Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. == Ümumi məlumat == Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Nizki adası
Nizki adası (ing. Nizki Island; aleut. Ауаяҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. == Coğrafiya == Nizki adasından şərqdə Simiya, qərbdə isə Alaid adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Uzunluğu 5 km, maksimal hündürlüyü 51 metrdir. Sahil zolağı olduqca parçalıdır. Burad çoxlu sayda şxer vardır. XIX əsrdə rus tacirləri adaya tülkü gətirirlər.
Niko Georgiadis
Niko Georgiadis (alm. Nico Georgiadis‎; d. 22 yanvar 1996, Bülax, İsveçrə) — yunan əsilli İsveçrə şahmatçısı, beynəlxalq qrosmeyster (2017). == Həyatı == Niko Georgiadis 22 yanvar 1996-cı ildə İsveçrənin Bülax şəhərində anadan olub. 2013-cü ildə beynəlxalq usta, 2017-ci ildə isə beynəlxalq qrosmeyster adını alıb. Georgiadis FİDE-nin 2018-ci ilin iyul ayı üçün olan reytinq siyahısında 2526 xalla İsveçrə şahmatçıları arasında dördüncü yerdə qərarlaşıb. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Nico Georgiadis. Chess-DB.com Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine (ing.) Nico Georgiadis. Chessgames.com (ing.) Nico Georgiadis.
Niko Hülkenberq
Nikolas Hülkenberq (alm. Nicolas Hülkenberg‎; d. 19 avqust 1987-ci il) — Almaniyalı yarış sürücüsü, Formula-1 pilotu, 24 saat Le Man (2015) yarışının qalibi, GP2 (2009) və Formula 3 avroseriyasının (2008) çempionudur.
Niko Pirosmanaşvili
Niko Pirosmani (gürc. ნიკო ფიროსმანი; əsl adı Nikolay Aslanoviş Pirosmanaişvili (Pirosmanişvili), gürc. ნიკოლოზ ასლანის ძე ფიროსმანაშვილი; 5 may 1862 və ya güm. 5 (17) may 1862, Mirzaani[d], Tiflis quberniyası – 9 aprel 1918, 7 aprel 1918 və ya 5 may 1918, Tiflis, Zaqafqaziya DFR) — Gürcüstan və Rusiya rəssamı, primitivizm cərəyanının nümayəndəsi. == Həyatı == 1862 ci ildə Zaqatala dairəsinin Tasmalı kəndində (Qax rayonu Tasmalı kəndi) ingiloy kəndlisi Aslan Pirosman oğlunun ailəsində anadan olmuşdur.
Niko Pirosmani
Niko Pirosmani (gürc. ნიკო ფიროსმანი; əsl adı Nikolay Aslanoviş Pirosmanaişvili (Pirosmanişvili), gürc. ნიკოლოზ ასლანის ძე ფიროსმანაშვილი; 5 may 1862 və ya güm. 5 (17) may 1862, Mirzaani[d], Tiflis quberniyası – 9 aprel 1918, 7 aprel 1918 və ya 5 may 1918, Tiflis, Zaqafqaziya DFR) — Gürcüstan və Rusiya rəssamı, primitivizm cərəyanının nümayəndəsi. == Həyatı == 1862 ci ildə Zaqatala dairəsinin Tasmalı kəndində (Qax rayonu Tasmalı kəndi) ingiloy kəndlisi Aslan Pirosman oğlunun ailəsində anadan olmuşdur.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.
Niko Tiru
Niko Tiru (29 aprel 1987) — Belçikalı oxatan. Niko Tiru Belçikanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Niko Tiru birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 119-cu yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Niko Nikoladze
Nikolay (Niko) Yakovleviç Nikoladze (gürc. ნიკო (ნიკოლოზ) იაკობის ძე ნიკოლაძე; 27 sentyabr (9 oktyabr) 1843, Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası – 5 aprel 1928, Tiflis) — Gürcü publisisti, maarifçi və ictimai xadimi. O, ilk növbədə gürcü liberal jurnalistikasının inkişafına verdiyi töhfə və Rusiyada yaşadığı dövrün müxtəlif iqtisadi və sosial layihələrində iştirakı ilə tanınır. == Həyatı == Gürcüstanın Skande (İmereti) kəndində varlı zadəgan Yakov İvanoviç Nikoladzenin ailəsində anadan olub. 1860-cı ildə Kutaisi klassik gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Lakin tələbə çıxışlarında fəal iştirak etdiyi üçün həbs olunur. Cəzasını Şlisselburg qalasında çəkir. Sonradan Rusiyanı tərk etmə şərti ilə əfv edilir. Bu səbəbdən 1861-ci ildə Sürix Universitetində təhsil almaq üçün İsveçrəyə yollanır. 1864-cü ildə Sürix Universitetində "Silahsızlanma və onun sosial-iqtisadi nəticələri" mövzusunda elmi iş yazaraq magistr dərəcəsi alır.
