NƏYYİREYN
NƏZAFƏT
OBASTAN VİKİ
ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov rəhbərlik edir. Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir. == Adları == Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası; 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası; 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu; 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu; 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci; 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Məktəbəqədər təlim və tərbiyə; İnkluziv təhsil; Ailə və ev təhsili; Fiziki tərbiyə müəllimliyi; Sosial iş. == Kontingent == Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. 1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir. == Tarixi == Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır. SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib. 2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb.
Abbasəli Nəzərəliyev
Abbasəli QaraGöz oğlu Nəzərəliyev - 20 yanvar şəhidi. 1962-cu ildə 25 noyabrda Babək rayonunun Əliabad kəndində anadan olub.Tikintidə dülgər işləyib. Şövkət adında bir qızı qaldı. Yanvarın 18—19-da kəndin müdafiəsində iştirak edib. 19-u gecə Qaraburun postunda İdris Məmmədovun qətlə yetirilməsi xəbəri Abbasəlini də sarsıdıb. Onun arxasınca gedib. Yolda ona da güllə dəyib. Dostunun dadına çatmamış Abbasəli də həlak olur.Abbasəli Nəzərəliyevin adı Babək rayonundakı Əliabad kənd məktəbinə verilmiş, "İzmir" kooperativi barelyefini düzəldib məktəbin qarşısına vurmuşdur.Anadan olduğu və yaşadığı Əliabad kəndində dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Aktiv toqquşmalar nəzəriyyəsi
Aktiv toqquşmalar nəzəriyyəsi — qaz mühitində iki molekulun toqquşması (bimolekulyar reaksiya) zamanı kimyəvi çevrilmələrin sürətinin qiymətləndirilməsi üsulu. Kimyəvi kinetikanın ümumi müddəasına görə kimyəvi çevrilmələrin baş verməsi üçün molekullar hədd qiymətini aşan aktivasiya enerjisinə malik olmalıdır. Aktiv toqquşmalar nəzəriyyəsində molekullar müəyyən radiuslu sərt kürələr kimi qəbul edildiyindən, reaksiya o halda gedə bilər ki, toqquşma anında bu kürələrin mərkəzlərini birləşdirən ox boyunca molekulların nisbi hərəkət enerjisi aktivasiya enerjisini ötüb keçir. Aktiv toqquşmalar nəzəriyyəsi qazlarda reaksiyanın sürət sabitinin temperaturundan təcrübi eksponensial asılılığını keyfiyyətcə düzgün təsvir edir. Sürət sabitinin kəmiyyətcə uyğun qiymətləri real molekullararası qarşılıqlı təsiri nəzərə alan sterik amil (məsələn: anizotropiya) əsasında əldə edilir. Toqquşmanın xüsusiyyətlərinin və reaksiyaya girən hissəciklərin çevrilmə dinamikasının ətraflı analizi molekulyar dəstə üsulundan istifadə etməyə imkan verir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Aktor-şəbəkə nəzəriyyəsi
Aktor-şəbəkə nəzəriyyəsi (ing. Actor-network theory, ANT) və ya "tərcümə sosiologiyası" (sociology of translation) — sosial tədqiqatlarda ilkin olaraq elm və texnologiya tədqiqatları (STS) sahəsində yaranan, obyektləri (artifaktlar, texniki komplekslər, heyvanlar və s.) sosial münasibətlərin fəaliyyət göstərən vahidləri kimi nəzərdən keçirən yanaşma. == Haqqında == Bu yanaşma sosial nəzəriyyədə ən məşhur və mübahisəli yanaşmalardan biridir. Onun tərəfdarları qeyri-insani insanların sosial sistemlərdə və münasibətlərdə fəaliyyət göstərən agent kimi görünməsini tələb edirlər. Mişel Kallon, Bruno Latur və Con Lo tərəfindən yaradılmış yanaşma daha dəqiq şəkildə "material-semiotik" kimi təsvir edilə bilər. Bu o deməkdir ki, o, həm maddi (əşyalar arasında), həm də semiotik (məfhumlar arasında) olan münasibətləri eyni şəkildə təsvir edir. Aktor-şəbəkə nəzəriyyəsi kollektiv sosial-texniki proseslərin öyrənilməsi üçün konseptual çərçivədir. Onun tərəfdarları hesab edirlər ki, elmin fəaliyyəti digər sosial hadisələrin fəaliyyətindən əsaslı şəkildə fərqlənmir. Onlar elmi biliklərin istehsalını nə təbiət (elmi realizm), nə də mədəniyyət (sosial konstruktivizm) vasitəsilə izah etmirlər. Bunun əvəzinə onlar hesab edirlər ki, elm sosial, texniki, konseptual və mətn komponentlərinin bir araya gətirildiyi və dəyişdirildiyi (və ya tərcümə edildiyi) heterojen mühəndislik prosesidir.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Anar Nəzirov
Anar Ramiz oğlu Nəzirov (8 sentyabr 1985[…], Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda qapıçı kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Karyerası == Kəpəz Karyerasına Kəpəzdə başlıyan Nəzərov orda çox tutuna bilmədi.2 ouuna çıxıb 5 qol buraxdı. Neftçi Kəpəzlə olan Müqaviləsinə xitam verdikdən sonra əzəli rəqib Neftçiyə keçir, amma 3 sezon içərisində burada da çox yaxşı performans göstərə bilmədiyi üçün oradan ayrılır. Standard Sumqayıt Sumqayıt futbolçu ilə bir illik müqavilə imzaladı. Anar 1 il oynadıqdan sonra Sumqayıta gələn yeni baş məşqçiilə dava etdiyi üçün klubdan qovulur Qəbələ 6 iyun 2013-cü ildə Anar Nəzirov Qəbələ FK klubu ilə müqavilə imzalamışdır. Nəzirov daha sonra Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubu ilə müqavilə imzalamışdır. 13 yanvar 2014-cü ildə Nəzirov Sumqayıt FK klubu ilə altı aylıq müqaviləsi başa çatdıqdan sonra Qəbələ FK klubu ilə müqavilə imzalamışdır. 2015-ci ilin iyul ayında Nəzirov Zirə FK klubu ilə bir illik müqavilə imzalamışdır. Anar Nəzirov indiyə qədər Zirə FK klubunun əsas qapıçısı və kapitanıdır. "Zirə"nin heyətində avrokuboklara vəsiqə qazanan Anar Nəzirov uğurlu çıxışı ilə diqqət çəkib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Azərbaycan)

Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Ailəlidir, iki övladı var.
Atlı xalq nəzəriyyəsi
Atlı xalq nəzəriyyəsi (騎馬民族説, Kiba minzoku setsu) – Qədim Yaponiyada ilk mərkəzi dövlətin Koreyadan gələn və Yaponiyanı işğal edən atlı xalq tərəfindən qurulduğunu müdafiə edən nəzəriyyə. Atlı xalq nəzəriyyəsinin standart versiyası Tokio Universitetinin professoru Eqami Namio tərəfindən işlənib hazırlanmış, nəzəriyyəsindən 1948-ci ildə Yaponiya mədəniyyətinin köklərinə həsr olunmuş simpoziumda və "Atlı xalq dövləti" kitabında bəhs etmişdir. == Haqqında == Eqami Namiodan əvvəlki Yaponiya alimləri Yaponiya mədəniyyətinin formalaşmasında Çin, Koreya, Şimal-şərqi və Cənub-şərqi Asiya, Sakit okean adalarının təsirinin olduğunu qəbul etsələr də, bunların ölkədə artıq formalaşmış olan unikal Yaponiya mədəniyyətinə əlavələr olduğunu bildirirdilər. İkinci dünya müharibəsinin başa çatmasından əvvəlki dövrdə Yaponiya tarixçiləri Yaponiyanın mənşəyini sorğulamağa cəsarət etmirdilər. 1942-ci ildə tarixçi Tsuda Sokiçi ilk 9 imperatorun həqiqətən mövcud olub-olmadığını sorğuladığı üçün həbs olunmuşdu. 1945-ci ildən etibarən Yaponiyanın mənşəyi ilə bağlı araşdırmalar yenə populyar olmuşdur. 1948-ci ildə İşida Eyiçiro tərəfindən keçirilən "Yaponiya xalqı və mədəniyyətinin mənşəyi və Yaponiya dövlətinin formalaşması" simpozimunda ilk dəfə Eqami Namio tərəfindən Atlı xalq nəzəriyyəsi ortaya atılmışdır. Simpoziumda etnoloq Oka Masao və arxeoloq Yavata İçiro da iştirak etmişdirlər. 1948-ci ildəki simpozium tarixçi Oka Masaoya təsir etmiş və nəzəriyyəni genişləndirmişdir. Masao bildirmişdir ki, Yaponiya mədəniyyətinin formalaşması cənubi Çin və Cənub-şərqi Asiyadan gələn 3 mədəni axınla bərabər, Mançuriyadan Koreyaya, ordan da Yaponiyaya gələn dördüncü axınla baş vermişdir.
