Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narkotika
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Narkotik
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Dizayner narkotiki
Dizayner narkotiki (ing. Designer drug) — hər hansı bir təbii narkotik üçün sintetik əvəzedicilər, lakin strukturda eyni olmayan, oxşar farmakoloji fəaliyyəti fərqlənən və mövcud qanunvericiliyi aldatamaq üçün hazırlanmış psixoaktiv narkotik.
Narkotik (film)
Narkotik (ing. Dope) — 2015-ci il ABŞ istehsalı komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Rik Famuyivadır. Film İnqlvudun təhlükəli məhəlləsində yaşayan Malkolmun hekayəsindən bəhs edir. O, və dostları gecə klubunda qanqsterlərin işinə qarışdıqdan sonra özlərini onların əlindən qurtarmağa çalışırlar. youaredope.com — Narkotik rəsmi saytı Narkotik — Internet Movie Database saytında.
ABŞ-də narkotik siyasəti
ABŞ-də narkotik siyasəti — federal hökumətin narkotik maddələrinin və onların istifadəsinin tənzimlənməsi ilə bağlı yeritdiyi siyasət. XX əsrin əvvəllərindən etibarən hökumət bu sahədəki siyasətlərini icbari şəkildə tətbiq eləyir və həyata keçirir. Həyata keçirilən siyasətlər tibbi istifadələr xaricində kokain, tiryək, morfin və heroin kimi maddələrin istifadəsini qadağan edir. Qida və Dərman ilə Narkotikə Nəzarət administrasiyaları bu sahədəki islahatları məcburi şəkildə həyata keçirir. Narkotik maddələrin təsnifatı Nəzarət Edilən Maddələr Aktına əsasən tərkib maddələrinə, potensial zərərlərə və potensial tibbi istifadə imkanlarına görə aparılır. Sözügedən təsnifata əsasən narkotik maddələri 4 qrupa bölünür: alkoqol, çətənə, opioidlər və oyadıcılar.
Narkotik maddələri haqqında vahid Konvensiya
Narkotik maddələri haqqında vahid Konvensiya (1961) (1972-ci ildə düzəliş edilmişdir) — məqsədi, sirr (marixuana, həşiş və s.), kokain (digər ecognin esterləri ilə birlikdə) və tiryək (morfin, eroin, tibbi məqsədlər xaricində kodein və s.) 1931-ci il Paris Konvensiyasını dəyişdirdi. Konfrans, BMT Baş Assambleyasının 1395 (XIV) qətnaməsi ilə narkotiklərə nəzarət sahəsində texniki yardımın göstərilməsinə dair xüsusi tədbirlərin təsis edilməsi məqsədilə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, 28 iyul 1958-ci il tarixli 689 J (XXVI) saylı qərarla, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 62-ci maddəsinin 4-cü bəndinə və Baş Məclisin 366 (IV) saylı qətnaməsinə əsasən qərar verdi. 3 dekabr 1949-cu ildə, bu sahədə mövcud olan çoxtərəfli müqavilələri tək bir sənədlə əvəzləyən Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsi, müstəsna olaraq narkotik nəzarətinə cavabdeh olan beynəlxalq müqavilə qurumlarının sayını azaltmaq üçün səlahiyyətli nümayəndələrin konfransını çağırmaq; və narkotik xammal istehsalına nəzarət yaratmaq. Birləşmiş Millətlər Təşkilatının Narkotik Narkotiklərlə Mübarizə Konvensiyasının Qəbulu üzrə Konfransı, 24 Yanvar-25 Mart 1961-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirildi. İşdə 73 ştatın nümayəndələri iştirak etdi. Konfransda BMT-nin aşağıdakı ixtisaslaşmış qurumları təmsil olunmuşdur: Ümumdünya Səhiyyə Təşkilatı; Beynəlxalq Mülki Aviasiya Təşkilatı; Beynəlxalq Əmək Təşkilatı; Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı. Konfransda aşağıdakı beynəlxalq qurumlar təmsil olundu: Daimi Mərkəzi Tiryək Komitəsi; Narkotik dərmanlara nəzarət orqanı. Konfransda aşağıdakı qeyri-hökumət təşkilatları da təmsil olundu: Beynəlxalq Katolik Xeyriyyə Konfransı; Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyası; Beynəlxalq Cinayət Polisi Əməkdaşlıq Təşkilatı. Konfransın işinin nəticəsi Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsinə dair 5 qətnamənin qəbulu, eyni zamanda 1961-ci il Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın mətninin təsdiqlənməsi olmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (ing. United Nations Office on Drugs and Crime) (UNODC) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Proqramının (UNDCP) və Cinayətlərin qarşısının alınması və Cəza Ədaləti şöbələrinin 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində birləşdirilməsi nəticəsində yaradılan bir ofisdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun üzvüdür və 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə Ofisi olaraq yenidən adı dəyişdirilmişdir. == Təşkilati strukturu == Əsas mərkəzi Vyanada yerləşən ofisin dünya üzrə 1500 nəfər işçisi mövcuddur. Avstriya ilə birlikdə 21 sahə ofisi olan təşkilatın, biri Brüsseldə, digəri New Yorkda olmaqla iki əlaqə ofisi də mövcuddur. Ofisə Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən təyin olunmuş icraçı direktor rəhbərlik edir. İcraçı direktoru İngiltərənin Rusiyadakı keçmiş səfiri Yuri Fedotovdur. Fedotov bu vəzifəni 2002-ci ildən 12 iyul 2010-cu il tarixinədək ofisin keçmiş icraçı direktoru olan Antonio Maria Costadan almışdır. Ofisin uzunmüddətli hədəfləri arasında dövlət, ictimai qurum və təşkilatlar arasında narkotik, cinayət, terrorizm və korrupsiya mövzularında paylaşılan məlumatları maksimum dərəcədə artırmaq və bu mövzularda qlobal, milli və sosial səviyyələrdə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Ofisin maliyyələşdirilməsinin 90% -i hökumətlərin könüllü yardımlarından ibarətdir.
Arktika
Arktika (yun. ἄρκτος) — yer kürəsinin şimal qütbü ətrafını əhatə edir. Qış mövsümündə Arktika tamamilə buz ilə örtülür. Bir çox insanlar fikirləşirlər ki, qütb ayıları Antarktidada yaşayır. Lakin qütb ayıları Antarktidada yox, Arktikada yaşayır. Arktika adalarının əksəriyyətində demək olar ki, insan yaşamır.
Arktika iqlimi
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır. Qütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10–15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2–3 dəfə az. Mərkəzi hissələrdə isə 2–3 kkal/(sm²·il)-dir. İl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır.
Arktika körpüsü
Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır. Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər.
Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu - "Arktika ordusu" yaradıb. Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib. Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Arktika söyüdü
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix arctica subsp. arctica Salix arctica subsp. crassijulis (Trautv.) A.K.Skvortsov Salix arctica subsp.
Andrenin Arktika ekspedisiyası
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə Şimal qütbünə çatmaq üçün təşkil ediln və hər üç tədqiqatçının ölümü ilə nəticələnən ekspedisiya. İsveçin ilk hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı. Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.
Arktika İnvestisiya Protokolu
Arktika İnvestisiya Protokolu (AİP) — Arktika regionunda investisiya fəaliyyəti həyata keçirən şirkətlər və korporasiyalar üçün tövsiyələr və standartlar toplusu. Protokol ESG meyarlarına və BMT-nin məsuliyyətli investisiya prinsiplərinə əsaslanır və Arktikada davamlı iqtisadi inkişafı stimullaşdırmaq üçün yaradılıb. Onun yaradılmasında yerli xalqların, dövlət və özəl sektorların, elmi ictimaiyyətin nümayəndələri iştirak edirdi. AİP hüquqi cəhətdən məcburi deyil və “yumşaq hüquq” nümunəsidir. Arktika İnvestisiya Protokolu 2015-ci ildə nəşr edilmişdir. O, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Arktikada Qlobal Gündəlik Şurası tərəfindən hazırlanıb. Dünya İqtisadi Forumu daha sonra 2017-ci ildə protokolu Arktika İqtisadi Şurasına (AEC) ötürdü. AİP Arktika ərazilərinin məsuliyyətli iqtisadi inkişafı üçün beynəlxalq alətə çevrilmişdir. 2016-cı ildə protokolu ilk imzalayanlardan biri investisiya şirkəti Guggenheim Partners idi. 2021-ci ildə Arktika İqtisadi Şurası və Arktika Parlamentarilərinin Konfransı Arktika İnvestisiya Protokolunu təşviq etmək üçün anlaşma memorandumu imzaladı.