Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nekropol
Nekropol (Nekropolis), arxeoloji şəhərlərdə qəbirlərin və kütləvi qəbir yerlərinin yerləşdiyi əraziyə verilən addır. Yunanca nekros-polis "ölü(lər) şəhəri" deməkdir. Antik dövrdəki şəhərlərdə qəbir yerlərinin günümüz şəhərlərindən fərqi, günümüzdə daha çox yaşayış yerlərindən uzaqda və şəhərin xaricindakı qəbir yerlərinin, o dövrlərdə şəhərlə iç içə olmasıdır. Bu termin, tarixin müxtəlif yerlərində və dövrlərində yayılan şəhərlərdəki qəbir yerlərinin əksinə, ümumilikdə bir şəhərdən uzaqda ayrı bir qəbir ərazisini ifadə edir. Yer üstündə binaları və ya işarələri olmayan qəbir yerlərindən fərqli olurlar. Bu termin əsasən antik məkanlar üçün istifadə olunsa da, XIX əsrin əvvəllərində canlanmış və planlaşdırılmış şəhər qəbir yerlərinə (məsələn, Qlazqo Nekropolu kimi) tətbiq edilmişdir. == Antik Nekropollar == === Misir === Qədim Misirdəki Giza Nekropolu dünyanın ən qədim və yəqin ki, ən məşhur nekropollarından biridir, çünki Böyük Giza Piramidası Qədim Dünyanın Yeddi Möcüzəsi siyahısına daxil edilmişdir. Fironların dəfni üçün ayrılmış piramidalarla yanaşı, Misir nekropollarında erkən sülalə dövrünə aid tipik kral məzarı olan mastabalar da var idi. === Etrusk === Etrusklər "ölülər şəhəri" anlayışını hərfi mənada qəbul edirlər. Cerveteridəki Banditaccia nekropolunda tipik məzar bir və ya bir neçə qayadan oyulmuş katakombaları əhatə edən kurqandan ibarətdir.
Albantəpə nekropolu
I Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şimal-qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan nekropol. II Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şərqində, Axurçayın sol sahilində yerləşən nekropol.
Astabad nekropolu
Astabad nekropolu — Naxçıvanda, Astabad yaxınlığında orta əsrlərə aid qəbiristanlıq. == Haqqında == Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidələr olmuşdur. Baş daşlarının əksəriyyəti düşmüş və dağılmışdır; bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə saxlanmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi ilə əlaqədar nekropol su altında qalmışdır.
Ataçay nekropolu
Ataçay nekropolu — Xızı rayonu, Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol. Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır. 2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır.
Azad nekropolu
Azad nekropolu — Ordubad rayonundakı Azadkəndin şərqində, yüksək təpənin ətəyində arxeoloji abidə. == Haqqında == Qəbiristanlıqda orta əsrlərə aid bir neçə sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Burada vaxtilə qırmızımtıl rəngli Darıdağ daşından hazırlanmış 3 ədəd daş qoç fiquru da olmuşdur. Sənduqələr düzbucaqlı prizma formasında boz və çəhrayı rəngli daşdan hazırlanmışdır. Bəzi sənduqələrin üzərində müxtəlif təsvirlər həkk edilmişdir. Sənduqələrin üzərindəki kitabələr ərəb dilində, abidənin səthində və yan tərəfində yazılmışdır. Kitabələrin çoxu aşınmaya məruz qalmışdır. Qəbiristanlıqda Dərviş bəy əl- Azadinin 1584-cü ildə vəfat etmiş qızı Zərifənin, yenə onun 1588-89-cu illərdə vəfat etmiş oğlu Əli Sultanın, Xacə bəy əl Azadinin 1588-89-cu ildə vəfat etmiş oğlu Dərviş bəyin xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü abidələr üzərindəki məzar kitabələri, kitabələrdə qeyd olunan əl-Azadi nisbəsi (Azadlı, mərhumun əslən Azad şəhərindən olmasını göstərən kəlmə) sübut edir ki, adı orta əsr qaynaqlarında xatırlanan Azad şəhəri bu ərazidə yerləşmişdir. Nekropolda ən geci 14-cü əsrdən dəfn mərasimləri keçirilməyə başlanmışdır.
Ağbucaq nekropolu
Ağbucaq nekropolu — Şərur rayonunun Axura kəndində konusvari təpənin üzərində arxeoloji abidə. Qəbirlər daş qutu tiplidir. Onlar müxtəlif istiqamətə yönəlmişdir. Qəbirlər yanlarda yastı sal daşlarla qurulmuşdur. Onların üzəri eyni tipli daşlarla qapadılmışdır. Nekropol kənd təsərrüfatı işləri görülərkən tamamilə dağıdılmışdır. Qəbir avadanlığından yalnız bir neçə çəhrayı rəngli keramika parçası qalmışdır. Onlar son antik dövr üçün xarakterikdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqat zamanı nekropolun şərq tərəfində buradakı iri küplərdən birinin ağzının parçası tapılmışdır.
Ağbulaq nekropolu
== Coğrafi mövqeyi == Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir. == Tapıntılar == Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.
Ağsal nekropolu
Ağsal nekropolu — Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə. Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.
Badamlı nekropolu
Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə. == Ümumi məlumat == Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == Novruzlu Ə.İ, Baxışəliyev V.B., Şahbuz bölgəsinin arxeoloji abidələri. Bakı, 1992.
Billava nekropolu
Billаvа nеkrоpоlu — Billаvа kəndinin хаrаbаlıqlаrındаn şərqdə, hündür təpənin üzərində yеrləşir. == Haqqında == Nekropolda qəbirlərin hаmısı qiblə istiqаmətindədir. Bаşdаşılаrı yоnulmаmış, yаstı dаşlаrdаn qоyulmuşdur. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtə еdilmiş, bəzilərinin isə üzəri tаmаmilə dаşlа qаpаdılmışdır. Nеkrоpоlun ərаzisindən Orta əsrlərin inkişаf еtmiş dövrünə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Billаvа nеkrоpоlu yаşаyış yеri ilə həmdövr оlub IX-XX əsrlərə аiddir. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar IX-XX ərslərdə Azərbaycanda nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. == Tariхi == Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.
Buzqov nekropolu
Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə. == Haqqında == Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Böyükdüz nekropolu
I Böyükdüz nekropolu —
Culfa nekropolu
Culfa nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə. Culfa nekropolu dəmir yolu çəkilərkən, 1939–1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Muzeyində saxlanılır. V. H. Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII–IX əsrlərə aid edilir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Cuğa nekropolu
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cərəcur nekropolu
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Daşarx nekropolu
Daşarx nekropolu — Şərur rayonunun Yuxarı Daşarx kəndi yaxınlığında qədim arxeoloji abidə. Arxeoloji qazıntı işləri aparılmamışdır. Yerüstü tədqiqatlar nəticəsində ərazidən e. ə. II–I əsrlər üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri aşkar edilmişdir. == Mənbə == Seyidov A. Q. Naxçıvan Tunc dövründə. Bakı: 2000. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 75.
Daşkəsən nekropolu
Daşkəsən nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Didivar nekropolu
Didivar nekropolu — Babək rayonunda eyniadlı kəndin şərqində Tunc dövrünə aid arxeoloji abidə. Geniş tədqiqat işləri aparılmamışdır. Buradan qırmızı rəng üzərindən qara rənglə naxışlanmış boyalı gil qab nümunələri aşkar olunmuşdur. Abidənin yaxınlığında II Kültəpə yaşayış yerinin olması onu təqribən e. ə. III-II minilliklərə aid etməyə imkan verir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 83.
Dirəkdaş nekropolu
== Coğrafi mövqeyi == Dirəkdаş nеkrоpоlu, Хоrnu çаyınа dоğru ахаn dаğ çаylаrındаn birinin sаhilində, hündür təpənin üzərindədir. == Haqqında == Nеkrоpоldаkı qəbirlər dаş qutu tiplidir. Оnlаr bir sırа iri sаl dаşlаrlа qurulmuşdur. Qəbirlər tоrpаğın аşınmаsı nəticəsində üzə çıхdığındаn tаmаmilə dаğıdılmışdır. Qəbirlər müхtəlif istiqаmətlərə yönəldilmişdir. Qəbirlərdən çəhrаyı və bоz rəngli gil qаblаrın pаrçаlаrı аşkаr оlunmuşdur. Аşkаr оlunmuş аrхеоlоji mаtеriаllаrа əsаsən, nеkrоpоlu 1-2 əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar Naxçıvan ərazisində 1-2 əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımında əhəmiyyətlidir.
Dizə nekropolu
Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır. Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Nekroloq
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. == Həmçinin bax == Epitafiya == İstinadlar == == Ədəbiyyat == Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Akropol
Akropol (qədim yunancadan aκρόπολις - yuxarı şəhər) — Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir. Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir. Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər.