Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
DAK
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Eak
Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu. == Mifologiyada == Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
NAR
NHK
NHK (日本放送協会, Nippon Hōsō Kyōkai, Yaponiya Yayım Korporasiyası) – Yaponiya dövlətinin milli halq yayım təşkilatı.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nan
Nan (Fransa)
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pak
Yak
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
Adi nar
Adi nar (lat. Punica granatum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin nar cinsinə aid bitki növü. Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punica" — tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Hündürlüyü 1,5–4 (5) m olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya koldur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir. == Təbii yayılması == Vətəni Kiçik və Orta Asiya, Dağıstan, Şərqi və Cənubi Zaqafqaziyadır. == Botaniki təsviri == 3–5 m hündürlüyündə çoxlu gövdələrə malik, yarpağını tökən kol və ya kiçik ağacdır.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Anna Zak
Anna Kuzenkova (ivr. ‏אנה קוזנקוב‏‎, rus. Анна Кузенкова 12 mart 2001, Soçi, Rusiya) — əsasən Anna Zak adı ilə tanınan Rusiyada doğulmuş İsrail fotomodeli və müğənnisi.
Daffi Dak
Daffi Dak və ya Ördək Daffi (ing. Daffy Duck) — antromorfik qara rəngli ördək, cigi film personajı. Bədəni qara, ayaq və dimdiyi narıncı rəngdədir. Boynunda ağ halqa şəkilli lələklər var. Pəltək danışığı var, danışanda tüpürcək saçır. Baqz Banni və donuz Porkidən sonra ekranda ən çox görülən üçüncü personaj hesab olunur. Cizgi filmlərdə əksər hallarda donuk Porki və Baqz Banni ilə birlikdə çəkilmişdir. İnsanlar Daffini ilk dəfə 17 aprel 1937-ci ildə yayımlanan "Donuzun ördək ovu " cizgi filmi ilə tanıdılar. Cizgi filmin rejissoru Teks Everi idi. Daffi obrazını tam 52 il boyunca Mel Blank səsləndirmişdir.
Eduard Pak
Eduard Pak — Şimali Koreya əsilli özbək-qazax dram artisti və kino aktyoru. 1986-cı ildən teatrda fəaliyyət göstərir. == Həyatı == Eduard Pak 22 dekabr 1962-ci ildə Özbəkistan SSRdə, Daşkənd vilayətinin Çinaz rayonunda doğulmuşdur. Almatı dövlət teatr incəsənəti institutunu "teatr və kino aktyoru" ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Seul Dövlət Milli Teatrında təcrübə keçmişdir. 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin fəxri fərmanı, 2008-ci ildə isə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Mədəniyyət xadimi" fəxri nişanı ilə təltif edilmişdir.
Erzsebet Nad
Erzsebet Nad (13 aprel 1927 – 29 yanvar 2008) — macar tərcüməçi və yazıçı, Macarıstanın baş naziri olmuş və Macar inqilabından sonra güllələnən İmre Nadın yeganə övladı. == Həyatı == Erzsebet Nad, 1927-ci ilin 13 aprelində Macarıstanın cənubunda yerləşən Kopaşvar şəhərində anadan olmuşdur. O, İmre Nad və Mariya Egetonun yeganə övladı olmuşdur. Erzsebet Nad, Ferens Yanoşi ilə evlənmişdir. Onların nikah mərasimi protestant kilsəsində və protestant rahibin rəhbərliyi ilə keçirilsə də atası buna etiraz etməmiş və özü də Siyasi Bürodan icazə almadan bu nikahda iştirak etmişdir. Lakin, o dövrün qaydalarına görə Kommunist partiyasının yüksək vəzifəli şəxsi üçün bu gözlənilməz hadisə idi. Erzsebet Nad, 1982-ci ildə Yanoş Veszi ilə ailə həyatı qurmuşdur. Bir qızı və oğlu olmuşdur. == Macar inqilabı == Nadın atası, baş nazir İmre Nad, Macar inqilabının rəhbər şəxsi idi. İnqilabın yatırılmasından sonra o, Sovet qoşunları tərəfindən aldadılaraq həbs edilmişdir.
Fay-Nan
Fay-Nan — Tayvan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Jak Roqqe
Jak Roqqe(2 may 1942[…], Gent[…] – 29 avqust 2021[…]) — Beynəlxalq Olimpiya Komitəsinin 8-ci prezidenti (2001–2013). == Həyatı == Jak Roqqe BOK-un 8-ci prezidentidir. O, 2001-ci ildə ispaniyalı Xuan Antonio Samarançı əvəzləyib. 2013-cü ildə onu bu postda Tomas Bax əvəz etmişdir. İxtisasca həkim olan Jak Roqqe yelkən idmanı ilə peşəkar səviyyədə məşğul olub. O, 1968, 1972 və 1976-cı illərdə Olimpiya oyunlarının iştirakçısı olub. Bundan başqa, Jak Roqqe reqbi üzrə Belçika yığmasının şərəfini qoruyub.
Jak Russo
Jak Russo (fr. Jacques Rousseau; 1683 – 1753) — cenevrəli saatsaz, Fransa krallığının Səfəvi sarayındakı diplomatı və Şah Sultan Hüseynin zərgəri. == Həyatı == 1683-cü ildə Cenevrədə dünyaya gəlmişdir. O, 1708-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən Səfəvi imperiyasına diplomatik missiyanın tərkibində göndərilmişdir. O, Səfəvi imperiyasına gəldikdən sonra imperator Şah Sultan Hüseynin zərgəri olmuşdur. Bununla eyni zamanda onun əmisinin oğlu İsaak Russo da İstanbulda Osmanlı imperatoru III Əhmədin (1705–1711) zərgər və saatsazı olaraq çalışmaqda idi. İsaak Russo tanınmış fransalı filosof və maarifçi Jan Jak Russonun atasıdır. Jak Russo Reine de l’Estoile ilə evlənmiş və onların Jan-François Russo adlı oğulları 1738-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası kimi Jan-François Russo da Fransanın bölgədəki diplomatı kimi çalışmış və İranlı Russo kimi tanınmışdır. Onun oğlu Jan-Babtist Russo da Fransanın ilk şərqşünaslarından biri olmuşdur.
Jak Sayabalyan
Jak və ya Cek Sayabalyan (Paylaq) (erm. Ժագ Սայապալեան (Փայլակ), d. iyun 1880 — ö. 1915) — Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini. == Bioqrafiya == Jak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur. Atası Konya qubernatoru idi. Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır. 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur. Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir. 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur.
Jak Şarl
Jak Şarl (fr. Jacques Charles; 12 noyabr 1746[…], Bojansi[d] – 7 aprel 1823, Paris, Fransa) — Fransız alim, ixtiraçı və riyaziyyatçı. Jak Şarl 1746-cı ildə Beogensi şəhərində anadan olmuşdur. O, hava şarı ilə ilk uçuşunu 1783-cü ilin 27 avqust tarixində etmişdir. Jak Şarl 1783-cü ilin 1 dekabr tarixində, Alin Roberts ilə birlikdə La Charlière adlı hava şarı ilə 550 metr hündürlüyə yüksəlmişdir.