Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nijni-Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir. == Tarixi == Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb. Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.
Nijni Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir. == Tarixi == Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb. Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.
Nijni Tagil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Noni Madueke
Noni Madueke (10 mart 2002, Barnet borosu, Böyük London) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Nijni Novqorod metropoliteni
Nijni Novqorod Metropoliteni — Rusiyanın Nijni Novqorod nəqliyyat vasitəsi. 20 noyabr 1985-ci ildə açıldı. Moskva və Sankt-Peterburq metrosundan sonra 3-cü yeri tutur. Metro iki xətdən ibarətdir: Avtozavodskaya və Sormovskaya. 15 stansiyası var. "Moskovskaya" stansiyası köçürmə stansiyasıdır. Bir anda 2 cərgə və 4 cığır var. Keçmiş Sovet İttifaqının ən böyük stansiyasıdır. Bu stansiyadan dəmir yolu stansiyasına və ya şəhər qatarına keçə bilərsiniz. Son açıq metro stansiyası "Strelka".
Nijni Novqorod metrosu
Nijni Novqorod Metropoliteni — Rusiyanın Nijni Novqorod nəqliyyat vasitəsi. 20 noyabr 1985-ci ildə açıldı. Moskva və Sankt-Peterburq metrosundan sonra 3-cü yeri tutur. Metro iki xətdən ibarətdir: Avtozavodskaya və Sormovskaya. 15 stansiyası var. "Moskovskaya" stansiyası köçürmə stansiyasıdır. Bir anda 2 cərgə və 4 cığır var. Keçmiş Sovet İttifaqının ən böyük stansiyasıdır. Bu stansiyadan dəmir yolu stansiyasına və ya şəhər qatarına keçə bilərsiniz. Son açıq metro stansiyası "Strelka".
Nijni Novqorod stadionu
Nijni Novqorod stadionu – Rusiyanın Nijni Novqorod şəhərində yerləşən stadiondur. Həmçinin, 2018 FİFA Dünya Kubokunun bəzi oyunlarına ev sahibliyi etmişdir. Tamaşaçı tutumu 44899 nəfərdir. == Əsas faktlar == 2018 FİFA Dünya Kuboku üçün tikilən yeni stadion Spit (Strelki) adı ilə tanınan ərazidə tikilmişdir. Bundan əlavə ərazi iki böyük çayın: Volqa və Oka çaylarının qovuşduğu hissədə yerləşir. Memarlar Volqa regionunda əsas hava elementləri olan su və küləkdən təsirlənərək stadionu göy, mavi və ağ rənglərinin qarışığından olan bir rəng üslubu ilə klassik tərzdə tikdilər. Stadionun ətrafında olan kolonnadalar işıqlandırıcılarla gecələr stadionu aydınladır. Stadionun görünüşü dairə formada sütunlardan ibarət olan kolonnada şəklindədir. Stadionun üç əsas mərtəbəsi və iki asma qatı var. Layihənin əhatə etdiyi ərazi 127500 m²-dır.
N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti
Milli Tədqiqat N. İ. Lobaçevski adına Qorki Dövlət Universiteti (ННГУ) — Rusiyanın Nijeqorod vilayətinin ən böyük ali məktəbi, Rusiyanın milli tədqiqat universitetlərindən biri. Rusiyanın 100 aparıcı universitetinin rəqabət qabiləyyətinin yüksəldilməsi üçün proqramına daxildir.
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. == Əhalisi == 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Nonna
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Bjni
Bicni — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. == Toponimi == Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır. == Əhalisi == Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961[…], Çikaqo, İllinoys) — Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır. == Bioqrafiyası == === İlk illəri === Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir. 1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi. === Şəxsi həyatı === 1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.
Bonni Rayt
Bonni Rayt (ing. Bonnie Francesca Wright; 17 fevral 1991, London) — İngilis aktrisa və rejissordur. Daha çox Harri Potter film seriyasındakı Cinni Uizli rolu ilə tanınır. == Həyatı == === İlk İllər === Bonni Rayt Gary və Şeila Tig Rayt uşağı olaraq 17 fevral 1991-ci ildə London şəhərində dünyaya gəlmişdir. Levis adında qardaşı var. Orta təhsili üçün Prior Ueston İbtidai məktəbində və daha sonra Londonda Kral Alfred Məktəbində oxudu. Setdə olarkən Bonni bir müəllimin köməyi ilə dərslərini davam etdirdi. Film sahəsindəki böyümənin film biliklərinə və maraqlarına kömək etdiyini söylədi. 2009-cu ildə Harri Potter və Ölüm Hədiyyələrinin çəkilişləri zamanı London İncəsənət Universitetinin London Əlaqə Kollecində oxumağa başladı. 2012-ci ildə Rayt rejissorluq sənətində bakalavr dərəcəsi ilə universiteti bitirdi.
