Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Benedito Novo
Benedito Novo (port. Benedito Novo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 9578 nəfərdir. Ərazisi 385,402 кm²-dir. Əhalinin sıxlığı 24,9 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1961-cı ildə yaradılmışdır.
Novo Brdo
Novo Brdo və ya Artana (serb. Ново Брдо; alb. Novobërda və ya Novobërdë, və ya Artana və ya Artanë) — Kosovo və Metohiyaya aid şəhər, Priştina rayonuna aiddir. Orta əsrlərdə Novo Brdo (sözbəsöz tərcüməsi: Yeni dağ, Novus Mons, Novamonte, Nyeuberghe) böyük şəhər və strateji hərbi qala idi, mühüm mədən mərkəzi olduğu üçün ətrafdakı mədənlərdən dəmir filizi, qızıl və gümüş çıxarılırdı. Məşhur yazıçı Vladislav Qrammatik burada anadan olmuşdur. 1439-cu ildə Smederevonun süqutundan sonra 1441-ci ilə qədər şəhər Serbiya krallığının paytaxtı olmuşdur. Novo Brdo 1 iyun 1455-ci ildə qırx günlük mühasirədən sonra təslim olaraq Osmanlı hakimiyyəti altına düşdü.
Novo Vasilyevka
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir. 17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Noto
Noto (it. Noto) — İtaliyada Siciliya regionuna aid, Sirakuza əyalətinin tərkibində kommuna (icma). İcma əhalisinin sayı 23 346 nəfər, sıxlığı isə 42 nəfər/km²-dir. Noto Siciliya barokkosunun beşiyi sayılır.
Novo-Bəyazid qəzası
Yeni Bəyazid qəzası (Novobayazid) — ərazisinə (4239 kv. verst) görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40–42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölünürdü: I. Dərəçiçək II. Göyçə III. Gözəldərə IV. Məzrə. Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icması, bu kənd icmalarına da 127 kənd daxil idi. Аганбирское — с. Аганбир, Арза-Кендское — с. Alapars , Ахтинское-Нижнее армянское — с. Ахты-Нижнее армянское, Ахтинское-Нижнее русское — с. Ахты-Нижнее русское, Базаргечарское — с.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Fovo boğazı
Fovo boğazı (ing. Foveaux Strait ,mao. Te Ara a Kiwa). Yeni Zelandiya adalarına aid olan Styuart və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Boğazın şimal hissəsində üç buxta var: Te Uaceuae, Oreti Biç, Taumauc-Bey. Burada iri olmayan Bloff qəsəbəsi yerləşir. Boğazda Solender, Puapuke və Styuarart adaları vardır. Uzunluğu 130 km olaraq Puapuke adası ilə Styuart adası arasında yerləşir. Eni isə 14 – 50 km arası dəyişir.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Noto kafedralı
Noto kafedralı, San Nikolo kilsəsi (it. Cattedrale di Noto;La Chiesa Madre di San Nicolò) - İtaliyanın Siciliya regionunun Sirakuza əyalətnin Noto şəhərində yerləşən, 1776 cı ildə Siciliya barokkosu üslubunda inşa edilmiş, hal-hazırda ümumdünya irsinə aid olan Noto yeparxiyasına aid xristian məbədi.
Noto yarımadası
Noto yarımadası (能登半島, Noto-hanto) — Honşu adasının mərkəzi hissəsində yerləşən yarımada. Yaponiyanın İşikava və Toyama prefekturaları ərazisində yerləşir. Yapon dənizində adalarda yerləşən yarımadalar arasında ən böyük olanıdır. Şimaldan cənuba uzunluğu 100 km, qərbdən şərqə eni 30 – 50 km təşkil edir. Yarımadanın böyük hissəsi İsikava prefekturasında, Himi şəhəri isə Toyama prefekturası ərazisinə. Şərq hissədə Toyama körfəzi, qərbdə isə Yapon dənizi onun sahillərini yuyur. Yarımadanın daxilinə doğru Noto adası yerləşir. Ada Nana körfəzini kiçik hissələrə bölür: Cənubi, Qərbi və Şimali. Ən hündür nöqtəsi Hodasu dağıdır və hündürlüyü 637 metr təşkil edir.
Nova-İtaberaba
Nova İtaberaba (port. Nova Itaberaba) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4317 nəfərdir. Ərazisi 137,583 кm²-dir. Əhalinin sıxlığı 31,4 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Nova (Marağa)
Nova' (fars. نوا‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,359 nəfər yaşayır (374 ailə).
