Ağbulaq nekropolu

Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir.

Ağbulaq nekropolu
Ölkə  Azərbaycan
Şəhər Şahbuz
Yerləşir Şahbuz rayonu
Üslubu arxeoloji abidə
İstinad nöm.2060
KateqoriyaNekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Ağbulaq nekropolu (Azərbaycan)
Ağbulaq nekropolu

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.

  • Novruzlu Ə.İ. Baxşəliyev V.B. Şahbuz bölgəsininn arxeoloji abidələri. 1992.