NOV

geomorfologiyada və geologiyada dik yamaclı, ensiz, uzun çökəklik. N. yerüstü və sualtı olmaqla müxtəlif mənşəli ola bilər: tektonik, erozion, deflyasion və s. желоб trench
NOOSFER
NOVVARİ ÇÖKƏKLİK
OBASTAN VİKİ
Nov boğazı
Nov boğazı (xorv. Novsko ždrilo) Velebitski boğazını Noviqad dənizi (körfəz) ilə birləşdirir. Uzunluğu 4 km, eni 30–400 m təşkil edir. Paq adasını sahildən ayırır. Boğaza Zimanya və bir sıra kiçik çaylar axır. Boğaz üzərində iki körpü vardır. "Masleniç körpüləri" köhnə və yeni olmaqla, birinci 1961-ci ildə tikilmişdir. 1961-ci ildə Noviqrad rayonu serblər tərəfindən işğal edilərkən körpü dağıdılır. Yenidən 2005-ci ildə yenidən bərpa edilmişdir. İkinci körpü köhnə körpü dağıldıqdan sonra tikilir (1993-1997).
Crocodylus novaeguineae
Yeni Qvineya timsahı (lat. Crocodylus novaeguineae) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Yeni Qvineya adasında yaşayır. Bu növün erkəkləri 3,5 m, dişiləri isə 2,7 m-ə uzunluğa qədər böyüyür. Ağzı olduqca dar, rəngi boz-qəhvəyi, quyruğunda tünd qəhvəyi ləkələr vardır. Yeni Qvineya timsahı, görünüşü və quruluşu baxımından Siam timsahına bənzəyir. Baxmayaraq ki, Avstraliya şirinsu timsahına daha yaxındır. Filippin timsahı (Crocodylus mindorensis) əvvəllər Yeni Qvineya timsahı bir yarımnövü sayılırdı, lakin indi ümumiyyətlə ayrı bir növ kimi qeydə alınmışdır. Yeni Qvineya timsahı adanın daxili hissəsindəki şirin suda yaşayır. Bəzən duzlu su hövzələrində görülə bilər.
Cryptocarya nova-anglica
Cryptocarya nova-anglica (lat. Cryptocarya nova-anglica) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
Cəmilə Novruzova
Cəmilə Novruzova (tam adı: Novruzova Cəmilə Həsən qızı; 9 aprel 1930, Naxçıvan – 4 may 2011) — sənətşünas, pedaqoq, sənətşünaslıq doktoru, professor (1990). Cəmilə Novruzova 9 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 4 may 2011-ci ildə vəfat etmişdir. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi vəzifələrində çalışır. Azərbaycan heykəltəraşlığının yaranması və inkişafı problemlərinə, görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi əsərlərin müəllifidir. "SSRİ xalqları incəsənət tarixi" əsərinin hazırlanmasında iştirak etmişdir. 1988-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur. 1978-ci ildən Sənətşünaslıq doktoru, 1990-cı ildə professor olub. Sənətşünas Əsəd Quliyev sənətşünas alim haqqında yazırdı: "Professor Cəmilə Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltəraşlıq problemləri və tanınmış heykəltəraşların yaradıcılığının araşdırılması əhatə edirdi.
Dasypus novemcinctus
Doqquzqurşaqlı zirehli (lat. Dasypus novemcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Bədənin uzunluğu 32–57 sm, quyruğu 21–45 sm uzunluqdadır. Çəki 3 ilə maksimum 9,8 kq arasında dəyişə bilər, lakin nadir hallarda 6,5 kq-dan artıq xərdlər müşahidə edilir. Erkəklər dişilərə nisbətəndə bir az ağır çəkili olur. Ensiz, üçbucaqlı bir başa sahibdir. Qulaqlar başla müqayisədə 5.9 sm-ə qədər uzun, böyük, çox hərəkətlidir və ucları yuvarlaqdır. Bütün zirehlilər kimi, bu növ də bel nahiyyəsində üç ayrı hissədən ibarət olan zireh ilə xarakterizə olunur. Zireh bədən çəkisinin təxminən 16% -ni təşkil edir. Zireh ümumiyyətlə qəhvəyi olur.
