Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pomerol
Pomerol (fr. Pomayrols, oks. Pomairòls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12184. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 39 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 70,0%).
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur." 2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Aechmea romeroi
Aechmea romeroi (lat. Aechmea romeroi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Senecio romeroi
Senecio romeroi (lat. Senecio romeroi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Amaya Romero
Amaya Romero Arbisu (isp. Amaia Romero Arbizu; d. 3 yanvar 1999, Pamplona, Navarra, İspaniya) — İspaniya müğənnisi və Operación Triunfo yarışmasının qalibi. O, Alfred Qarsiya ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Amaya Romero 3 yanvar 1999-cu ildə İspaniyanın Navarra muxtar ərazisində yerləşən Pamplona şəhərində anadan olmuşdur. O, universitetdə fortepiano ixtisası üzrə təhsilinin sonuncu ilindədir. == Musiqi karyerası == 2010-cu ildə Amaya Romero İspaniyanın Telecinco telekanalında yayımlanan Cántame una canción adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2012-ci ildə isə o, Antena 3 telekanalının təşkil etdiyi El Número Uno məharət yarışmasında iştirak etmişdir. Romero yarışmanın altıncı həftəsində iştirakını dayandırmışdır. 2017-ci ildə Amaya İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır.
Bernat Lomero
Corc Romero
Corc Endryu Romero (ing. George Andrew Romero; 4 fevral 1940 – 16 iyul 2017) — ABŞ rejissorudur. Çəkdiyi ən uğurlu film Yaşayan ölülərin gecəsi" filmidir. Atası əslən ispan olan Kubalı və anası isə Litva əsillidir. Romero ilk klassik nəzərə çarpan və çoxlu sayda qorxulu filmlər çəkdiyinə görə "Xaç atası" ləqəbi qazanmışdır.
Elvin Ömərov
Murad Ömərov
Murad Ənvər oğlu Ömərov — azərbaycan əsilli Ukrayna alimi, texniki elmləri doktoru, professor, Belorus, Rusiya və Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının akademiki, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayəti "Azərbaycan-Ukrayna dostluq cəmiyyəti" idarə heyətinin sədri . Murad Ömərov 28 mart 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuş, 1985-ci ilədək instututda muxtəlif vəzifələrdə calışmışdır. 1991-ci ildə İnformasiya oturulməsi uzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə etmişdir. 2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki secilmişdir. 2009-cu ildə professor adını qazanmışdır. 2009-cu ildən etibarən Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru olmuşdur. 2015-ci ilin oktyabrında Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir. 2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin uzvu olmuş, 2001-ci ildə isə bu cəmiyyətin sədri secilmişdir. 2002-ci ildə Murad Omərov Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitse-prezidenti secilmişdir.
Orxan Ömərov
Qoşqar Ömərov
Sahib Ömərov
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Silbo Qomero
Silbo Gomero — İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan sadəcə fitdən ibarət ünsiyyət vasitəsi. Yerlilər tərəfindən El Silbo olaraq adlandırılan fit dili məişətdə hələ də aktiv şəkildə istifadə olunur. İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir. Dilin yaranması barədə dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Qomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə ediblər. Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb. La Qomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar. Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi.
Sərxan Ömərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Toğrul Ömərov
Toğrul Ömərov (3 avqust 1986, Diyallı, İsmayıllı rayonu) — Azərbaycan alimi, uşaq cərrahı, uşaq uroloqu. Azərbaycanda uşaqlarda laparoskopik və torakoskopik cərrahiyyə sahəsindəki fəaliyyətləri üzrə məşhurdur. Tibbdə qlobal səviyyədə istifadə olunan anadangəlmə qasıq yırtığı olan uşaqlarda laparoskopiya yardımlı ignipunktur ekstraperitoneal herniorrafiya metodunun və uşaqlarda anadangəlmə qasıq yırtığı üçün laparoskopik üsulla igniopunktur ekstraperitoneal herniorrafiya ixtirasının həmmüəllifidir. 8000-dən artıq əməliyyat icra etmişdir. Toğrul Ömərov 3 avqust 1986-cı ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, daha sonra 2009–2010-cu illərdə Kazan şəhərində Kazan Dövlət Uşaq Respublika Xəstəxanasında internatura keçmiş, 2011–2014-cü illərdə isə aspirantura təhsili almışdır. 2013-cü ildə İtaliyanin Roma şəhərində yerləşən Bambino Gesu xəstəxanasında uşaqlarda laparoskopik əməliyyatlar üzrə təkmilləşmə kursu keçmişdir. 2014-cü ilin may ayında Fransanın Strazburq şəhərində 10 günlük laparaskopik uşaq cərrahiyəsi üzrə xüsusi təkmilləşmə kursu keçmişdir. 2016-cı ilin mart-aprel aylarında ABŞ-nin Nyu-York şəhərində 1 saylı uşaq xəstəxanasında xüsusi cərrahi kursda iştirak etmişdir. 2016, 2017 və 2018-ci illərdə İsrailin Şnayder Uşaq Tibb Mərkəzində mikrocərrahiyyə üzrə master-klass, yeni doğulmuş uşaqlarda laparoskopiya kursu almışdır.