Nikko Futarasan məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. == Xüsusiyyətləri == Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Lizyö
Lizyö (fr. Lisieux Fransızca tələffüz: [lizjø]) — Fransanın şimal-qərbində yerləşir. Normandiya regionunun Kalvados departamentinə daxildir. Əyalətin o cümlədən də kantonun mərkəzidir. Lizyö Oj torpağının əsas tarixi şəhərlərindən biri sayılır. Əhalisi 20881 nəfərdir (2014). == Tarixi == Keçmiş dövrlərdə Lizyö qədim Hall qəbiləsinin paytaxtı olmuşdur. Bu haqda Sezar öz yazılarında qeyd edir (Hall döyüşləri). Şəhər indiki Lizyö şəhərindən 3 km cənub-qərbdə yerləşirdi. Ərazisi isə 200 hektar idi.
Naoko
Naoko — yapon adı. Naoko Takeuçi — yapon manqaka. Naoko Nişiqay — keçmiş Yaponiya qadın futbolçusu. Naoko Kavakami — keçmiş Yaponiya qadın futbolçusu.
Ninbo
Ninbo — Çin Xalq Respublikasında Zhejiang əyalətinin şərqində yerləşən şəhər. Qeyri-rəsmi hesablamalara görə şəhərdə 7.605.700 insan yaşayır. Hangzhou körfəzinin cənubunda yerləşən Ninbodan Şərqi Çin dənizi də keçir.
Nizrol
Nizrol (fr. Nizerolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03201. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 198 nəfərdən (15—64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 149 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3 %, 1999-cu ildə 69,6%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
Pizyo
Pizyö (fr. Pisieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38307. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 291 ilə 490 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Nikto
Nikto, təhlükəli fayllar/CGI-lər, köhnəlmiş server proqram təminatı və digər problemlər üçün veb-serverləri skan edən pulsuz proqram təminatının komanda xətti zəiflik skaneridir. Ümumi və server tipli xüsusi yoxlamaları həyata keçirir. O, həmçinin qəbul edilən kukiləri çəkir və çap edir. Nikto kodunun özü pulsuz proqramdır, lakin proqramı idarə etmək üçün istifadə etdiyi məlumat faylları isə xeyr. 1.00 versiyası 27 dekabr 2001-ci ildə buraxılmışdır. == Xüsusiyyətləri == Nikto 6700-dən çox potensial təhlükəli fayl/CGI aşkarlaya bilər, 1250-dən çox serverin köhnəlmiş versiyalarını yoxlayır və 270-dən çox serverdə versiyaya aid problemləri yoxlayır. O, həmçinin çoxsaylı indeks fayllarının və HTTP server seçimlərinin mövcudluğu kimi server konfiqurasiya elementlərini yoxlayır və quraşdırılmış veb serverləri və proqram təminatını müəyyən etməyə çalışır. Skan elementləri və plaginlər tez-tez yenilənir və avtomatik olaraq yenilənə bilər. == Növləri == Nikto-nun bəzi varsiyaları var, onlardan biri MacNiktodur. MacNikto, Apple-ın Xcode və Interface Builder proqramında qurulmuş, GPL şərtlərinə uyğun olaraq buraxılmış AppleScript GUI şell skript paketidir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Aniko Pelle
Aniko Pelle (28 sentyabr 1978, Budapeşt) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aniko Pelle, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aniko Pelle, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Aniko Pelle, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
El-Ninyo
Cənub tərəddüdü və El-Nino (isp. El Niño - oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña - qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.