Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Mədinə
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Roman Naudinş
Roman Naudinş — Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri, Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatının rəhbəri. Latviya Seyminin deputatı. == Həyatı == Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb. Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır. R.Naudinş siyasət aləminə biznesdən gəlib.
William Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Nandina domestica
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Azərbaycan naminə
Azərbaycan naminə!
Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür.
Mədinə (ad)
Mədinə — Azərbaycan qadın adı. Mədinə Qiyasbəyli — Azərbaycan maarif xadimi, pedaqоq, məktəbdar, jurnalist, tərcüməçi. Mədinə Əliyeva — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002) Mədinə Gülgün — Azərbaycan şairəsi, Azərbaycanın əməkdar incəsənət Mədinə Səduaqasova — Qazaxıstan müğənnisi.
Mədinə (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Mədinə — Səudiyyə Ərəbistanında şəhər. Mədinə (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında kənd. Digər Balaş və Mədinə (film, 2003) — Balaş Azəroğlu və Mədinə Gülgünün həyat və yaradcılığından bəhs edən film.
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). == Həyatı == Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Mədinə Qiyasbəyli
Mədinə Qiyasbəyli (aprel 1889, Yuxarı Salahlı, Qazax qəzası – 1938, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. Azərbaycanda bir neçə məktəbin əsasını qoyub və onlara rəhbərlik edib. "Şərq qadını" jurnalının yaradıcılarından biri. Əksinqilabi Müsavat təşkilatının üzvü ittihamı ilə XDİK tərəfindən həbs olunub. Qısa dövr ərzində 12 dəfə dindirilib. Bütün əmlakı müsadirə olunub. Özü isə 1937-ci il sentyabrın 28-də güllələnib. == Həyatı == Mədinə Vəkilova 1889-cu il sentyabr ayında Qazax qəzasının Salahlı kəndində anadan olub. Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində təhsil alıb. 1904-cü ildə buradakı təhsilini bitirdikdən sonra gimnaziyada birillik əlavə kursa daxil olub.
Mədinə Sadvakasova
Mədinə Bakıtjanovna Sadvakasova (qaz. Мәдина Сәдуақасова, d. 8 sentyabr 1979, Almatı) — Qazaxıstan pop müğənnisi, "Jas Kanat" müsabiqəsinin qalibi (1999), Qızılorda vilayətinin "İlin adamı", Prezident orkestrinin və "Qulder" ansamblının keçmiş solisti, teleaparıcı, ali təhsilli psixoloq.. == Həyatı == Mədinə Sadvakasova Almatı şəhərində anadan olmuşdur. Hələ uşaq olarkən onun ailəsi cənuba – Qızılordaya köçmüşdür. Orada diş həkimi olan atası dəmiryolçu, müəllim olan anası isə evdar qadın olur. Orta məktəb illəri, tələbə həyatı, musiqi məktəbi – bunların hamısı müğənni üçün Qızılorda şəhəri ilə bağlıdır. Kiçik qızın boya-başa çatması və müğənni olmaq istəyi də orada yarandı. Mədinə hələ uşaqlıqdan onu əhatə edənlərdən diqqət və sevgi görmüşdü. Bunun səbəbi təkcə onun cazibədarlığı deyildi.
Mədinə Səduaqasova
Mədinə Bakıtjanovna Sadvakasova (qaz. Мәдина Сәдуақасова, d. 8 sentyabr 1979, Almatı) — Qazaxıstan pop müğənnisi, "Jas Kanat" müsabiqəsinin qalibi (1999), Qızılorda vilayətinin "İlin adamı", Prezident orkestrinin və "Qulder" ansamblının keçmiş solisti, teleaparıcı, ali təhsilli psixoloq.. == Həyatı == Mədinə Sadvakasova Almatı şəhərində anadan olmuşdur. Hələ uşaq olarkən onun ailəsi cənuba – Qızılordaya köçmüşdür. Orada diş həkimi olan atası dəmiryolçu, müəllim olan anası isə evdar qadın olur. Orta məktəb illəri, tələbə həyatı, musiqi məktəbi – bunların hamısı müğənni üçün Qızılorda şəhəri ilə bağlıdır. Kiçik qızın boya-başa çatması və müğənni olmaq istəyi də orada yarandı. Mədinə hələ uşaqlıqdan onu əhatə edənlərdən diqqət və sevgi görmüşdü. Bunun səbəbi təkcə onun cazibədarlığı deyildi.
Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. == Sağlamlığa faydaları == Beyni gücləndirir Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Mədinə Əliyeva
Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008). "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı. == Həyatı == Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir. Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur. == Fəaliyyəti == 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir. 2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir. 2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014.
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Ulysse Nardin
Ulysse Nardin — İsveçrə lüks saat istehsalçısı. == Tarixi == 1846-cı ildə İsveçrənin Le Locle şəhərində qurulmuş İsveçrə lüks saat şirkətidir. 1983-cü ildə şirkət Rolf W. Schneider tərəfindən alındı ​​və onu gəlirli biznesə çevirdi. 2014-cü ildən bəri Fransanın lüks mallar qrupunun Kering törəmə şirkətidir.
Mədinə Sadıqova
Mədinə Sadıqova (1 iyun 2001) — azərbaycanlı karateçi. == Həyatı == O, 2022-ci ildə Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında qadınlar arasında 55 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 55 kq çəki dərəcəsində bürünc medal qazanıb. Sadıqova 2023-cü ildə Polşada keçirilən Avropa Oyunlarında qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb. O, öz çəkisində üçüncü yeri tutdu və yarımfinalda mübarizə apara bilmədi. O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən 2023-cü ildə karate üzrə dünya çempionatında qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.
Mədinə konstitusiyası
Mədinə konstitusiyası (ərəb. دستور المدينة‎) və ya Ümmət sənədi — islam peyğəmbəri Məhəmmədin Mədinədə yaşadığı dövrdə qəbilə işləri ilə bağlı sənədlər toplusu. "Mədinən konstitusiyası" termini ümumiyyətlə qeyri-dəqiq hesab olunur, çünki mətn nə yeni vəziyyət qurmuş, nə də "Quran"ın qanunlarını qəbul etmişdir. Orijinal sənədlər itmişdir, lakin onların məzmununun ilk olaraq İbn İshaq tərəfindən "Allahın rəsulunun həyatı" əsərində, daha sonra isə Əbu Übeyd Qasim ibn Səllamın "Kitab əl-Əmval" əsərində əhatə edilmişdir. İbn İshaq sənədlərin həqiqiliyini təsdiq etmək üçün heç bir dəlil təqdim etməmişdir, nə də onların aşkar edilməsinin təfərrüatlarını və ya bu sənədlərin tam olaraq necə və nə vaxt qüvvəyə mindiyini açıqlamamışdır. Buna baxmayaraq, həm Qərb, həm də islam dünyasının alimləri mətnin həqiqiliyini geniş şəkildə qəbul edirlər. Bu qəbul onun qeyri-müsəlmanları da əhatə etməsinə və Qureyş qəbiləsini (bütün xəlifələrin mənşəyi) tanrının düşməni kimi göstərməsinə əsaslanır. Bu fikir sonrakı islam dövrlərinə uyğun gəlmir. Digər amillərə mətnin qavranılan arxaik üslubu, onun yalnız müasirləri tərəfindən başa düşülə biləcəyi ehtimal edilən izah olunmayan eyhamların çoxluğu və inkişaf etmiş islam normalarından daha çox qəbilə hüququna açıq meyli daxildir.