Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Ayzıt
Namiq
Namiq — Azərbaycanlı adı.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.
Ceyms Neysmit
Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yaradıcısı. == Həyatı == Ceyms Neysmit 1861-ci ildə Kanadada, Almonte şəhərinin tərkibinə daxil olan Ramsi (ing. Ramsay Township) qəsəbəsində anadan olmuşdur. 1883-cü ildə Almonte şəhər orta məktəbini (ing. Almonte High School) bitirib. Həmin ildə də Monrealda Makgill Universitetinə daxil olur. Təhsil illərində Neysmit Kanada futbolu, Avropa futbolu və gimnastika üzrə universitet komandasında çıxış etməyə başlayır. Kanada futbolunda o mərkəz mövqeyində oynayırdı və ilk dəfə olaraq oyunlarda qoruyucu dəbilqə tətbiq etməyi təklif etmişdir. O həm də gimnastikada möhtəşəm uğurlarına görə bir neçə Vikstid (ing. Wicksteed) medalına layiq görülüb.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-ci ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək «Malıy Taymır» adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Martin Naydiç
Martin Naydiç (17 dekabr 1990) — Argentinalı üzgüçü. Martin Naydiç Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Martin Naydiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:39.93 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mattyu Zammit
Mattyu Zammit (d. 18 may 1995) — Maltalı üzgüçü. Mattyu Zammit Maltanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mattyu Zammit birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.09 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 66-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nayman Ana
Nayman Ana - türk və qırğız əfsanələrində adı çəkilən qadın. Manqurt dastanında oğlunu qurtarmağa çalışarkən ölür. Manqurt halına çevrilən oğlu tərəfindən öldürülmüşdür. Ruhu Dönənbəy (Dönenbay) adlı bir quşa çevrilmişdir. Məzarı müqəddəslik qazanmışdır. Naymanlar adlı bir türk-monqol boyu ilə əlaqəlidir. Monqolların səkkiz boyunun anası sayılır. == Etimologiya == (Nay/Yat) kökündən törəmişdir. Yayan, doğuran deməkdir. Monqolca səkkiz rəqəmi ilə əlaqəlidir.
Neymət Həsənov
Neymət Emin oğlu Həsənov (11 noyabr 1992; Qaralar, İmişli rayonu, Azərbaycan — 2 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Neymət Həsənov 11 noyabr 1992-ci ildə İmişli rayonunun Qaralar kəndində Emin Həsənovun ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə İmişli rayon Qaralar kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Neymət Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayonu üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Neymət Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi qarşı tərəfdən mühüm və döyüşün gedişatında rolu olan məxfi məlumatların öyrənilməsində fərqlənmişdir. Neymət Həsənov 2 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Sammit gölü
Sammit gölü (ing. Summit Lake) — Kanadanın Alberta əyalətində, Uoterton Gölləri Milli Parkında, Kameron gölünün yuxarısında, Alderson-Kartyu cığırının yaxınlığında yerləşən göl. Göl Kartyu və Kuster dağlarının arasındakı keçiddə yerləşir.
Taymır adası
Taymır adası — Kara dənizində yerləşən və yayşayışı olmaya iri ada. Taymır yarımadasından şimal-qərbində, Taymır körfəzindən qərbdə qərarlaşır. Adadan simalda [[Nordenşeld arxipelaqı yerləşir. Ada materikdən Taymır boğazı ilə ayrılır. Boğazın minimal eni 3 km təşkil edir. Ada 33 kilometr uzunluğa və 10 km enə malikdir. Adanın sahilləri olduqca girintili-çıxıntılıdlr. Yaxınlığında bir çox adalar vardır: Nansen adası, Bonev adası, Miseev adası, PilotAlekseev adası, Rozmıslov adası və Pilot Mixotkin adası. Bu adalar labirintvari bir quruluş meydana gətirir. Hündür daşlıqlara sahib olan ada, elə bütünlüklə daşlarla örtülüdür.
Taymır boğazı
Taymır boğazı — Taymır yarımadasını eyni adlı adanı ayırır. Krasnoyar vilayyətinin ərazisinə daxildir. Kara dənizinə daxil olan Palander boğazını Taymır körfəzi ilə birləşdirir. Boğaz dar və dayazdır. İl böyük hissəsi buzla örtülü olur. Uzunluğu 30 km, eni 3 km təşkil edir. Boğaz bəzi hallarda rus qütb araşdırmaçısı E.V.Tollyanın adı ilə ifadə edilir.