İsmayıl Ömərov
Ömərov İsmayıl Abbas oğlu (20 fevral 1954, Kəpənəkçi, Bolnisi rayonu) — İctimai Televiziyanın rəhbəri (2005–2013). İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü", "Xəyanət", "Qurtuluş" və. s teleserialların müəllifi və aparıcısı olmuşdur. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır. Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
Şahin Ömərov
Şahin Ömərov (Ömərov Şahin Ənvər oğlu; 26 avqust 1968. Xırdapay, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ) — İqtisad elmləri namizədi. Xarkov Milli Radioelektronika Universitetinin iqtisadi kibernetika kafedrasının dosenti. “Xəzər Ltd” Firması Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru. Albaniya Respublikasının Xarkovda fəxri konsulu. Ömərov Şahin Ənvər oğlu 1968-ci il avqustun 26-da Azərbaycan Respublikasının Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir rayonundakı Təmir-Tikinti İdarəsində fəhlə işləyib. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Ş.Ömərov 1988-ci ildə Xarkova gəlib, bir il sonra “mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi” ixtisası üzrə Xarkov Dövlət Dəmiryol Nəqliyyatı Akademiyasının iqtisad fakültəsinin qiyabi şöbəsinə daxil olub. Eyni zamanda Xarkov Elmi-Tədqiqat Dəqiq Maşınqayırma İnstitutunda (“Radiorele” Xarkov İstehsalat Birliyi) lifli-optik texnika üzrə konstruktor şöbəsində çilingər vəzifəsində çalışıb, 1990-cı ildə elə həmin institutun baza elmi-tədqiqat standartlaşdırma şöbəsinə mühəndis vəzifəsinə keçib.
Şamil Ömərov
Şamil Məcid oğlu Ömərov — Alim, kimya elmləri doktoru, Professor, Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin rəyasət heyətinin diplom və mükafatına, 1995-ci ildə YUNESKO adından fəaliyyət göstərən Beynəlxalq İnformasiya Nobel mərkəzinin həqiqi üzvü seçilməklə "Nobelçi” adına, Nobel medalına və 1996-cı ildə akademik Y.Məmmədəliyev adına respublika mükafatına layiq görülmüşdür. Şamil Ömərov 1938-ci ilin 30 dekabr tarixində Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1947-ci ildə Aslanbəyli kənd orta məktəbinə daxil olmuş, 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olmuş, 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Aqrar Universiteti) göndərilmişdir. Həmin il Üzvi va bioloji kimya kafedrasının Üzvi Kimya ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Aspiranturanı bitirdikdən sonra həmin kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1973-cü ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə professor elmi adına layiq görülmüşdür. 1993-cü ildən ömrünün axırına qədər Üzvi va bioloji kimya kafedrasında professor vəzifəsində çalışmışdır.
Əli Ömərov
Əli Ömər oğlu Ömərov (10 sentyabr 1947, Göllü, Amasiya rayonu) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993–1994), Həqiqi Dövlət Ədliyyə Müşaviri, Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. 1947-ci ilin 10 sentyabr tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966–1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır. 1980–1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır. 1983–1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib. 23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktorudur.
Taryel Ömərov
Taryel İsgəndər oğlu Ömərov (4 aprel 1980, Diyallı, İsmayıllı rayonu) dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib. Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutu, 1-ci Müalicə — Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur. Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2003-cü ildə Moder Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.
Rüstəm Ömərov
Rüstəm Ənvər oğlu Ömərov (krımtat. Rüstem Enver oğlu Ümerov, ukr. Рустем Енверович Умєров; 19 aprel 1982, Bulunqur[d], Səmərqənd vilayəti) — Ukrayna siyasətçisi, biznesmeni, investoru, xeyriyyəçisi və Ukraynanın hazırkı müdafiə naziridir. Ömərov müsəlmandır və Krım tatarıdır. Ömərov Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyəti rəhbərinin keçmiş müavini? Krım Tatar Milli Qurultayının nümayəndəsi və Krım Tatar Milli Məclisinin sədri Mustafa Qırımoğlunun müşaviridir. 2020-ci ilin dekabrından Ömərov həm də Krım Platforması diplomatik təşəbbüsünə həmsədrlik edir. 2023-cü ilin sentyabrında Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Ukrayna Prezidenti Vladimir Zelenski Umerovu Aleksey Reznikovun yerinə Ukraynanın müdafiə naziri təyin etmişdir.
Omero Tonyon
Homero Tognon (it. Omero Tognon) 3 mart 1924, Padova, Veneto – 23 avqust 1990, Pordenone, Friuli-Venesiya-Culiya) — İtalyalı keçmiş futbolçu. Futbolçu karyerasın bitirdikdən sonra futbol məşqçisi olub. Oyunçu kimi əsasən "Milan" klubunda, eləcə də İtaliya millisində oynaması ilə tanınır. İkiqat İtaliya çempionudur . Peşəkar futbolda debütünü 1945-ci ildə "Milan" klubunda edib. Ümumilikdə futbolçu karyerasının 11 mövsümünü "rossonerilər"in heyətində oynayıb. Uzun müddət komandanın əsas oyunçusu olub. Bu müddət ərzində o, iki dəfə İtaliya çempionu adını qazanıb. O, peşəkar futbolçu karyerasını 1956–1958-ci illərdə oynadığı "Pordenone" klubunda başa vurub.