tərxis edilir. Asatianinin gürcü mətbuatında ilk debütü 1936-cı ildə baş tutur. 1941-ci ildə isə şeirlərindən ibarət kolleksiya nəşr olunur.
Lado Avaliani
Avaliani, Lado Şalvoviç (gür. ვლადიმერ (ლადო) შალვას ძე ავალიანი, 2 [15] may 1913 Zestafoni, Kutaisi quberniyası, Rusiya imperiyası - 1998) — Gürcüstanın sovet dövrü yazıçısı. == Həyatı == 2 (15) may 1913-cü il tarixində Rusiya imperiyasının Kutaisi quberniyasının Kutaisi qəzasının Zestafoni şəhərində anadan olub. 1940-cı ildə Tbilisi İncəsənət Akademiyasının Qrafik fakültəsini başa vurub. 1945-ci ildə Ümumkommunist bolşevik partiyasına daxil olmuşdur. 1959-cu ildə "Sonuncu gün, ilk gün" kinodramında rəssam rolunu oynamışdır. 1977-ci ildən 1981-ci ilə qədər Gürcüstan Yazıçılar İttifaqının nəsr şöbəsinin müdiri olmuşdur. 1998-ci ildə vəfat edib. == Yaradıcılığı == Əsərlərinin nəşrinə 1935-ci ildə başlamışdır. Yazıçının hekayə və novellalar mövzusu Svanetiyanın qədim və yeni həyatına, Böyük Vətən müharibəsinə, Gürcü ədəbiyyatı və incəsənətinə həsr olunub.
Lado Ketsxoveli
Lado Zaxaryeviç Ketsxoveli (gürc. ლადო კეცხოველი, əsl adı Vladimir Zaxaryeviç Ketsxoveli, gürc. ვლადიმერ ზაქარიას ძე კეცხოველი; 14.1.1876–30.8.1903)—Gürcü inqilabçısı. == Həyatı == == Fəaliyyəti == 1890-cı ilin yanvarında Lado Ketsxovelinin Bakıya gəlməsi və siyasi təşviqat fəaliyyəti yeni mərhələyə qədəm qoydu. "Lado neft şəhərində inqilabi işi canlandırdı, dərnəklərə həyat verdi. Bakıda təbliğat və təşviqat xarakterli gizli sosial-demokrat ədəbiyyatı görünməyə başladı. Çox tez-tez vərəqə və intibahnamələr yayılırdı" (92). Gizli ədəbiyyatın içərisində "İskra" qəzeti mühüm yer tuturdu. İlk nömrəsindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətini qazanmışdı. 1901-ci ilin baharında Bakıda RSDFP-nin leninçi-iskraçı məsləkli Bakı Komitəsi təşkil olundu.
Lado Qudiaşvili
Lado (Vladimir) Davidoviç Qudiaşvili (gürc. ლადო (ვლადიმერ) დავითის ძე გუდიაშვილი;18 (30) mart 1896[…], Tiflis – 20 iyul 1980[…], Tbilisi) — Gürcüstan və Sovet rəssamı, qrafik rəssam, monumalist, müəllim. SSRİ xalq rəssamı (1972), Sosialist Əməyi Qəhrəmanı (1976), Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı laureatı (1965, birinci mükafat). == Həyatı == Lado Qudiaşvili 18 mart 1896-cı ildə Tiflisdə dəmir yolu işçisinin ailəsində anadan olub. 1910-cu ildə Qafqaz Təsviri Sənəti Həvəsləndirmə Cəmiyyətinin Tiflis Rəsm və Heykəltəraşlıq Məktəbinə daxil olub. 1914-cü ildə oranı bitirmiş və məktəbdə rəsm müəllimi işləmişdir. 1915-ci ildə ilk şəxsi sərgisi Tiflisdə baş tutdu və bu da Gürcüstanın bədii dairələrində onun şöhrətini artırdı. Paolo Yaşvilinin təşkil etdiyi "Mavi buynuzlar" simvolik şairlər qrupuna yaxın olan gürcü ziyalılar dairəsinə girdi. Gürcü memarlığının abidələrini öyrənən, bir çox qədim freskaların sürətini çıxaran arxeoloji ekspedisiyada iştirak etdi. Qudiaşvili rəssam və qrafik ustası olaraq məşhurlaşmışdı.
Masahiro Ando
Masahiro Ando (d. 2 aprel 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Maykl Nade
Maykl Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
NATO sammiti
NATO sammiti (ing. NATO summit) — Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin dövlət və hökumət başçılarının təşkilatın strateji istiqamətini qiymətləndirmək və müəyyən etmək, habelə yeni Baş katibin seçilməsi qaydalarını təsdiq etmək üçün vaxtaşırı baş tutan görüşü. Sammitlərin yeri və vaxtı Şimali Atlantik Şurası tərəfindən müəyyən edilir.1949-cu ildə NATO-nun yaranmasından bu yana otuzdan çox NATO sammiti keçirilmmişdir. Sonuncu müntəzəm sammit 2019-cu ilin dekabrında Şimali Makedoniya Respublikasının ittifaqa qoşulmaq qərarına gəldiyi zaman Londonda baş tutmuşdur.
NATO ölkələri
NATO
NATO əlifbası
NATO əlifbası – ən çox istifadə olunan radio əlifbası. Hər ingilis hərfinə bir kod sözü aiddir, buna görə bütün məlumat, o cümlədən rəqəmlər dildən asılı olmayaraq anlaşılır. Əlifba Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tərtib edilmiş, ən çox NATO-da işlədilir. Digər beynəlxalq təşkilatlarda da istifadə olunur.
Nano morfostrukturlar
Nanomor­fostruk­turlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) geoloji struk­turların ən xırda elementlərinə uy­ğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Naro-Fominsk
Naro-Fominsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Nato (müğənni)
n.A.T.o. (Və ya doğum adı ilə: Natalya Şevlyakova, doğ. 1979, Gürcüstan SSR, Tiflis), Rus və Gürcü mənşəli Rusiya vətəndaşı müğənni. Ümumiyyətlə kliplərində göründüyü üzrə bir müsəlman kimi niqablıdır. Tacik, Fars və Özbək dillərini çox yaxşı dərəcədə bilir və o dillərdə müxtəlif mahnıları vardır. Yaxını İvan Şapovalov tərəfindən kəşf edilmişdir. Mahnılarının mövzusu ümumiyyətlə döyüş, sülh, terrorizm mövzulu olub dünyaya ictimai mesaj verməkdir. 11 Sentyabr hücumlarının il dönümündə, Moskvada 2004-cü ildə bazara çıxmışdır. İlk çıxdığından sonra müəyyən bir müddət şəxsiyyəti gizli tutulmuş və deşifrə edilməmişdir. Muborakşo Mirzoşoyev adlı Tacik mənşəli bir bəstəkar tərəfindən bəstələnən "Çor Cavon" («Чёр джавон») adlı mahnısı, n.A.T.o.'nun ən məşhur mahnısıdır.
Nato Vaçnadze
Nato Vaçnadze (gürc. ნატო ვაჩნაძე; 4 (17) iyun 1904, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 14 iyun 1953, Zuqdidi) — Sovet gürcü səssiz və səsli film aktrisası. Gürcüstan SSR xalq artisti (1941), RSFSR-nin əməkdar artisti. İkinci dərəcəli Stalin mükafatı laureatı (1941). Aktrisa və rejissor Kira Andronikaşvilinin böyük bacısı. == Bioqrafiyası == 1 iyun (14) 1904 -cü ildə Varşavada anadan olub. Hussar polkovniki Şahzadə Georgi Andronikov (1875-1911) və Ekaterina Semyonovna Slivitskayanın (1877-1947) dörd övladından ikincisidir. 1919-cu ildən gələcək aktrisa Prometey kibrit fabrikində, daha sonra musiqi müəllimi olaraq çalışır. Tiflisdəki bir fotoqrafın pəncərəsindəki Nato portretini 1923-cü ilin yazında Dövlət Sənaye Komitəsinin idarəçisi görür. Qız daha sonra yaşadığı Gürcaani şəhərində tapılır və ona iki rol təklif olunur: Hamo Beknazaryanın "Ata qatili" və Vladimir Barskinin "Quldur Arsen" filmi.
Nazo Dharejo
Nazo Dharejo (sind dlində: نازُو ڌَاريجو, Naz Muxtiyar Dharejo və Vaderi Nazo Dharejo kimi də tanınır; 1977) — Pakistanlı fəal və siyasətçi. Onun öz kişi qohumlarına qarşı təsərrüfat torpağını müdafiə etməsi "Pakistanın ən mübariz qadını" ünvanı almasına və haqqında 2017-ci ildə "Mənim saf yurdum" filminin çəkilməsinə səbəb olmuşdur. == Haqqında == Nazo Dharejonun atası Hacı Xuda Bukş Xan Dharejo Zəmindar ailəsindən olan torpaq sahibi idi. Onun Pakistanın Sind əyalətində şəxsi təsərrüfat ərazisi var idi. Nazo Dharejo onun ikinci arvadından - Vaderi Jmzadidən olan ən böyük qızı idi. O, Qazi Əhməddə havelidə doğulmuşdur. Hacı Xuda Bukş Xan Dharejo qızları üçün müəllimlər işə götürərək onlara Sind dili ilə yanaşı urdu və ingilis dillərini də öyrətmişdi. Nazo Dharejo daha sonra Sind Universitetində iqtisadiyyat elmləri üzrə bakalavr dərəcəsini alır.Hacı Xuda Bukş öz qızlarını oğlu kimi böyüdür və odlu silahlardan istifadə etməyi öyrədir ki, ehtiyac yarananda öz ailə torpaqlarını müdafiə etsinlər. Hacı Xuda Bukşun atasının (Nazo Dharejonun babası) 4 həyat yoldaşı və bir neçə oğul övladı var idi. Babanın ölümü ilə varislər arasında güclü mübahisələr yarandı.
Naço (futbolçu)
Naço — İspaniyanın Real Madrid futbol klubunun müdafiəcisi. Naço 1990-cı il 26 yanvarda İspaniyanın paytaxı olan Madrid şəhərində doğulub. Karyerası boyunca sadəcə Real Madrid klubunun formasını geyinib. İspaniya milli futbol komandasının heyətində çıxış edib. Real Madriddə 89 oyunda 3 qol vurub. Birinci qolunu Santyaqo Bernabeu stadionundakı Real Madrid-Alaves FK oyununda vurub. Oyun Real Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 2-ci qolunu isə 37-ci turda Sevilya ilə oyunda cərimə zərbəsindən vurub. Oyun Real Madridin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda qolları Ronaldo (2), Naço və Toni Kroos vurub.