Bonni Tayler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. == Erkən illəri == Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Conni Briseno
Xuan Antonio "Conni" Brisenyo (ing. Juan Antonio "Johnny" Briceño; 17 iyul 1960, Orandj Uolk[d]) — 12 noyabr 2020-ci ildən etibarən Belizin beşinci və indiki Baş naziri və 2016-cı ildən Birləşmiş Xalq Partiyasının lideri olan Beliz siyasətçisi. == Həyatı == Brisenyo 17 iyul 1960-cı ildə Orandj Uolkda anadan olub. Atası Elixio Brisenyo 1980-ci illərdə dövlət naziri idi, lakin 1985-ci ildə ittihamda iştirak edən qardaşı və qardaşı oğlunun adları ilə birgə ABŞ-a marixuana və kokain gətirməkdə günahlandırıldı. Brisenyo 1978-ci ildə Muffles Kollecindən məzun oldu. 1980-ci ildə Müqəddəs İohann Kollecindən və 1985-ci ildə Ostin Texas Universitetindən bakalavr dərəcəsi almışdır. 1990-cı ildə Brisenyo və qardaşı Ceyms daha sonra internet, TV xəbərləri və radio xidmətləri təminatçısı olan kabel televiziya provayderi "Centaur Communications"-ı qurdular. Brisenyo və həyat yoldaşı Rossananın üç oğlu var. 24 noyabr 2020-ci ildə Baş nazir vəzifəsinə başlamasından iki həftə sonra COVID-19 diaqnozu qoyulduğunu və vəziyyətinin yaxşı olduğunu bildirdi. == Fəaliyyəti == Brisenyo ilk dəfə 1993-cü ildə Orandj Uolk seçki dairəsindən Beliz Nümayəndələr Palatasına seçildi və 1994-cü ildə Orandj Uolk Şəhər Şurasına seçilmək üçün namizəd oldu.
Conni Depp
Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[…], Ouensboro[d], Kentukki) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə rəğmən,hələ də "Oskar" mükafatını qazana bilməyib. == Həyatı == Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi.
Conni Hollidey
Jan-Filip Lo Smet, ya da səhnə adı ilə Conni Hollidey (15 iyun 1943[…], IX arondisman (Paris), Fransa – 5 dekabr 2017, Marn-la-Kokett[d], Fransa) — Fransız rok musiqi bəstəkarı, söz müəllifi, analitik və aktyordur. Xüsusilə Fransanın Elvis Preslisi deyə də adlandırılır. Dünyaca tanınmış, Rok və Rok-n-roll musiqi müğənnisidir.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Conni Loqan
Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur. Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır.
Conni Noksvil
Conni Noksvil kimi tanınan Philip John "PJ" Clapp (11 mart 1971, Noksvill, Tennessi) — MTV serialı olan Jackass serialının yaradıcısı kimi tanınan Amerikalı komediyaçı, aktyor və prodüserdir.
Conni Sins
Conni Sins (ing. Johnny Sins) təxəllüsü ilə tanınan Stiven Volf (ing. Steven Wolfe, 31 dekabr 1978, Pitsburq, Pensilvaniya) — Amerikalı pornoaktyor, prodüser və youtuber. Keçəl başı və əzələli bədəni ilə məşhur olan Conni Sins mütəmadi olaraq axtarışlarda ən populyar aktyorlardan biridir. İlin Kişi Aktyoru AVN mükafatına iki nominasiya da daxil olmaqla, işlərinə görə çoxsaylı təltif almışdır. == Həyatı == Stiven Volf (ing. Steven Wolfe) 31 dekabr 1978-ci ildə ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olmuşdur. Kollecdən məzun olduqdan sonra həftədə altı gün tikintidə işləmişdir. 2006-cı ildə, 28 yaşında pornoaktyor olmaq üçün Los-Ancelesə köçdü. == Karyerası == Pornhub kosmosda ilk porno filmi çəkmək üçün 10 iyun 2015-ci ildə Indiegogo vasitəsilə bir kraudfandinq kampaniyasına başladı.
Devid Hokni
Devid Hokni (David Hockney) ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf və pop art cərəyanının görkəmli nümayəndəsi. O, 20-ci əsrin ən nüfuzlü rəssamlarından biri hesab edilir. == Həyatı == Atası hesabdar və həvəskar rəssam olub və Hokninin rəssam kimi formalaşmasında mühüm rol oynayıb. Hokni 1948-ci ildən rəssam olmağa qərar verir və məktəb üçün rəsmlər və plakatlar hazırlayır. 1953-cü ildə Bredford Rəssamlıq Məktəbinə daxil olur. 1959-cu ildə isə Londonda incəsənət üzrə təhsil alır. 1963-cü ildən artıq tanınmağa başlayır. == Yaradıcılığı == 1960-ci ildə Ron Kitayla tanışlıq və P.Pikassonun sərgisində iştirakından sonra o, incəsənətə baxışını yenidən nəzərdən keçirir. Hokni Londonda olduğu müddətdə kontraslı, əlvan rəsmlər çəkir, rəsmlərə sözlər, qraffiti və reklam fraqmentləri əlavə edir. 1961-ci ildə "Gənc müasirçilər" sərgisində iştirak edir və onun rəsmləri insanlarda böyük maraq oyadır.