arktika

is. coğr. Arctique f

arktik
Arktika
OBASTAN VİKİ
Arktika
Arktika (yun. ἄρκτος) — yer kürəsinin şimal qütbü ətrafını əhatə edir. Qış mövsümündə Arktika tamamilə buz ilə örtülür. == Faunası == Bir çox insanlar fikirləşirlər ki, qütb ayıları Antarktidada yaşayır. Lakin qütb ayıları Antarktidada yox, Arktikada yaşayır. == Əhalisi == Arktika adalarının əksəriyyətində demək olar ki, insan yaşamır.
Arktika iqlimi
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır. == Radiasiya balansı == Qütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10–15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2–3 dəfə az. Mərkəzi hissələrdə isə 2–3 kkal/(sm²·il)-dir. == Temperatur rejimi == İl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır.
Arktika körpüsü
Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır. Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər.
Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu — "Arktika ordusu" yaradıb. Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib. Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Arktika söyüdü
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Yarımnövləri == Salix arctica subsp. arctica Salix arctica subsp. crassijulis (Trautv.) A.K.Skvortsov Salix arctica subsp.
Andrenin Arktika ekspedisiyası
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə Şimal qütbünə çatmaq üçün təşkil ediln və hər üç tədqiqatçının ölümü ilə nəticələnən ekspedisiya. İsveçin ilk hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı. Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.
Arktika İnvestisiya Protokolu
Arktika İnvestisiya Protokolu (AİP) — Arktika regionunda investisiya fəaliyyəti həyata keçirən şirkətlər və korporasiyalar üçün tövsiyələr və standartlar toplusu. Protokol ESG meyarlarına və BMT-nin məsuliyyətli investisiya prinsiplərinə əsaslanır və Arktikada davamlı iqtisadi inkişafı stimullaşdırmaq üçün yaradılıb. Onun yaradılmasında yerli xalqların, dövlət və özəl sektorların, elmi ictimaiyyətin nümayəndələri iştirak edirdi. AİP hüquqi cəhətdən məcburi deyil və “yumşaq hüquq” nümunəsidir. == Tarixi == Arktika İnvestisiya Protokolu 2015-ci ildə nəşr edilmişdir. O, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Arktikada Qlobal Gündəlik Şurası tərəfindən hazırlanıb. Dünya İqtisadi Forumu daha sonra 2017-ci ildə protokolu Arktika İqtisadi Şurasına (AEC) ötürdü. AİP Arktika ərazilərinin məsuliyyətli iqtisadi inkişafı üçün beynəlxalq alətə çevrilmişdir. 2016-cı ildə protokolu ilk imzalayanlardan biri investisiya şirkəti Guggenheim Partners idi. 2021-ci ildə Arktika İqtisadi Şurası və Arktika Parlamentarilərinin Konfransı Arktika İnvestisiya Protokolunu təşviq etmək üçün anlaşma memorandumu imzaladı.
Rus Arktikası Milli Parkı
Rus Arktikası — Arxangelsk vilayəti ərazisində yerləşən milli park. Yeni Torpaq arxipelaqının şimalında qərarlaşır. Milli park 15 iyun 2009-cu ildə yaradılmışdır. Milli parkın ərazisi 1 426 000 ha, onun 632 090 ha quru, 793 910 ha ərazisi isə dəniz sahəsidir. Bu regionda Şimal yarımkürrəsinin ən böyük quş bazarları və iri dəniz məməlilərinin (Morj, Ağ ayı, Qrenlandiya balinası, Tülkü, Qrenlandiya suitisi və Halqaşəkilli suiti) yerləşim yerləri vardır. Bitkilərdən mamır, şibyə və çiçəkləyən bitkilərə rast gəlinir. Parkın yaradılmasında hədəf əsrarəngiz Arktika təbiətinin qorunmasıdır. Milli parkın ərazisi təkcə təbiəti ilə deyil həm də əraznin kəşfi ilə əlaqədar mövcud olan tarixi yerlərdə qorunur. Xüsusi ilə rus artika araşdırmaçıları Qeorqiy Yakovleviç Sedov və Vladimir Aleksandroviç Rusanov, üstəlik Villem Barensin düşərgələrini bü gündə müşahidə etmək olur. Parın ərazisi tarixən rus Pomorlarının yaşadığı ərazi olmuşdur.
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə ("Alyoşa") — Murmansk şəhərinin Leninski rayonundakı xatirə kompleksi. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs obyektidir. == Tarixi == 1966-cı ildə RSFSR Nazirləri abidənin hazırlanması haqqında sərəncamı qəbul etdi. Abidənin quraşdırılması üçün əvvəlcə Beş Künc Meydanı və ya Lenin prospektinin sonundakı təpə nəzərdə tutulurdu, lakin sonda Zeleni Mısın üzərindəki təpə seçildi, şəhər və Kola körfəzindən 173 metr hündürlükdə ucaldıldı. Abidənin əsası 1969-cu il oktyabrın 10-da qoyulmuş, tikintisinə 1974-cü ilin mayında başlanılmışdır. Kompleksin layihəsi memar İ. A. Pokrovski və heykəltaraş İ. D. Brodski tərəfindən hazırlanmışdır. SSRİ Bədii Fondunun Moskva Heykəltəraşlıq və İstehsalat Zavodu (hazırlıq işi), Soyuzvzryvprom idarəsi (təməl çuxurunun yaradılması) və Murmanskmorstroy tresti tərəfindən ucaldılmışdır. == Abidənin tərkibi == Çiynində avtomat olan bir əsgərin monolit fiqurudur. Abidənin postamentinin hündürlüyü 7 metr, heykəlin hündürlüyü 35,5 metrdir. Bütün abidənin hündürlüyü 42 metr, içi boş heykəlin çəkisi 5376 tondur.

Значение слова в других словарях