Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batisit
Batisit — mineral, Na2BaTi2[Si2O7]2 == Haqqında == Batisit - rombik. Kristalları lövhəvari. Ayrılma{100} üzrə. Rəngi tünd qəhvəyi. Sərtliyi 8. Xüsusi çəkisi 3,4. Qələvi peqmatitlərdə ramzait, evdialit, torit və b. ilə birlikdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Datsit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
Tatuidris tatusia
Tatuidris tatusia — Agroecomyrmecinae yarımfəsiləsinin yeganə müasir təmsilçisi, relikt növ. Cənubi və Mərkəzi Amerikada yayılmışdır. Uzunluq təxminən 3 mm-dir. Torpaq qarışqaları sarımtıl-qəhvəyi rəngdə olur. İşçi və dişilərin bığcıqları 7 buğumludur (erkəklərdə bu rəqəm 12-dir. İynələri inkişaf etmişdir. Tropik meşələrin torpaqlarında və çırpılıqlarda yaşayırlar. Az görülən qarışqalardır. Tatuidris cinsi eosenin fosil Agroecomyrmex və Eulithomyrmex ilə birlikdə Agroecomyrmecinae yarımfəsiləsini təşkil edir. Bolton B. (1992).
Pipistrellus nathusii
Pipistrellus nathusii (lat. Pipistrellus nathusii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin pipistrellus cinsinə aid heyvan növü. Bu növ cırtdan şəbpərəyə çox bənzəyir, ancaq ölçülərinə görə ondan böyükdür (kütləsi 5,1–9,5 q, bədəninin uzunluğu 41,5–52-0 mm, bazusu 31,0–35,5 mm). Qulağı nisbətən iri və itiucludur. Arealı Avropa və Qafqazı əhatə edir. Azərbaycanda Kiçik Qafqazdan başqa bütün təbii vilayətlərdə aşkar edilmişdir. Düzənliklərdə, xüsusən bütün Xəzəryanı ovalıqda üstünlük təşkil edir. 1000 m-ə qədər dağlarda qeydə alınmışdır. Tapıntıların əksəriyyəti meşə və antropogen landşaftlara uyğunlaşmışdır. Aşkar edilmiş yığınların sayı istər meşələrdə, istərsə də yarımsəhralarda eynidir (1–48 heyvan). Çox vaxt tək fərdlərə də rast gəlinir.
Natufi mədəniyyəti
Natufi mədəniyyəti — əsasən, qədim Fələstində, qismən də indiki Suriya və Türkiyə ərazisində Mezolit dövrünə (e.ə. XX–VII minilliklər) aid arxeoloji mədəniyyət. İsrailin Yerusəlim şəhərindən 27 kilometr (17 mil) şimal-şərqdə, 1928–1932-ci illərdə Natufi vadisində Şüqba mağarası tapıntılarına əsasən müəyyən edilmişdir. Əhalisi mağaralarda, yarımqazmalarda yaşamış, ovçuluq, balıqçılıq və yığıcılıqla (yabanı taxıl da) məşğul olmuşdur. Qəbirlərdə 3–5 skeletə təsadüf olunur. Bəzi tədqiqatçılar ibtidai əkinçiliyin bu dövrdən yarandığını ehtimal edirlər. Natufi mədəniyyəti üçün çaxmaqdaşıdan həndəsi formalı mikrolitlər, yığma-oraq dişləri iri qaşov və kərkivarı alətlər, sürtgəclər səviyyəvidir. Azərbaycanda Qobustanın "Firuz-1" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində ibtidai divar qalıqları, mikrolitlər və s. Natufi mədəniyyəti tapıntıları ilə oxşardır. Balter, Michael, The Goddess and the Bull, New York: Free Press, 2005, ISBN 978-0-7432-4360-5 Bar-Yosef, Ofer, "The Natufian Culture in the Levant, Threshold to the Origins of Agriculture" (PDF), Evolutionary Anthropology, 6 (5), 1998: 159–177, doi:10.1002/(SICI)1520-6505(1998)6:5<159::AID-EVAN4>3.0.CO;2-7 Bar-Yosef, Ofer; Belfer-Cohen, Anna.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.