Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
.na
.na — Namibiyanın internet kodu.
Say Na Na Na (mahnı)
Say Na Na Na (azərb. Na na na de‎) — San-Marinonun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Serhat "Say Na Na Na" mahnısı ilə San-Marinonu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Serhat və Meri Syuzan Applqeyt tərəfindən bəstələnmişdir.
POP3
POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3-cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur. Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir. POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür. Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər. POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub: Avtorizasiya Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir. Tranzaksiya Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur. Yenilənmə Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Li Na
Li Na (26 fevral 1982, Uhan) — tenisçi. == Həyatı == Li Na eyni ad və soyadı daşıyan qılıncoynadan, suya tullanan və yüngül atlet həmvətənləri ilə müqayisədə tennisçi xanım 2012-ci il mövsümün yekunlarından razı qalmalıdır. O, Çinin idman tarixində dünyanın ən güclü onluğuna daxil olan ilk tennisçidir. 2011-ci ilin iyununda reytinqdə 4-cü sıraya yüksələn idmançı 2012-ci ildə 7-dir. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Poa
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Frankfurt-na-Oder
Frankfurt-na-Oder (alm. Frankfurt (Oder)‎, tam adı: alm. Frankfurt an der Oder‎, tarixi adı: pol. Słubice) — Almaniyanın şərqində şəhər, Brandenburq federal əyalətindəki şəhər dairəsində qeyri-rayon şəhəri statusuna malik olub, Odra çayı üzərində limandır. Əhalisi - 57 min nəfərdir (2020-ci ilin siyahıyaalınması). == Coğrafiyası == Frankfurt-na-Oder şəhəri Polşanın Slubice şəhərindən ayıran Oder çayının qərb (sol) sahilində yerləşir. == Tarixi == Şəhərin əsası XIII əsrdə polyak hakimiyyəti dövründə qoyulmuşdur. İdarəetmə hüququ şəhərə 1225-ci ildə Sileziya şahzadəsi I Henrix tərəfindən verilmişdir. 1430-cu ildə Hanza İttifaqına qoşulmuşdu. 1759-cu il avqustun 3-də Yeddiillik Müharibənin müttəfiqləri burada görüşüblər - ruslar və avstriyalılar; bundan üç gün əvvəl şəhər rus qoşunları tərəfindən işğal edilib.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Na Valex bağı
Na Valex bağı (çex. Zahrada Na Valech), Valex tərcümədə təpə deməkdir)— Praqa qəsrinin cənub bağ kompleksinə məxsusdur və Na Opişi bağına kimi uzanır. Qərb tərəfdən onu Cənnət bağı izləyir, şərqdən isə bağı Qara qüllə və artilleriya bürcləri tamamlayır. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Na Valex Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur. XVI əsrin sonunda Praqa qəsri getdikcə daha da Orta əsr qalaları üçün səciyyəvi olan xüsusiyyətlərini itirməyə başlayır. Müdafiə divarları sökülməyə başlanılır, xəndəklər torpaqlanır və onların yerində yeni bina və sarayların əsası qoyulur, eləcə də yeni bağlar salınır. Getdikcə daha çox diqqəti inşaatçılar qəsrin estetik görkəminə ayırırlar. Na Valex bu gün Praqa qəsrini əhatə edən altı bağdan biridir. Adından da aydın olduğu kimi, onun yerləşdiyi ərazi Orta əsrlərdə şəhər müdafiəsinin tərkib hissəsi kimi xidmət göstərmiş və daha sonralar torpaqla örtülmüş xəndək və vallar olmuşdur. Hal-hazırda bu ərazi Hradçanı təpəsinin yamaclarında yerləşən cənubi bağların tərkib hissəsidir.
Naxçıvan-na-Donu
Naxçıvan-na-Donú (rus. Нахичевань-на-Дону, erm. Նոր Նախիջևան) — keçmişdə Don çayının sağ sahilində yerləşən, hazırda isə Proletarski rayonu adlanan keçmiş şəhər. Şəhər II Yekaterinanın əmri ilə Krımdan köçürülmüş ermənilər tərəfindən salınmışdır (14 noyabr, 1779). Şəhəri salan əsas şəxslərdən biri kimi knyaz İosif Aqrutinski idi. Onun şərəfinə hətta 1999-cu ildə Svoboda meydanında abidə ucaldılmışdır. 1928-ci ildə Naxçıvan-na-Donu şəhəri Rostov-na-Donu şəhərinə birləşdirilmiş və Proletarnı rayonu adlandırılmışdır. Krımdan gəlmiş ermənilər 1779-cu ildə qaladan şərqdə Nor-Naxçıvan şəhərini salırlar. Şəhərin plan layihəsinin hazırlanmasında məşhur rus arxitektoru İvan Yeqoroviç Starov fəal iştirak etmişdir. 9 avqust 1797-ci ildə qala və Nor-Naxçıvan Novorossiysk quberniyası Rostov qəzasına daxil edilmişdir.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.