Dağ novellası (film, 1979)
"Dağ novellası" (rus. Горская новелла) — rejissorlar İzmail Burnasev və İles Tatayevin filmi. Film çeçen ucqar dağ kəndinin həyatından bəhs edir. Baş qəhrəman gənc müəllim Svetlana Smirnova yerli məktəbdə işləmək üçün buraya gəlir. Bu gəlişdən sonra kənddə onunla bağlı bir çox hadisələr baş verir... Filmin istehsal olunduğu il bəzi mənbələrdə 1978-ci il kimi də göstərilir. Film kinorejissor İles Tatayevin bədii kinoda debütü hesab olunur. Film 1979-cu ildə Bakıda keçirilən 8-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına layiq görülmüşdür. Ssenari müəllifləri : İles Tatayev, Səid Çaxkiyev Quruluşçu rejissorlar : İzmail Burnasev, İles Tatayev Quruluşçu operator : Valeri Lyanov Quruluşçu rəssam : T. Basiyev Səs operatoru : N. Kropotov İkinci rejissorlar : X. Xidayev, L. Dzuqutova İkinci operator : K. Bekuzarov Montaj edən : T. Kyaxidi Qrim : V. Platonov İnzibatçı : X. Tatayev Rejissor assistentləri : R. Lyanov, V. Susiyev, Z. Kasayeva Operator assistentləri : K. Çexoyev, A. Şmoylov Səs operatorunun assistentləri : Q. David, T. Albeqova Redaktor : İ. Pritula Filmin direktorları : V. Abayev, L. Xasiyev Горская новелла. Кино-Театр.ru Горская новелла kinopoisk.ru Татаев Илес Вахидович — Биография "ЗОЛОТОЙ ФОНД" СЕВЕРО-КАВКАЗСКОГО КИНЕМАТОГРАФА В ДАР ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКЕ Arxivləşdirilib 2013-04-03 at the Wayback Machine Горская новелла Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Художественный фильм — Горская Новелла Горская новелла Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Художественный фильм "Горская новелла".
Deh-i Novruz (Xuzistan)
Deh-i Novruz (fars. ده نوروز‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Dekamerondakı novellaların siyahısı
Aşağıdakı siyahıda Covanni Bokkaççonun "Dekameron" əsərinə daxil olan novellalalar günlər üzrə müvafiq sıra ilə göstərilmiş, həmçinin novellaların mənbəsi və sonrakı istifadə tarixi haqqında məlumat verilmişdir. Müəllif əsəri yazarkən hər novellanın əvvəlində qısa məzmun qeyd etmişdir. Aşağıdakı siyahıda da novellaların məzmunu göstərilərkən məhz həmin qısa məzmunlardan (Beydulla Musayevin tərcüməsində) istifadə edilib.
Dendrobium novae-hiberniae
Dendrobium bracteosum (lat. Dendrobium bracteosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Pedilonum bracteosum (Rchb.f.) Rauschert Dendrobium bracteosum var. album Sander Dendrobium bracteosum var. roseum Sander Dendrobium chrysolabrum Rolfe Dendrobium dixsonii F.M.Bailey Dendrobium dixsonii var. eborinum F.M.Bailey Dendrobium eitapense Schltr. Dendrobium leucochysum Schltr. Dendrobium novae-hiberniae Kraenzl. Dendrobium quadrialatum J.J.Sm. Dendrobium trisaccatum Kraenzl.
