1. bax nağıl.
Qəhrəman balaca Sabir üçün müxtəlif nəql danışırdı.
□ Nəql etmək – bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək.
O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz.
2. köhn. Bir yerdən başqa yerə aparma, köçürmə, daşıma.
□ Nəql etmək – bir yerdən başqa yerə aparmaq, köçürmək, daşımaq.
Başlarda bəlanı çox görüb əql; Bir özgə məqamə eylədi nəql.
[Səkinə xanım:] Mən öləndən sonra məni qəbiristana nəql edin.
3. xüs. Cərəyan, səs və s. keçirən; keçirici.
□ Nəql etmək – keçirmək, ötürmək. Mis elektriki yaxşı nəql edir.