Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Kaşrut
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Nasist
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nassau
Nassau - Baham adalarının paytaxtı. Əhalisi 2000-ci il siyahıya alınmasına görə 210.832 nəfərdir. Adını Nassaulu Willemdən alır.
Nazran
Nazran — (Rusça: Назра́нь; İnguşça: Наьсара, Nesara), Rusiya Federasyasının İnquşetiya Respublikasında şəhər. I. Dünya Müharibəsindən sonra qurulan Dağlılar Respublikasının bir müttəd paytaxtı olmuşdur.1991–2002 arasında İnquşetiya Respublikasının paytaxtıydı. Sonra Maqas şəhəri paytaxtı oldu və Nazran ölkənin ən böyük şəhəri olaraq qaldı.
Nuxrat
Nuxrat və ya Vyatka (tatar. Нократ, Noqrat, çuvaş Нухрат, Nuxrat, mar. Виче, Viçe, d.mari Вичӹ, Viçı, udm. Ватка́, Vatka, rus. Вятка, Vyatka) — Rusiyanın Avropa hissəsində bir çay, Çolman çayının (İdil basseyni) ən böyük sağ qolu və ölçüdə Belayadan sonra ikinci. Çayın uzunluğu 1314 kilometrdir, ümumi sahəsi isə 129 000 km².
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Aşram
Aşrama (sanskr. आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq, yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir: Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi. Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Baqrat Baqrationi
Baqrat Georgiyeviç Baqrationi (8 may 1776, Tiflis – 8 may 1841, Sankt-Peterburq) — Baqrationilər çar sülaləsindən olan gürcü knyazı; Gürcüstan tarixi, veterinar tibb və iqtisadiyyat üzrə əsərlərin müəllifi. 8 (19) may 1776-cı ildə Tbilisidə şahzadə Georginin (1746—1800), gələcək Gürcü çarı XII Georginin (1798—1800) ailəsində anadan olub və ilk həyat yoldaşı Ketevan Andronikaşvili (1754—1782) olub. Kartli və Kaxeti çarı II İraklinin nəvəsidir. Knyaz Durmişxan Çolakaşvili qızı Yekaterina Çolakaşvili ilə ailə qurub (1781—1831). 30 avqust 1805-ci ildə 2-ci dərəcəli Müqəddəs Yekaterina ordeni ilə təltif edilib. Sankt-Peterburqda vəbadan dünyasını dəyişib və Smolensk qəbristanlığında dəfn olunub. Baqrat və Yekaterinanın çoxlu övladları var idi.
Baqrat Ulubabyan
Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925, Müşkapat – 19 noyabr 2001, Yeğvard, Kotayk mərzi) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980-ci illərin sonunda Ermənistanda "Qarabağ hərəkatı" baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi. Baqrat Ulubabyan 9 dekabr 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944-cü ildə Şuşa Pedaqoji İnstitutunu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949–1967-ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub, həmçinin erməni dilində nəşr olunan "Sovetakan Qarabağ" (Sovet Qarabağı) qəzetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968-ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır. 1965-ci ildə o, 30 nəfər erməni elm xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır.
Berilium nitrat
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur. Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur. Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar: B e O + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + H 2 O {\displaystyle {\mathsf {BeO+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+H_{2}O}}} B e ( O H ) 2 + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Be(OH)_{2}+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+2H_{2}O}}} B e S O 4 + B a ( N O 3 ) 2 ⟶ B e ( N O 3 ) 2 + B a S O 4 {\displaystyle {\mathsf {BeSO_{4}+Ba(NO_{3})_{2}\longrightarrow \ Be(NO_{3})_{2}+BaSO_{4}}}} Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır: B e ( N O 3 ) 2 + N a 2 S + 2 H 2 O ⟶ B e ( O H ) 2 + H 2 S + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}S+2H_{2}O\longrightarrow Be(OH)_{2}+H_{2}S+2NaNO_{3}}}} B e ( N O 3 ) 2 + N a 2 C O 3 + H 2 O ⟶ B e ( O H ) 2 + C O 2 + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}CO_{3}+H_{2}O\longrightarrow \ Be(OH)_{2}+CO_{2}+2NaNO_{3}}}} Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır: B e ( N O 3 ) 2 + H 2 O ⟷ B e ( O H ) N O 3 + H N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+H_{2}O\longleftrightarrow Be(OH)NO_{3}+HNO_{3}}}} 1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır: 2 B e ( N O 3 ) 2 ⟶ 2 B e O + 4 N O 2 + O 2 {\displaystyle {\mathsf {2Be(NO_{3})_{2}\longrightarrow \ 2BeO+4NO_{2}+O_{2}}}} Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər. Неорганическая химия.
III Baqrat
III Baqrat (960 — 7 may 1014, yaxud 1015) — birləşmiş Gürcüstanın çarı (978 — 7 may 1014, yaxud 1015). Baqrationilər nəslinin nümayəndəsi olmaqla, ana tərəfdən anasodilərdən – abxaz knyaz və çarlarının nəslindən idi. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
I Baqrat
I Baqrat (İmereti çarı) — İmereti çarı. I Baqrat — Abxaziya çarı. I Baqrat — Tao çarı.