Dromaius novaehollandiae
Adi emu (lat. Dromaius novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Dromiceius novaehollandiae
Adi emu (lat. Dromaius novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Dukmasovanın binası (Novoçerkassk)
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 123 ünvanında yerləşir. Tikili arxitektur bina və mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1992-ci il 17 dekabr tarixli 325 saylı əmrlə qoruma statusuna malikdir. Bina modern stilə malikdir. Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Prosveşeniya küçəsi ev 123 ünvanında yerləşir. Bu zamanlar binanın sahibəsi E. Dukmasova olmuşdur. Onun haqqında tarixi mənbələrdə detallı məlumat yoxdur.
Dumasovanın binası (Novoçerkassk)
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 123 ünvanında yerləşir. Tikili arxitektur bina və mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1992-ci il 17 dekabr tarixli 325 saylı əmrlə qoruma statusuna malikdir. Bina modern stilə malikdir. Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Prosveşeniya küçəsi ev 123 ünvanında yerləşir. Bu zamanlar binanın sahibəsi E. Dukmasova olmuşdur. Onun haqqında tarixi mənbələrdə detallı məlumat yoxdur.
Dərman novruzgülü
Elvin Novruzov
Elvin Novruzov (tam adı: Elvin Ziyafət oğlu Novruzov; 3 may 2001; Sumqayıt, Azərbaycan — 23 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına Şəhid olmuşdur Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Elçin Novruzov
Elçin Qismət oğlu Novruzov (9 avqust 1989, Voronej – 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 1996-2005-ci illərdə Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbində təhsil almışdır. 2005-2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. Elçin Novruzov 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Qaradağ rayonunun Şıxov qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Novruzovi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elçin Novruzov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunmuşdur.
Erythroxylum novogranatense
Erythroxylum novogranatense (lat. Erythroxylum novogranatense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü. Erythroxylum coca var. novogranatense D.Morris Erythroxylum novogranatense var. novogranatense Erythroxylum novogranatense var. tobagense O.E.Schulz Erythroxylum novogranatense var.
Falco novaeseelandiae
Yeni Zelandiya qızılquşu (lat. Falco novaeseelandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir. Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos". "Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb.
Fridrix fon Hardenberq Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2 may 1772[…], Viderştedt[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 25 mart 1801[…], Vaysenfels[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. Gecə himnləri Saisidə tələbələr G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.
Fərahim Novruzov
Fərahim Nadir oğlu Novruzov (d. 1 sentyabr 1996; Səmədabad, Biləsuvar rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır.
Grga Novak
Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti. Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır. Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir. Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub. Novak, Grga (1977). Mletačka uputstva i izvještaji.
Guioa novobritannica
Guioa novobritannica (lat. Guioa novobritannica) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.
II Novuxodnosor
II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur; Müqəddəs İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣar; Müqəddəs Arami dili: נְבוּכַדְנֶצַּר - Nabḇūḵaḏneṣṣar) - e.ə. 605-562-ci illərdə hakimiyyətde olmuş Babil hökmüdarı. II Novuxodnosor, Yeni Babil İmperiasının qurucusu və Keldani sülaləsinin ilk hökmüdarı Nabopolassarın oğludur. Atasının dövründə, Assuriyalılara qarşı müharibələri davam etdirən orduda xidmət etmişdir. Aşşurlarla müttəfiq olan Misir fironu II Nexoyu Karxemiş döyüşündə məğlub edən Novuxodnosor, irəliləyişə davam etmiş və Assuriya və Fələstin torpaqlarını almışdır. Atasının ölümündən sonra Babilə qayıdır və padşah olur. Hakimiyyətinin ilk illərində müxtəlif ekspedisiyalar təşkil edərək hökmranlığını artırmışdır və e.ə. 601-ci ildə Misir üzərinə hərəkətə keçmişdir. Eramızdan əvvəl 597-ci ildə Babil dövlətinin hakimiyyəti altında olan Yəhuda dövlətinin üsyanı ilə Qüdsü ələ keçirdib. Eramızdan əvvəl 586-cı ildə Qüds xalqının yenidən üsyanından sonra Qüdsü geri alan Novuxodnosor, şəhər və Süleyman məbədini dağıtdırıb.

Значение слова в других словарях