Nova Poçta
Nova Poçta (ukr. Нова пошта) — Sənədlərin, yüklərin və bağlamaların təcili çatdırılmasını təmin edən Ukrayna şirkəti. Şirkət 2001-ci ildə qurulmuşdur. Əsas həmtəsisçilər Vyaçeslav Klimov və Vladimir Popereşnyuk, eyni zamanda azlıqların həmtəsisçisi İnna Popereşnyukdur. Başlanğıc kapitalı 7000 ABŞ dollar olmuşdur. 2018-ci ildə şirkət Ukrayna daxilində 174 milyondan çox yük çatdırmışdır. 2018-ci ildə şirkət Ukraynanın nəqliyyat sənayesində vergi ödəyiciləri arasında 4-cü yer olan 1615,6 milyon qrivna vergi ödəmişdir. 2019-cu ilin sonuna qədər Nova Poçta şəbəkəsi, saatda 14 ilə 20 min bağlama işləməni nəzərdə tutan Kiyev, Xmelnytski və Lvov şəhərlərində çeşidləmə terminalları olan 6000-dən çox filialı əhatə edir. 2019-cu ilin sonunda Nova Poçta 2,7 milyard qrivnadan çox vergi ödəyib və vergi ödəmələrinin həcminə görə Ukraynanın ən böyük 100 şirkətinin siyahısında 27-ci yeri tutub.. Nova Poşta qrupu, Nova Poşta MMC-yə əlavə olaraq Ukrayna və xarici şirkətləri, xüsusən NP Logistic, POST FINANCE və Nova Poshta International şirkətlərini əhatə edir.
Nova effekti
Nova effekti — həyatımızda qarşılaşdığımız hadisələrin qeyri-müəyyən vəziyyətini fərqi dəyərləndirməyi ifadə edən anlayış. Nova effektinə görə, sonu pis olacağı gözlənilən hadisənin sonunun yaxşı olması və ya bunun əksi mümkündür. "Hər işdə bir xeyir var", "stəkanın dolu tərəfindən baxmaq" kimi deyimlərlə xarakterizə oluna bilər. Beləliklə, bir şəxsin bir hadisə və vəziyyətdə şanslı və ya şanssız olduğunu qətiyyətlə deyə bilmərik.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Novı-Sonç
Novı-Sonç (pol. Nowy Sącz; mac. Újszandec; idiş Tzanz, צאנז‎; ukr. Новий Сонч; alm. Neu-Sandez‎) — Polşanın cənubunda şəhər. XIII əsrdə salınmışdır.
Növi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Okean novu
Okean novu (rus. Глубоководный жёлоб, ing. Oceanic trench) — çox uzun, planda qövsvari, bəzən düzxətli ensiz asimmetrik çökək. Talassokratonların kənarlarında adalar qövsü sistemlərinin bir hissəsini təşkil edən yarıqlar boyu fəal inkişaf edir. Bəzi hallarda dərinsu okean novu adalar qövsünün okeana tərəf deyil, kənar dənizin dərin su çuxuru hüdudlarında yerləşir (Məs., Banda dənizi, Çin dənizində Luson adasından qərbdə və b.). Dərinsu okean novu dərinliyi 5-11 km arasında dəyişir. Ən böyuk dərinlik (11,022 km) Marian novunda müşahidə edilmişdir. Dərinsu okean novu uzunluğü min km-lərlə (2000-4000 km), eni bir neçə km (6,5km izobatı üzrə) çatır. Bu novların dibində okeana nisbətən daha intensiv çöküntütop­lanma müşahidə edilir və bəzən qalınlıq 2-3 km-ə çatır. Lakin Dərinsu okean novu yamaclarında çöküntülərin qalınlığı cüzi olur.
Sayat Nova
Sayat Nova (erm. Սայաթ-Նովա; gürc. საიათნოვა; az-əbcəd. سایات نووا‎; fars. سایات نووا‎; əsl adı Harutyun Sayatyan; 14 iyun 1712[…], Tiflis – 22 noyabr 1795, Ağpat[d]) — erməni, gürcü və əsasən Azərbaycan dillərində yazan erməni şair və aşıq. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınmışdır. Səyat Novanın anası Sara, Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi. Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Tbilisi şəhərində anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır.
Arabis nova
Arabis nova (lat. Arabis nova) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü.
Səs növü
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.