Neymət Emin oğlu Həsənov (11 noyabr 1992; Qaralar, İmişli rayonu, Azərbaycan — 2 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Neymət Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaralar, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | İmişli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Emin Həsənov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı, atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2021 |
Neymət Həsənov 11 noyabr 1992-ci ildə İmişli rayonunun Qaralar kəndində Emin Həsənovun ailəsində anadan olmuşdur.[1] 1998-2009-cu illərdə İmişli rayon Qaralar kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Neymət Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayonu üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Neymət Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi qarşı tərəfdən mühüm və döyüşün gedişatında rolu olan məxfi məlumatların öyrənilməsində fərqlənmişdir. Neymət Həsənov 2 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. İmişli rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Neymət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Neymət Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Neymət Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]