sif. 1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız.
– Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə.
Nadinc uşaqlar … bağırışırdılar: – Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.
2. məc. Dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. [Hacı Nuru:] Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etmək ilə təngə gətirdin.
Axırda nadinc adam qələminə getdin. M.F.Axundzadə.
[Təbrizdə] nadinc adamların sayı çoxalır(dı). M.S.Ordubadi.
3. məc. Sakitlik bilməyən, coşqun.
Xəzərin nadinc dalğaları … o tənha buruq ətrafında rəqs edir… Ə.Məmmədxanlı.