Taymır gölü
Taymır gölü — Rusiyanın Taymır yarımadasında göl. Bırranq dağlarında yerləşir. Gölün uzunluğu 250 km, sahəsi 4560 km², dərinliyi 16 m-ə qədərdir. Qar və yağış suları ilə qidalanır. İldə 3 ay buzdan azad olur. Gölə Yuxarı Taymıra çayı tökülür, Aşağı Taymıra çayı isə göldən axır. Göldə çılpaqça, ala balıq, muksun və s. kimi balıqlar var.
Taymır körfəzi
Taymır körfəzi — Kara dənizində, Taymır yarımadasının dəniz sahili mərkəzi hissəsində yerləşir. Taymır estuarisi körfəzin şərqində yerləşir və Taymır çayının körfəzə töküldüyü ərazidə yaranmışdır. Taymır çayı öz başlanğıcını Taymır gölündən götürür. Körfəzin qərbində çoxlu sayda adalar vardır. Onlardan ən iriləri Taymır və Pilot Maxotkin adalarıdır. Körfəzin uzunluğu 40 km, eni isə 80 km, dərinliyi 16 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Körfzin daxilində 1937 ildən 2005-ci ilə qədər Rastorquyev adlandırılan ada hazırda Kolçak adası adlsndırılır. Körfəzin şimalında Nordenşeld arxipelaqı yerləşir. Körfəzin cənub-şərqində Şturman yarımadası vardır.
Taymır rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi - 879900 kv.km, əhalisi - 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Taymır yarımadası
Taymır yarımadası — Asiyanın ən şimal yarımadası. Kara dənizinin Yenisey körfəzi və Laptevlər dənizinin Xatanqa körfəzi arasında, Taymır Muxtar Mahalı ərazisindədir. Taymır yarımadasının ucqar şimal çıxıntısı Çelyuskin burnudur (77°43' şm.e.), cənub sərhədi Orta Sibir yaylasının şimal çıxıntısından keçir. Uzunluğu təqribən 1000 km, eni 500 km-dən çoxdur. Sahəsi təqr. 400 min km²-dir. Taymır yarımadasının çox hissəsi ovalıqlardır. Bunun əsas hissəsi Şimali Sibir ovalığının payına düşür. Şimal hissədə cənub-qərbdən şimal-şərqə hündürlüyü 1146 m-dək olan Bırranqa dağları uzanır. İqlimi sərtdir, hər yerdə çoxillik donuşluq süxurları yayılmışdır.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Bəymirzə Hayit
Bəymirzə Hayit(d. 17 dekabr 1917, Nəməngan Rusiya Türkistanı - v. 31 oktyabr 2016, Köln Almaniya) — xüsusilə Türkistan və Orta Asiya mövzusunda araşdırma edən tarixçi və şərqşünas. == Həyatı == 17 dekabr 1917-ci ildə Nəməngan şəhərində dünyaya gəlmişdir. Yetkinlik yaşına çatdıqda artıq ədəbiyyata və sənətə maraq göstərirdi. 1930-cu illərin məhrumiyyətlərinə baxmayaraq 1939-cu ildə Daşkənd Universitetini bitirdi. Həmin il Qırmızı Orduya çağrıldı və burada leytenant olaraq xidmət etdi. Hayit 1939-cu ilin dekabrında Nəməngandan ayrıldı və Polşada eskadron tank komandiri olaraq yerləşdi. II Dünya müharibəsi zamanı Hayit 1941-ci ildə Alman əsirliyinə girdi. Sonra Alman Vermaxtın Türkistan legionunda zabit kimi xidmət etdi.
Namib səhrası
Namib (ing. Namіb, port. Namіbe) — Afrikanın cənub-qərb sahilboyunda yerləşən səhra. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdü. Namib adı "Nama" adlı Afrikanın köklü xalqının dillindən götürülüb. Səhranın sahəsi 100 000 km² çoxdu. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır. Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir. "Nama" dillindən Namib "heç bir şeyin mövücüd olmadığı yer" mənasını verir. Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).