Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Obena-lez-Alp
Obena-lez-Alp (fr. Aubenas-les-Alpes, oks. Aubenàs deis Aups) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04012. 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 49 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81,7%, 1999-cu ildə 63.4%). Fəal olan 49 nəfərdən 43 nəfər (22 kişi və 21 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Obelia
Obelia (lat. Obelia) — campanulariidae fəsiləsinə aid heyvan cinsi.
Okeana
Okeana Malmann (23 yanvar 1982) — Alman musiqiçidir. 2012-ci ildə Avropa çempionatı üçün oxuduğu "Endless Summer" mahnısından sonra daha da məşhurlaşmışdır. "Cry Cry" "Pussycat on a Leash" "La La" "Endless Summer" "Put Your Gun Down" "Say Sorry" "Thank You" "Everybody" "MVP" (Feat. Crazy Hype) "Brace" (Feat.
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Bənna
Bənna — tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta. Bənna anlayışı ilk dəfə Qədim Misirdə formalaşmışdır. Bu dövrdə piramida tikintisi ilə məşğul olan bənnalar böyük nüfuza sahib olmuşdular. Bənna — daşyonan ilə yaxın olan, lakin ondan fərqli olan kərpicçi, kərpic tikmək üçün kərpic qoyan usta və tacirdir. Terminlər həmçinin blok divarları və digər hörgü formalarını tikmək üçün bloklardan istifadə edən işçilərə aiddir. İngilis dilində kərpic ustası danışıq dilində “bənna” kimi tanınır . Daş ustası, bina divarlarının tikintisi və digər işlərdə daşların, şlak blokların və kərpiclərin hər hansı bir birləşməsini qoyandır. Kərpic hörgünün bir hissəsidir. Kərpic hörmək hobbi kimi də istifadə edilə bilər. Məsələn, BöyükBritaniyanın keçmiş baş naziri Uinston Çörçill hobbi kimi kərpic hörmə ilə məşğul olurdu.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Obelia bidentata
Obelia bidentata (lat. Obelia bidentata) — obelia cinsinə aid heyvan növü.
Obelia dichotoma
Obelia dichotoma (lat. Obelia dichotoma) — obelia cinsinə aid heyvan növü.
Obelia geniculata
Obelia geniculata (lat. Obelia geniculata) — obelia cinsinə aid heyvan növü.
Ozerna mağarası
Ozerna (ukr. Озерна) ― qərbi Ukraynanın Ternopol vilayətində, Strilkivtsi (ukr. Стрілківці) kəndi yaxınlığında yerləşən mağara. Ozerna nəhəng mağara sisteminin bir hissəsidir və 140 490 (2017) metrdən çox araşdırılmış keçidləri ilə dünyanın ən uzun mağaralarından biridir. Mağara paytaxt Kiyevin təxminən 450 kilometr (280 mil) cənub-qərbində, Borşçiv rayon mərkəzinin isə 5.5 kilometr (3.4 mil) cənubunda yerləşir. Ozerna II Dünya müharibəsi dövründə, Holokost zamanı yəhudi qaçqınlar tərəfindən sığınacaq olaraq istifadə edilmişdir. 1942-1944-cü illərdə, nasist işğalı zamanı burada və yaxınlıqdakı Verteba mağarasında bir neçə yəhudi ailəsi yaşayırdı. Bu insanlardan bəziləri mağaradan 344 gün boyunca heç vaxt ayrılmamış və bu, mağarada məskunlaşma üçün qeyd eolunan ən uzun müddət olmuşdur. Bu mağaralarda gizlənən yəhudilərin bir qismi nasistlər tərəfindən tutularaq öldürülsə də, onlardan otuz səkkizi 1944-cü ilin aprelində ərazi Qırmızı Ordu tərəfindən azad edilənə qədər xilas olmağı bacarmışdır. Bu insanlar əgər bu mağaralarda sığınacaq axtarmasaydılar, demək olar ki, sağ qalmayacaqdılar.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi. Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Oben
Oben (Averon)
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Həsən Bənna
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi. == Həyatı == 1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur. Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur.
Jülyen Benda
Jülyen Benda (Fransızca:Julien Benda; (26 dekabr, 1867 -7 iyun, 1958) — fransız yazıçısı, filosof. == Həyatı == Jülyen Benda 26 dekabr 1867 - ci ildə yəhudi ailəsində anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb. Jülyen Benda 7 iyun 1958-ci ildə vəfat edib.
