Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə.[1]
Badamlı nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şahbuz |
Yerləşir | Badamlı, Şahbuz rayonu, Naxçıvan MR, Azərbaycan |
Tikilmə tarixi | XV və ya XVI əsr |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol?! müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir.[1]