Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. == Əhalisi == Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
*nix
Unix bənzəri – Unix əməliyyat sisteminə bənzəyən amma Single UNIX Specification lisenziyasını almamış əməliyyat sistemlərinə deyilir. == Sinifləndirmə == === Genetik UNIX sistemləri === Bu sistemlərin AT&T kod bazası ilə tarixi bir əlaqəsi var. Hamısı olmasa da bir çox kommersial UNIX sistemləri bu kateqoriyaya daxildir. 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəlində Berkli Kaliforniya Universitetində inkişaf etdirilən məhsulların yeni nəsilləri olan BSD, bu qəbildəndir. === Əmtəə nişanı və ya damğalı olan UNIX === Bu qrup Open Group tərəfindən müəyyən edilmiş olan, Single UNIX Specification lisenziyasını qarşılayan və UNIX adını daşımağa icazə verilən əməliyyat sistemlərini əhatə edir. Apple Mac OS X v10.5 və sonrakı versiyalar BSD olaraq sertifikatlandırılmış olsalar da bunların çoxu UNIX System V kod bazalı ticari versiyalardır. Bir qismi isə (məs.: IBM z/OS) bu xüsusiyyəti POSIX uyğunlaşma təbəqəsi sayəsində qazanmışdır və əslində təbii olaraq UNIX əməliyyat sistemi deyildir. === Funksional UNIX === Bu məhsullar UNIX xüsusiyyətlərinə kobud şəkildə tabe olar, daha dəqiq bir şəkildə Linux və Minix kimi sistemlərdir və AT&T-nin kod bazası ilə nə tarixi əlaqələri var, nə də minlərlə dollar tutan ticarət reyestr qeydiyyatına alınmayıblar.
NAZ
Naxçıvan Avtomobil Zavodu və ya qısaca NAZ – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodu. == Tarixi == Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir. == İstehsal == Zavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilir. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.
Niş
Nişlər memarlıq strukturlarının divarlarında qalan oyuqlardır. Söz Fransız dilindən tərcümədə "divar hücrəsi" mənasını verən Niche sözündən gəlir. Binalarda həm funksional, həm də vizual baxımından divar bəzəkləri arasında əhəmiyyətli bir yerə sahib olan nişa, qədim dövrlərdən bəri istifadə olunan bir memarlıq elementidir. Quşların su içməsi üçün saraylarda və fəvvarələrdə oyuunmuş hücrələrə niş də deyilir. Köhnə binalarda xüsusilə işıqlandırma üçün lampalar və bənzər işıq mənbələrinin qoyulması üçün istifadə edildiyi kimi, daha böyük olanları üstünə pərdə örtərək yükləmə məqsədləri üçün istifadə olunurdu.
Şiz
Şiz şəhəri — Sasanilər imperiyası dövrlərində Azərqoşnəsbin (Azərbaycanın) cənubunda yerləşirdi. Sasanilərin baş atəşgahı burada yerləşirdi. Atropatena Məzdəkilər hərəkatının məğlubiyyətə uğramasından sonra Şiz şəhərinin atəşpərəstliyin əsas mərkəzi kimi möhkəmlənməsi Azərbaycanda təhsil və maarifin qüvvətlənməsinə əlverişli şərait yaratdı. Azərqoşnəsb atəşgədəsinin Şiz şəhərində yerləşməsindən bu nəticəyə gəlmək olur ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər Avesta Azərbaycanında böyük elm və maarif mərkəzi olmuşdur. IV əsrin ortalarında ərəb tarixçisi Məsudi belə yazırdı: «Zəmanəmizdə bu şəhərdə (Şiz şəhərində) heyrət doğuran binaların qalıqları, eləcə də səma kürəsini, ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yerlərini, onların bitki və canlılarını və sair qəribə şeyləri özündə əks etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri görünür». Zərdüşt təlim ocaqları bu dövrdə Azərbaycanda, xüsusilə Şiz şəhərində genişlənmişdir. Çünki muğların əsas mərkəzi Azərbaycan idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hələ lap ilk dövrlərdə, o zamankı İranın bütün ərazisindən gələn moğlar məhz Şiz şəhərinin Siroş adlı nahiyəsində toplanır, burada Zərdüştlük dini üzrə təlimat alırdılar. Moğların ilk məktəbi də həmin məhəllədə olmuşdur.
Hacımahmud (Nir)
Hacımahmud (fars. حاجي محمود‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (38 ailə).
Kamalabad (Nir)
Kamalabad (fars. كمال اباد‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 351 nəfər yaşayır (85 ailə).
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Liz Assia
Liz Assia (fr. Lys Assia, əsl adı Roza - Mina Şerer, alm. Rosa Mina Schärer‎; 3 mart 1924 – 24 mart 2018) — İsveçrə müğənnisi, Avroviziya mahnı yarışmasının 1956-cı ildə keçirilmiş ilk yarımasının qalibi. == Həyatı == Liz Assia 3 mart 1926-cı ildə doğulub. Liz Assia "Refrain" mahnısı ilə 1956-cı ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. O, 2012-ci ildə də Avroviziya yarışmasında təmsil olunmaq üçün İsveçrə Milli Seçimlərinə qatılmışdı.
Liz Kouç
Liz Kouç (d. 11 oktyabr 1974) — Yeni Zelandiyanı təmsil edən skeletonçu. Liz Kouç, Yeni Zelandiyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Liz Kouç, 2002-ci ildə Yeni Zelandiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Liz Kouç, 1-ci gedişdə 53.62 saniyə, 2-ci gedişdə isə 54.18 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 11-ci yerdə başa vurdu.
Liz Trass
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Liz Veekes
Liz Veekes (d. 22 sentyabr 1971) — Avstraliyanı təmsil edən su poloçusu. Liz Veekes, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Liz Veekes, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.