Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
La-Valett
La-Valett (fr. La Valette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38521. Kommunanın 1999-cu il üçün əhalisi 521 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 710 ilə 2203 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Palezo (rayon)
Palezo (fr. Palaiseau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Palezo. Rayon əhalisi 2020-cı ildə 632 931 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1230 nəf / km². Rayon ərazisi — 459 km².
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Aleut dili
Aleut dili və ya Unangan dili (öz dilində olan adı: Unangam Tunuu) – Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin iki qolundan birini təşkil edən dil. == Dialektləri == Dialekt və etnosları: Uzak Qərb Aleutçası Sasignan Aleutçası (öz adı Sasignan; Doğu lehçesinde Sasxinan; Batı lehçesinde Sasxinas; İngilis dilində Attuan): Attu, Agattu, Semichi adalarında danışılır. Rus Aleutçası (öz adı Kasakam Unangangis 'Rus Aleutları'; İngilis dilində Copper Island Aleut; Rus dilində медновский язык): Rus dili bazlı Sasignan kreolü olup Rusiya Federasyonuna bağlı Komandor adalarında (Остров Беринга и Медный Остров) danışılır. Orta Qərb Aleutçası (öz adı Aliguutax̂; İngilis dilində Atkan, Western Aleut) Naahmiĝus: Delarof (Amatignak, Tanaga) adalarında yaşayırlar. Niiĝuĝis: Andreanof (Kanaga, Adak, Atka, Amlia, Seguam) adalarında yaşayırlar. Şərq Aleutçası (İngilis dilində Eastern Unangan, Eastern Aleut) Akuuĝun ya da Uniiĝun: Four Mountains (Amukta, Kagamil) adalarında yaşayırlar. Qawalangin: Fox (Umnak, Samalga, Unalaska'nın batısı) adalarında yaşayırlar. Qigiiĝun: Krenitzen (Unyalaskanın doğusu, Akutan, Akun, Tigalda) adalarında yaşayırlar. Qagaan Tayaĝungin: Sanak (Unimak, Sanak) adalarında yaşayırlar. Taxtamam Tunuu: Belkofskide danışılır.
Aleut susüpürəni
Aleut xalqı
Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır. == Tarixi == Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. Tomris Banu Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975-ci ildə isə üçüncü redaksiyadan keçir.