Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cobitis
Cobitis (lat. Cobitis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi. Əsasən Avrasiyanın subtropik zonmasında yayılmışdır. Cobitis qrupuna daxil olan b alıqların bir qismi bu gün Sabanejewia cinsinə daxil edilirdır.
Cobitis melanoleuca
Cobitis melanoleuca (lat. Cobitis melanoleuca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü.
Cobitis satunini
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. == Yayılması == Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. == Morfoloji əlamətləri == Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
Cobitis sinensis
Cobitis sinensis (lat. Cobitis sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Təsərrüfat əhəmiyyəti yoxdur.
Cobitis taenia
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Miloş Obiliç
Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı. 28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu. Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür. Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir. Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Obidim zirvəsi
Obidim zirvəsi (bolq. връх Обидим, ‘Vrah Obidim’ \'vr&h 'o-bi-dim\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 706 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Zirvə cənub-qərbi Bolqarıstanda yerləşən Obidim şəhərinin adını daşıyır. Obidim zirvəsi 63°41′54″ c. e. 58°19′30″ q. u. koordinatlarında yerləşmişdir. Koburq zirvəsindən 1.25 km cənub-şərqdə, Panhard nunatakından 2 km şimal-qərbdə, Çoçoveni nunatakından 3.04 km cənub-qərbdə yerləşmişdir.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Obinyi (Alye)
Obinyi (fr. Aubigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03009. 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. 2007-ci ildə 81 yaşında (15-64 yaş arasında) 62 nəfər iqtisadi cəhətdən, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,5%, 1999-cu ildə 75.9%). Fəal olan 62 nəfərdən 48 nəfəri (24 kişi və 24 qadın), 14 nəfər işsiz (11 kişi və 3 qadın) idi. 19 hərəkətsiz 13 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pobiti daşları
«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir. Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Yerin orbiti
Yerin orbiti (rus. орбита Земли, ing. Earth`s orbit) — günəş ətrafında Yerin illik yolu; birinci yaxınlaşmada ellips formasında olur ki, onun da fokuslarının birində Günəş yerləşir. İl ərzində Günəşlə Yer arasındakı məsafə 147,117 mln. 29,27 km/san /afelidə/ arasında tərəddüd edir.
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.
Yer orbiti
Yerin orbiti (rus. орбита Земли, ing. Earth`s orbit) — günəş ətrafında Yerin illik yolu; birinci yaxınlaşmada ellips formasında olur ki, onun da fokuslarının birində Günəş yerləşir. İl ərzində Günəşlə Yer arasındakı məsafə 147,117 mln. 29,27 km/san /afelidə/ arasında tərəddüd edir.
Irk Bitig
Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.bu kitabin dəqiq yazılan tarıxı bəlli deyil amma ən azı 900 yüziliyə Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir. == Azərbaycanda nəşri == İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Cobitis melanoleuca melanoleuca
Cobitis melanoleuca melanoleuca (lat. Cobitis melanoleuca melanoleuca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinin cobitis melanoleuca növünə aid heyvan yarımnövü. Təsərrüfat əhəmiyyəti yoxdur.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü Bakıda (), alytısı İstanbulda (2022) nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Obite N'Dicka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
Obite N'Dikka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
Medisen Biti
Medisen Biti (ing. Madisen Beaty; 28 fevral 1995) — ABŞ aktrisası. "The Curious Case of Benjamin Button"da (2008) Deyzi Fuller, "The Master"də (2012) Doris Solstad, "Other People"da (2016) Rebekka Malçey, "The Fosters"də (2013-2018), "The Magicians"da (2018-2019) İris və "Aquarius"da (2015-2016) Patrisia Krenvinkel rolları ilə tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.