Obuda Universiteti
Obuda Universiteti (ing. Óbuda University, mac. Óbudai Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə Obuda adlanan hissədə yerləşir və ölkənin texnologiya və mühəndislik üzrə ixtisaslaşmış universitetlərindən biridir.2000-ci ildə üç politexik institutun (Banki Donat Texniki Kolleci, Kando Kalman Texniki Kolleci İşıq Sənayesi Texniki Kolleci) birləşməsi nəticəsində Budapeşt Tek olaraq əsası qoyulub. 13 minə yaxın tələbəsi olan unversitet ölkənin ən böyük universitetlərindəndir. Bütün tələbləri yerinə yetirərək institut 1 yanvar 2010-cu il tarixində Obuda Universiteti adı ilə universitet statusu əldə edib. Obuda bölgəsinin təhsil tarixiçəsi altı əsr bundan əvvələdək gedir. Hələ 6 oktyabr 1395-ci ildə Roma Papası IX-cu Bonifasiy Macar kralı Siqismund Lüksemburqun istəyi ilə Obuda bölgəsidə tədris ocağının əsasını qoyacaq sənədi imzalayır. Bununla da bu universitet ölkənin ikinci və paytaxtın birinci universiteti olur. Kralın istəyi ilə 1 avqust 1410-cu ildə Roma Papası Obuda Universitetinin yenidən ərsəyə gəlməsinə dair sənəd imzalayır. İndiki universitet özünü bu universitetik intelektual varisi hesab edir.
Obuda adası
Obuda adası və ya Buda adası — bəzi mənbələrdə Hajogyari adası olaraq keçərlidir. İnzibati cəhətdən Budapeştin III rayonu ərazisində yerləşir. Əsas istirahət zonslarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. Hər ilin avqust ayında adada Siget Festifalı keçirilir. Çay Dunay çayının yatağında yerləşir. Dunay çayının 1651–1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir.
Olena Dmitraş
Olena Dmitraş (1 dekabr 1991, Bila Çerkva, Kiyev vilayəti) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dmitraş 2008, 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Dmitraş həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. Olena Dmitraş birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. Pekin şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 31.100 xal topladı və sonuncu, 8-ci yeri tutdu. Olena Dmitraş ikinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Olena Dmitraş 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yevgeniya Qomon, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Olena Dziubçuk
Olena Dziubçuk (d. 19 may 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dziubçuk 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Olena Dziubçuk 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Olena Teliqa
Olena İvanovna Teliqa (ukr. Олена Іванівна Теліга, 21 iyul 1906 – 21 fevral 1942 və ya 22 fevral 1942, Kiyev) — Ukrayna şairi və ədəbi tənqidçisi, Ukraynalı millətçilər təşkilatının üzvü. 1906-cı il iyulun 21-də valideynlərinin yaz tətilini keçirdiyi Moskva yaxınlığındakı İlinskoe kəndində, ukraynalı-belaruslu ailədə anadan olmuşdur. Olena Teliqanın doğum haqqında şəhadətnaməsi itirildikdən bu günədək Moskvaya yaxın "İlinskoe" adlanan bir neçə yerdən hansı hadisənin baş vermədiyi müəyyənləşdirilməyib. Onun atası mülki mühəndis idi. Anası isə Rusiya Ortodoks kahinləri ailəsindən gəlirdi. 1918-ci ildə onun atası yeni Ukrayna Xalq Respublikasında nazir təyin edildikdə, o ailəsi ilə birliktə Kiyevə köçdü. Orada Ukrayna İstiqlaliyyət müharibəsi dövründə yaşadılar. Bolşeviklər hakimiyyətə keçdikdə, atası Çexoslovakiyaya köçdü və qalan ailə 1923-cü ildə onu təqib etdi.Ukrayna Xalq Respublikasının yüksəlməsi və düşməsi ilə yaşayan Olena, Ukrayn dilinə və ədəbiyyatına böyük maraq göstərdi. Praqada o, tarix və filologiyanı öyrənən ukraynalı müəllim kollecində iştirak etdi.
Olena Zelenska
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.