Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur.Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub.Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.25 may 1987-ci ildə Shueisha nəşriyyatı jurnalın oğlanlar üçün versiyası olan "Men's Non-no" jurnalını qurmuşdur.1978-ci ildə jurnalın tirajı 850 min idi, 2014-cü ildə isə bu rəqəm 1 milyondan çox olmuşdur.
AOL
AOL — Nyu-Yorkda yerləşən veb-portaldır. Elektron poçt, axtarış sistemi, xəbərlər və s. məlumatlar toplusu ilə istifadəçilərə xidmət edir. 1983-cü ildə "Kontrol Video Korporasiyası" adı altında yaradılıb. 2009-cu ildən etibarən isə AOL olaraq adlandırılmışdır. == Tarixi == AOL 1983-cü ildə Vilyam fon Mayster tərəfindən təsis edilib. Onun yeganə məhsulu Atari 2600 videooyun konsolu üçün "GameLine" adlı onlayn xidməti idi. Fon Maysterin tələbi ilə musiqi satın almaq ideyası Warner Bros. tərəfindən rədd edildi. Abunəçilər şirkətdən 49,95 ABŞ dolları məbləğində modem almış və birdəfəlik 15 ABŞ dolları məbləğində quraşdırma haqqını ödəmişlər.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. == Düsturlar == v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
NLO
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. == Etimologiyası == Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. == Yolun tarixi == === Yolların yaranması === Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. == Həyatı == Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
...Yol (Qriffinlər)
...Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir. == Seriyalar == == İstinadlar == == Xarici keçidlər == "Rod-Aylendə yol" — Internet Movie Database saytında."Avropaya yol" — Internet Movie Database saytında."Rupertə yol" — Internet Movie Database saytında."Almaniyaya yol" — Internet Movie Database saytında."Cizgi kainatına yol" — Internet Movie Database saytında."Şimal qütbünə yol" — Internet Movie Database saytında."Veqasa yol" — Internet Movie Database saytında."Hindistana yol" — Internet Movie Database saytında.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Araviya (nom)
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Baba Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.