is. [
ər. ]
1. Qayda, tərtib, üsul.
Nizam yaratmaq, – …Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə.
□ Nizam qoymaq – qayda-qanun yaratmaq.
[Mirzə Rza Fərhada:] İranda dəmir yol çəkmək istəyirdin, İranda nizam qoymaq istəyirdin. C.Cabbarlı.
Nizama düşmək – qaydaya düşmək, yoluna düşmək.
Kasıb kəndçilər firqəyə yazılırdılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi. E.Sultanov.
Nizama salmaq (qoymaq) – qaydaya salmaq, tənzim etmək, qayda yaratmaq, yoluna salmaq.
Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli.
[Mirzə Sadıq:] Əvvəllər şah özü məmləkəti nizama salmaq istəyirdi. C.Cabbarlı.
Nizamdan düşmək – dağılmaq, pozulmaq, səliqədən düşmək.
2. Sıra, cərgə, səf, düzülüş.
□ Nizama durmaq – sıralanmaq, cərgəyə durmaq, səf bağlamaq.
Yenə düşmən gəlib nizama durdu; Naçalnik mat qalıb boynunu burdu. “Qaçaq Nəbi”.
3. Nizamla şəklində
zərf – müəyyən qaydada, müəyyən üsulla, tərtibatla, düzgün sıra ilə, sistemlə. Kitabları nizamla düzmək. Şagirdləri nizamla oturtmaq.
– Yenə öz sürünü nizamla düzüb; Baş alıb gedirsən hayana, ceyran? S.Vurğun.