Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
NEC
NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur. NEC "Sumitomo Group"un üzvüdür. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur, lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır. Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir.
Neue Zeit
Neue Zeit Mənasi: Die Neue Zeit — marksizm nəzərli jurnal. Neue Zeit (Almaniya) — HDS-nin çap birliyi. Neue Zeit (SSRİ) — Kalininqrad qəzeti.
Die Neue Zeit
«Die Neue Zeit» (Yeni vaxt) — Almanyanin sosial-demokrat tərəfinin marksist nəzərli jurnal. Buraxılış tarixi 1883-1923-cü illər. Redaktorlar Karl Kautski və Emanuil Vurm, 1917-ci ildən sonra — Genrix Kunov.
Neue Rheinische Zeitung
"Yeni Reyn Qəzeti" (alm. Neue Rheinische Zeitung‎) — Kölndə çıxan gündəlik qəzet. 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək Karl Marksın redaktorluğu ilə Kölndə çıxan gündəlik qəzetdir. Redaksiyanın tərkibinə F. Engels, V. Volf, G. Veyert, F. Volf, E. Dronke, F. Freyliqrat və H. Bürgers daxil idilər. Demokratiyanın proletar cinahının mübarizə orqanı olan qəzet xalq kütlələrinin tərbiyəçisi rolunu oynayır, onları əksinqilaba qarşı mübarizəyə qaldırırdı. Almaniya və Avropa inqilablarının ən mühüm məsələlərində qəzetin mövqeyini müəyyən edən baş məqalələr bir qayda olaraq Marks və Engels tərəfindən yazılırdı. 1849-cu ilin mayında əks-inqilabıb ümumi hücumu şəraitində Prussiya hökuməti Marksın Prussiya təbəəliyi almamasından istifadə edərək, onu Prussiyadan sürgün etmək haqqında əmr verdi. Marksın sürgün edilməsi və "Yeni Reyn Qəzeti"nin digər redaktorlarına qarşı cəza tədbirləri görülməsi qəzetin nəşrinin dayandırılmasına səbəb oldu. Qəzetin qırmızı rənglə çap edilmiş axırıncı, 301-ci nömrəsi 1849-cu il mayın 19-da çıxdı.
Neue Zeit (dəqiqləşdirmə)
Neue Zeit Mənasi: Die Neue Zeit — marksizm nəzərli jurnal. Neue Zeit (Almaniya) — HDS-nin çap birliyi. Neue Zeit (SSRİ) — Kalininqrad qəzeti.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
Becc.
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. == Bekkarinin şərəfinə adlandırılan taksonlar == Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi == Çap olunmuş əsərləri == Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Fənuc
Fənuc - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Fənuc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,706 nəfər və ya 2,124 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar, hənəfi sünni müsəlmandırlar.
GEFC
Genç
Genç (türk. Genç) — Bingöl ilinin ilçəsi.
Geum
Çınqılotu (lat. Geum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Acomastylis Greene Coluria R.Br. Erythrocoma Greene Neosieversia Bolle Novosieversia F.Bolle Oncostylus (Schltdl.) F.Bolle Oreogeum (Ser.) E.I.Golubk. Orthurus Juz. Parageum Nakai & H.Hara Sieversia Willd. Stylypus Raf. Taihangia T.T.Yu & C.L.Li Waldsteinia Willd. == Növləri == Hələb çınqılotu (Geum aleppicum Jacq.) Bolqar çınqılotu (Geum bulgaricum) Kanada çınqılotu (Geum canadense Jacq.) Yapon çınqılotu (Geum japonicum) Geum laciniatum Murr. Geum macrophyllum Willd.
Hedc
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Kerç
Kerç – Krımın şərq hissəsində qədim şəhər. Yerli tatarlar Keriç adlandırırdılar. == Tarixi == Kerçin bir yaşayış məskəni kimi hələ eradan əvvəl XVII–XV əsrlərdə mövcud olduğu göstərilməkdədir. Skif padşahı Savmakın dövründə isə (eradan 100 il əvvəl) Kerçdə mədəniyyətin çiçəklənmə dövrüdür. Rusların Qara dənizə yiyələnmək arzuları uğrunda nailiyyətləri bu dənizə Kerç boğazı ilə bağlı olan Azaka (Azova) yiyələnməklə əldə oluna bilərdi. Osmanlı dövlətinin imzaladığı ən ağır andlaşmalardan olan, II Yekaterinanın ömrü boyu mənfəəti ilə öyündüyü Küçük Qaynarca sülhü ilə Qara dəniz Osmanlı dənizi olmaqdan çıxır və tarixdə ilk dəfə Qara dəniz sularına girən Rusiya Qara dəniz və boğazlar yolu ilə Osmanlı idarəsində olan ölkələrlə sərbəst hərəkət imkanı və ticarət imtiyazları əldə edir. Andlaşmanın şərtlərinə görə Qara dənizin şimal qərbindəki Buğ və Dnepr arasındakı sahil şəridi; Kırım yarımadasındakı Kerç boğazına hakim Yenikala, Kerç, Azak dənizi üzərindəki Azak qalaları Rusiyaya verildi. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən şəhərin əhalisi 145.845 nəfərdir. == Mədəniyyəti == Kerç nəinki Kırım yarımadasının, habelə dünya mədəniyyətinin ən şanlı nümunələrini sinəsində saxlayan bir sivilizasiya ocağıdır. Kerç yaxınlığında er.
Mənc
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Mənc bəxşində şəhər və bu bəxşin mərkəzi.Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Nees
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. == Əsərləri == De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) == Ədəbiyyat == Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür: sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində sağ və sol mil arteriyaları — bilək nahiyəsində sağ və sol bud arteriyaları — qasıq nahiyəsində sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsində Nəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. == Tarixi == Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nəfi
ENAC
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. == İstinadlar == == Biblioqrafiya == Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Leuce
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Beluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.