Rostov-na-Donu
Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008). 15 dekabr 1749-cu ildə imperatriça Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir. Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır. Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı" və "Rusiyanın cənub paytaxtı", həmçinin Donun paytaxtı adlanır.
Slavyansk-na-Kubani
Slavyansk-na-Kubani — Rusiya Federasiyasında yerləşən şəhər, Krasnodar diyarına daxildir.
Son Mi-Na
Son Mi-Na (d. 8 sentyabr 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Son Mi-Na Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Von Han-Na
Von Han-Na (d. 22 noyabr 1989) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ba-nam-Filenn
Ba-nam-Filenn boğazı (ing. Bagh nam Faoileann, şot.kelt Bàgh Nam FaoileannYell Sound) - Şotlandiyanın (Böyük Britaniya) şimal-qərbində Xarici Hebrid adalarının bir hissəsi olan Saut Uist və Benbekula adaları arasındakı yerləşən boğaz. Hebrid dənizini Atlantik okeanı ilə birləşdirir. Boğazın mərkəzi hissəsindən A 865 avtomobil yolu (Nort Uist - Loxboysdeyl) keçir.
Na-Dene dilləri
Na-Dene (/ˌnɑːdɪˈneɪ/ həmçinin Nadene, Na-Dené, Athabaskan–Eyak–Tlingit, Tlina–Dene)Atabaskan, Eyak və Tlinqit dillərini özündə birləşdirən yerli Amerika dilləri ailəsidir. Haida dili də əvvəllər bu qrupa daxil edilmişdi, lakin indi onun bu qrupa daxil olub olmaması dilçilər tərəfindən mübahisəlidir mövzu sayılır. Hal-hazırda ən çox danışan sayına malik olan Na-Dene dili navaxo dilidir. 2008-ci ilin fevralında Na-Dene dillərini (Haida istisna olmaqla) Mərkəzi Sibirin Yenisey dilləri ilə birləşdirən Dene-Yenisey ailəsinin varlığı təklif olunan elmi məqalə dərc olundu və bu bir çox dilçilər tərəfindən rəğbətlə qarşılandı. 2014-cü ilə aid bir məqalədə Şimali Amerikanın Na-Dene dilləri ilə Sibirin Yenisey dillərinin iki qitə arasında tarixi Berinqiya bərzəxində danışılmış ortaq mənşəli dillər olduğu təklif edildi.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Ça Ja-Kyung
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
La Coka Nostra
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu. == Haqqında == La Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi. 2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu.
E.ə. 10
== Hadisələr == Akvink salınıb.
E.ə. 12
== Hadisələr ==
E.ə. 13
== Hadisələr ==
E.ə. 14
== Hadisələr == Tiberi ( e. ə.
E.ə. 15
== Hadisələr ==
E.ə. 16
== Hadisələr == Tririn əsası qoyulub.
E.ə. 17
== Hadisələr ==
E.ə. 18
== Hadisələr == Bekçe krallığının yaranması.
E.ə. 19
== Hadisələr == Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
== Hadisələr == Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 21
== Hadisələr ==
E.ə. 22
== Hadisələr ==
E.ə. 23
== Hadisələr ==
E.ə. 24
== Hadisələr ==
E.ə. 25
== Hadisələr == == Doğumlar == Filon İsgəndəıriyyəli Filon (lat. Philos Alexandros) ya Yəhudi Filon e.ə. 25-e.50 ci illərində İsgəndəriyyə şəhərində doğulub yaşamış "ellinizmin" görkəmli nümayəndəsi, dini mütəfəkkir, ilahiyyatçi.
E.ə. 26
== Hadisələr ==
E.ə. 27
== Hadisələr == 13 yanvar — Oktavian senatda özünə fövqal səlahiyyətlər verir. 16 yanvar — Oktaviana Avqust titulunun verilməsi. Oktavianın və Aqrippanın konsulluğu. Peritorian qvardiyasının (500 nəfərlik 9 koqort) yaranması. Şimal-qərbi İspaniya tayfalarının, Asturiya və Kantrabrinin Avqustun tabeçiliyinə keçməsi.
E.ə. 30
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Siciliyalı Diodor 30 noyabr — Kleopatra – Misir şahzadəsi.
E.ə. 31
== Hadisələr ==
E.ə. 32
== Hadisələr ==
E.ə. 36
== Hadisələr == Roma sərkərdəsi Antoninin Şərqə yürüşü. O, Parfiyanın təzyiqi ilə geri çəkildi və Misirə getdi. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. Fraaspa döyüşü (Roma - Atropatena) Atropatena qələbəsi ilə başa çatdı.
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. == Texniki xüsusiyyətləri == NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. == İstehsalı == Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.