Atribusiya nəzəriyyəsi
Atribusiya bir sosial psixologiya nəzəriyyədir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) tərəfindən 1944–46-cı illərdə təqdim edilmişdir və insanların, özlərinin və başqalarının davranışlarını necə qəbul etdiklərini, hansı səbəblərlə bağladıqlarını izah edir. Teoriya 60-cı illərdə Harold Kelley, Edward E. Jones və Lee Ross tərəfindən inkişaf edilmişdir. Atribusiya nəzəriyyəsinə görə əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışından fərqlənirsə, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışına bənzəyirsə biz onun hərəkətlərini daxili (internal) faktorlarla, xüsusiyyətlərlə, meyllərlə izah edirik. Əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışına bənzəyir, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışından fərqlənirsə onda biz onun hərəkətlərini xarici (eksternal) faktorlarla, situasiyanın təsiri ilə izah edirik. Məsələn, peşəkar fəaliyyəti zamanı kolleqasının tənqidi ilə üzləşən və bu irada çox sərt reaksiya verən bir şəxs təsəvvür edək. Əgər bu şəxs əvvəllər də işinə tutulan iradlara kəskin mənfi münasibət göstəribsə, biz onun son situasiyadakı hərəkətini onun tənqidə barışmaz münasibəti və bəlkə də işində inkişafa nail olmaq istəməməsi ilə, səbirsiz olması ilə, başqa sözlə onun personal xüsusiyyətləri ilə izah edirik. Lakin əgər, həmin şəxs əvvəllər ona tutulan iradlara müsbət yanaşıbsa, səbirlə öz pozisiyasını izah edibsə, tənqid doğru olduqda işində düzəliş edibsə, bu şəxsin son situasiyadakı hərəkətini biz onun öz işində keyfiyyətə nail olmaq üçün bacardığını etdiyi halda istədiyi nəticəni ala bilməməsi ilə və ya tənqidin doğru olmaması ilə, başqa sözlə, xarici faktorlarla izah edirik. == Mənbə == Heider, Fritz. (1958).
Ayaz Nəzərov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az.BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902-1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M.Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir. İribuynuzlu heyvanların teyleriozunun törədicisi (Abşeron ştammı) dünyada ilk dəfə Azərbaycanda 1903-cü ildə müəyyən edilmişdir.
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kolleci
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci
Bakı Neft-Energetika Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci (Əvvəlki adı:Bakı İdarəetmə və Texnologiya Kolleci )— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 6 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazalarında Bakı İdarəetmə və Texnologiya Kolleci yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollec
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Azərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir. Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432). Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Hal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır: Arxiv işi və kargüzarlıq; Mühasibat uçotu; Maliyyə işi; Vergi işi; Bank işi; Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı; Sosial iş.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci