Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batolit
Batolit — sahəsi 200 m2-dən çox və bəzən 2000 m2-ə çatan, əsasən, qranitoidlərdən ibarət olan iri intruziv. Adətən qırışıq zonalarda iri qalxıntıların mərkəz hissələrində çökmə süxurlar arasında yerləşir. Bəzi tədqiqatçılar ultrametamorfizmin inkişaf etdiyi kembriyə qədər qalxanlarda yayılmış iri plutonları batolit aid edir. Mənşəyi mübahisəlidir. Tədqiqatçıların çoxu hesab edirlər ki, batolit formalaşmasında blokların şaquli yerdəyişməsi əsas rol oynayır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Datolit
Datolit – CaB [SiO4] (OH) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, çox vaxt yaşılımtıl çalarlı ağ, zeytunu - yaşıl, açıq- və bal kimi -sarı, bəzən qırmızımtıl, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ, açıq-boz; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: üzlərlə zəngin qısaprizmatik, lövhə- və pazvari, izometrik; Mineral aqreqatları: aydındənəvər və gizlikristallik bütöv kütlələr, salxım şəkilli radial-şüalı əmələgəlmələr–botriolitlər, kiçik kristal druzaları, fırçalar, qaysaqlar. == Mənşəyi və yayılması == Mineralın ən böyük yığınları skarn və skarnoidlərlə əlaqədar olub, vollastonitin hidrotermal əvəzlənməsi nəticəsində yaranan gec əmələgəlmələrdir. Çox vaxt badamdaş effuziv süxurların boşluqlarında müşahidə edilir. Bəzi intruziv süxurlarda (qabbro, diorit və b.), hidrotermal filiz yataqlarında, duz yataqlarının gips papaqlarında, çökmə və metamorfik (kalsifirlər, şistlər və s.) əmələgəlmələrdə damarcıq və püruzlar şəklində iştirak edir. Birlikdə rast gəldiyi minerallar: prenit, seolitlər, kalsit, danburit, vezuvian, aksinit, vollastonit, hedenbergit, anhidrit, xalsedon və b. Mineralın tapıldığı yerlər: Arendal (Norveç); Sankt-Andreasberq (Almaniya); Trentino vilayəti (İtaliya); Bağçasaray rayonu və Qaradağ dağı (Krım); Turyin mədənləri, Tetyuxe, Aldan rayonu (Rusiya); Orta Asiya; Akatame, Şişibu (Yaponiya); Kivenaç, Meriden, Xourvel (ABŞ) və b. Azərbaycanda Naxçıvan MR-nın Culfa rayonunda yerləşən bir sıra bor təzahürlərində (Berdıq-Qazançı, Əlincəçay və b.), həmçinin Tutqunçay hövzəsində və s. qeyd edilmişdir.
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Manqanlı natrolit, litiumlu natrolit. Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar. Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.
Samolit
Böyük Samolit dağı
Napoli
Neapol (qəd.yun. Νέα Πόλις — "yeni şəhər"; ital. Napoli) — böyüklüyünə görə Roma və Milandan sonra İtaliyanın 3-cü, cənubi İtaliyanın isə ən böyük şəhəri. Kampaniya (İtaliya) əyalətinin paytaxtı. Şəhərin əhalisi 1 milyon nəfər, şəhərətrafı bölgələrlə birlikdə 3 milyon nəfərdir. Neapol məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. Şəhərin beynəlxalq aeroportu və böyük dəniz limanı vardır. Neapol öz zəngin tarixi, mədəniyyəti və mətbəxi ilə məşhurdur. Əsası e.ə. VIII əsrdə yunanlar tərəfindən qoyulmuşdur.
Neolit
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Proterorhinus nasalis
Proterorhinus nasalis — Proterorhinus cinsinə daxil olan balıq növü. Azov və Xəzər dənizinin hövzələrinin qaranlıq sularında yaşayan balıq növüdür. Volqa çayının yuxarı hissəsinin delta içərisindəki kürüləyir. Bu növ sürətlə çökən çaylar və bitki örtüyünə malik suları üstün tutur. 9 sm uzunluğuna çata bilirlər. Proterorhinus semipellucidus növü ilə eyni növ olması ehtimal edilir.
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Amedeo Natoli
Amedeo Natoli (23 sentyabr 1888, Palermo – 25 iyun 1953, Paris) — ərəb əsilli Fransa bankiri, olduğu Natoli ailəsinin sərvətini idarə edir. Fransa Kralı VIII Lüdovik Aslanının nəslindən olan Natolilər, Fransa Krallığının qurulmasından bəri Avropa tarixində ən güclü sülalələrdən biri olublar. Fransa Krallığının nəslindən olan, ona dövründən biri ən nüfuzlu məcənnətlərdən biri hesab edilirdi. == Həyatı == Amedeo Natoli bir Bank sığorta banisi Alleanza Securitas Esperia, müasir maliyyə sığorta sənayesinin atası hesab olunur.
Antonino Natoli
Antonino Natoli (d. 26 iyun 1857, Palermo — 20 iyul 1919) — ərəb əsilli Fransa bankiri, olduğu Natoli ailəsinin sərvətini idarə edir. == Həyatı == Antonino Natoli bir iş adamları investorlar, xeyriyyəçi, brauzer um banqueiro Frances, aşağı de familias Reais de Fransa. Təsisçi təhlükəsiz bank From Imperio etmək Family Natoli ən uğurlu sülaləsi biri kimi tanınır, | tarix Orta əsr Avropa kapitalist. Natoli 14 oktyabr, 1917-ci Roma İtaliya Crown Sərəncamı cavalier etdi.
Blerta Başoli
Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur. == Şəxsi həyat == Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var. == Karyera == 2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları.
Napoli FK
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
Napoli Krallığı
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir. "Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı. Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı. Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu.
Neolit dövrü
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Neolit inqilabı
Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi. Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir. "Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi. Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir.
Zaza Napoli
Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973 Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır. Vladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu. Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir . 2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb . 1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb. Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib.
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Naşit

Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Kazalnuovo di Napoli
Kazalnuovo di Napoli (it. Casalnuovo di Napoli) — İtaliyanın Kampaniya regionunda şəhər.
Marano di Napoli
Marano di Napoli — İtaliyanın Kampaniya regionunda şəhər.
Societa Sportivo Calcio Napoli